Görüş təyin edin
Əlaqə məlumatı
Müalicədən əvvəl müzakirə etmək lazımdırmı?
(012) 465 85 00
(055) 467 85 00
ATATÜRK PR-Tİ 140
AZ1130 BAKI ş., AZƏRBAYCAN
Istanbul NS Klinika
Sağlamlığınızın Keşiyində
Artıq 10 ildir ki, Bakı şəhərində əhalimizə tibbi xidmət göstərən İstanbul NS Klinikası peşəkar həkim kollektivi və tibbi personalı ilə sizin xidmətinizdədir. Klinikamız ilk fəaliyyətə sadəcə plastik -estetik cərrahiyyə klinikası olaraq başlasa da, zamanla inkişaf edərək daha da genişlənmiş və fəaliyyət sahələrini genişləndirmişdir. Artıq klinika poliklinika, diaqnostika, cərrahiyyə xidmət sahələri , xarici ölkələrdə ixtisaslaşmış təcrübəli həkimlər və ən son texnologiyalar ilə təmin edilmiş və yüksək səviyyədə tibbi xidmət verilməkdədir.
Müasir Standartlara Cavab Verən
İstanbul NS Klinika
Terapiya, qastroenterologiya, nevrologiya, təcili tibbi yardım, fizioterapiya, radiologiya, urologiya, andrologiya, oftalmologiya, ginekologiya, pediatriya, travmatologiya, ortopediya, nefrologiya, proktologiya, dermatologiya, endokrinologiya, laboratoriya , flebologiya, kardiologiya, revmatologiya, stomatologiya, ortodontiya, cərrahiyyə, reanimasiya anesteziologiya-reanimatologiya şöbələrindən ibarətdir. 2018 ci ildə klinikamızın nəzdində genetik xəstəliklərin qarşısının alınması, diaqnozunun qoyulması, daşıyıcı şəxslərin müəyyənləşdirilməsi və onların genetik konsultasiyalar vasitəsilə məlumatlandırılması məqsədi ilə Azərbaycanda çox az sayda mövcud olan, genetik laboratoriyalardan biri " NS Genetiks" yaradılmışdır. Yalnız Azərbaycan Respublikasında deyil, xarici ölkələrdən də saysız pasientlərin klinimıza müayinə və müalicə olunmaq məqsədi ilə müraciət etməsi ilə ölkə hüdudlarından kənarda da kifayət qədər tanındığımızın isbatıdır. İstanbul NS Klinikası bir çox xarici hospital və xəstəxanalar ilə əməkdaşlıqlar edir. Bu sayədə hər ay müxtəlif sahələr üzrə Dünyaca məhşur olan həkim professorlar klinikamıza dəvət olunaraq , sizə müayinə olunmaq şansı yaradılır. Sağlamlığınızın keşiyində.
ONLARIN DEDİKLƏRİ
Pasiyent Rəyləri
100% Xoşbəxt Pasiyentlər
Bu klinikada 2 emeliyat eletdirmisem burun rinoplastika ve sac ekimi. Her ikisinden de razi qalmisam. Burun emeliyati umumiyetle mohtesem, bele gozel tebii el isi olar.
Sayılı Seçili Klinikalardan Birisi.
Приятное место. Хороший персонал. Быстро и недорого сделали анализы.
Keçən il bağırsaq əməliyyatım bu klinikada oldu. İstər həkimlərdən, istərsə də klinikadakı digər çalışanlardan xeyli razıyam. Klinikanın çox təcrübəli və mehriban kollektivi var. Çox sağ ol İstanbul NS.
Mən qızımı burada əməliyyat etdirdim. Deyə bilərəm ki, nadir klikalardan biridir ki, səliqəliliyini çox bəyəndim. İnsana qayğıları superdir. Gözləmə müddəti ərzində klinikanın terasında, şəhər mənzərəli kafesində oturdum. Yeməkləri çox əla idi.
Savadlı həkimləri var. İstifadə etdikləri cihazlar da müasirdir. Mən dişlərimi İstanbul NS klinikasında düzəltdirmişəm. Tam ağrısız keçən prosesdən sonra istədiyim nəticə artıq mənimlədir. Hər kəsə təşəkkür edirəm.
Şəhərin mərkəzində olmağı ayrı bir rahatlıqdı. Mən burada həm burun əməliyyatı həm də saç əkimi etdirmişəm. Mənə göstərilən xidmətdən son dərəcə razıyam. Bu yaxınlarda dişlərimi də elə bu klinikada düzəltdirməyi düşünürəm.
Mən saç əkimi üçün İrandan gəldim. On gün sonra əla nəticəni gördüm. İndi daha gənc görsənirəm. Hər kəsə təşəkkür edirəm.

