Bizimlə əlaqə
Klinikamıza yaxınlaşın
Suallarınıza cavab tapın
Qəbula yazılmaq üçün saytımızdakı "Qəbula yazıl" formunu doldura, +994 50 663 60 31 nömrəsi ilə əlaqə saxlaya və ya birbaşa klinikamızın qeydiyyat şöbəsinə yaxınlaşa bilərsiniz. Müraciətiniz ən qısa zamanda rəsmiləşdiriləcəkdir.
İstanbul NS Klinikası pasiyentlərin qəbulunu həftə içi hər gün saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 09:00-dan 16:00-dək həyata keçirir. Təcili tibbi hallarda isə çağrı mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.
Bəli, klinikamız bir çox aparıcı sığorta şirkətləri ilə rəsmi əməkdaşlıq edir. Mövcud sığorta paketinizin klinikamızda keçərli olub-olmadığını dəqiqləşdirmək üçün müraciət etməzdən əvvəl əlaqə nömrəmizə zəng etməyiniz məsləhət görülür.
Əlbəttə. Pasiyentlərimizin vaxtına qənaət etmək məqsədilə laboratoriya və diaqnostika (MRT, KT, Rentgen və s.) cavablarını həm klinikamıza yaxınlaşaraq çap halında, həm də e-poçt və WhatsApp vasitəsilə elektron formatda əldə etmək mümkündür.