Cərrahiyyə
İstanbul NS Klinikası Cərrahiyyə şöbəsində hər cür açıq və qapalı (laporoskopik) əməliyyatlar mütəxəssis həkimlər tərəfindən icra olunur. Səhhətinizdə hiss etdiyiniz ən xırda bir narahatlıqda belə mütləq həkimlə məsləhətləşməyiniz tövsiyyə edilir. Sağlamlığınız bizim üçün vacibdir.
İstanbul NS Klinikası Cərrahiyyə şöbəsində hər cür açıq və qapalı (laporoskopik) əməliyyatlar mütəxəssis həkimlər tərəfindən icra olunur. Klinikamızda aparılan cərrahi əməliyyatlar endocərrahi və klassik metodlarla həyata keçirilir. İstanbul NS Klinika Ümumi Cərrahiyyə şöbəsi əsasən aşağıdakı xəstəliklərin müayinə və müalicəsini icra edir:

Damar Cərrahiyyəsi
Damar Cərrahiyəsi Şöbəsi müxtəlif damar xəstəlikləri olan posientlərimizə kömək edir. Onların heç bir əməliyyat və kəsik izi olmadan sağlam həyata qayıtmasına xidmət edir.
Damar Cərrahiyəsi Şöbəsi
İstanbul NS Klinika Damar Cərrahiyyəsi Mərkəzi müxtəlif damar xəstəlikləri olan pasientlərimizə xidmət göstərir. Onların sağlamlıqlarının və həyat keyfiyyətinin yaxşılaşdırılması yönümündə bütün bacarıqlarını sərgiləyirlər. Yüksək səviyyədə ixtisaslaşmış peşəkarlarımız bütün bilik və bacarıqları ilə sizlərin xidmətində daim hazırdır.

Fizioterapiya və Tibbi Reabilitasiya
İstanbul NS Klinikası Fizioterapiya və Reabilitasiya şöbəsi ən müasir fizioterapevtik müalicələri həyata keçirir. Peşəkar həkimlərimiz hər zaman sağlamlığınızın keşiyindədir.
Fizioterapiya və reabilitasiya nədir?
İnsanların həyat keyfiyyətini və funksional fəaliyyətini yaxşılaşdırılması üçün fəaliyyət göstərən tibb şöbəsidir. İstanbul NS Klinika fizioterapiya və reabilitasiya şöbəsi sinir sistemi, beyin, onurğa beyni, əzələ, sümük və s. xəstəliklərinin müalicəsini həyata keçirir.

Plastik-Estetik və Rekonstruktiv Cərrahiyyə
İstanbul NS klinikasının Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbəsi peşəkar kollektivi ilə xidmətinizdədir. Ağrısız, izsiz, lokal və ümumi anesteziya ilə tez bir zamanda qüsursuz görünüşünüzə qovuşacaqsınız.
İstanbul NS klinikasının Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbəsi insan vücudundakı qüsurların müalicəsi üçün xidmət göstərir. Qəza, xəstəlik və anadangəlmə qüsurlar zamanı vücudun hər hansı bir hissəsinin forma və funksionallağı əvvəlki halına gətirilir. Cərrahi əməliyyatlarla birgə burda saç əkimi, dolğu və botoks ilə prosedurlar da tətbiq olunur.
Üz-Çənə Cərrahiyyəsi
İstanbul NS Klinikası Üz–çənə cərrahiyyəsi şöbəsində üz və çənə nahiyəsindəki zədə və xəstəliklərin diaqnostika və müalicəsi həyata keçirilir. Şöbəmiz müasir avadanlıqları və peşəkar mütəxəssisləri ilə daim sağlamlığınızın keşiyindədir.
İstanbul NS Klinikası Üz–çənə cərrahiyyəsi şöbəsində üz və çənə nahiyəsindəki zədə və xəstəliklərin diaqnostika və müalicəsi həyata keçirilir. Şöbəmizdə travmatik zədələnmələrin, iltihabi proseslərin, anadangəlmə və qazanılmış qüsur və deformasiyaların müalicəsi aparılır. Həmçinin, xoş və bədxassəli yeni törəmələrin etiologiyası, patogenezi öyrənilir, müalicə və diaqnostikası həyata keçirilir. Ümumilikdə Klinikmızda çənənin bütün növ rekonstruktiv cərrahi əməliyyatları icra edilir. Əməliyyatdan öncə ortodontik müalicəyə ehtiyac varsa, ilk öncə Ortodont müayinəsi aparılır.
