İstanbul NS Klinikası Cərrahiyyə şöbəsində hər cür açıq və qapalı (laporoskopik) əməliyyatlar mütəxəssis həkimlər tərəfindən icra olunur. Klinikamızda aparılan cərrahi əməliyyatlar endocərrahi və klassik metodlarla həyata keçirilir.
İstanbul NS Klinika Ümumi Cərrahiyyə şöbəsi əsasən aşağıdakı xəstəliklərin müayinə və müalicəsini icra edir
- Endokrin vəzi xəstəlikləri (buraya qalxanabənzər və ətrafı, böyrəküstü vəzi aiddir)
- Proktoloji xəstəliklər (buraya anal fistula, anal çat, hemorroy və s. aiddir)
- Qastrointestinal sistem xəstəlikləri (buraya nazik və yoğun bağırsaq, mədə xəstəlikləri aiddir)
- Hepatopankeatobiliar xəstəliklər (buraya öd kisəsi və öd yolları, qaraciyər, mədəaltı vəzi xəstəlikləri aiddir)
- Süd vəzisi xəstəlikləri
- Yırtıq cərrahiyyəsi
- Laparoskopik cərrahiyyə
- Dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri
- Qastrointestinal sistem cərrahiyyəsi
İstanbul NS Klinika Cərrahiyyə şöbəsi hansı Qastrointestinal sistem cərrahiyyəsi əməliyyatları həyata keçirir?
- Qida borusunun lipoma, axalaziya, leyomiyoma kimi xoşxassəli törəmələri
- Nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, fistulalar, keçməməzlik, bezoarlar)
- Mədə və on iki barmaq bağırsağın qanaxma, deşilmə, mədə çıxacağının stenozu kimi ağırlaşmaları
- Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, hemorroidlər, perianal fistulalar, qeyri-spesifik xoralı kolit), anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.
Hepatopankreatikobiliar cərrahiyyə hansı əməliyyatları əhatə edir?
- Öd yollarının və mədəaltı vəzin xəstəliklərinin ( xroniki pankreatit, stenoz, daş, exinokokk kistası) müalicəsini
- Mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir.
- Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatlar
ÜMUMİ CƏRRAHİYYƏ NƏDİR?
Ümumi Cərrahiyyə, bədəndə ümumi və lokal fəsadların cərrahi üsullarla müalicəsidir. Yaraların sağaldırması və yaxşılaşdırılması kimi müalicələri əhatə edir.
Ümumi cərrahi xəstəliklərin böyük qismini xərçəng xəstəlikləri tutur. Bu xəstəlik üçün ilk öncə diaqnostik müayinə təyin edilir. Ardınca müalicə xranologiyası seçilir. Ümumi cərrahiyyənin əhatə etdiyi digər bir sahə travmatologiyadır. Ümumi cərrahiyyənin ən mühim mərgələsindən biri əməliyyat sonrası xəstənin normal fəaliyyətinin qısa zamanda bərpa edilməsidir.
Traid cərrahiyyəsi, yemək borusu, mədə və bağırsaqlar, öd kisəsi, qaraciyər, pankreas, öd yolları, məmə, makatvə s. xəstəlikləri dedikdə Ümumi cərrahiyyə başa düşülür.
İstanbul NS Klinikasında olunan Ümumi cərrahi əməliyyatlar hansılardır?
- Appendisit
- Endokrin sistemi xəstəliklərinin cərrahiyyəsi
- Bağırsaq keçməzliyi
- Hemoroid (babasil)
- Göbək yırtığı
- Mədə-bağırsaq qanaxmaları
- Qasıq yırtığı
- Epiqastral yırtıq
- Tiroid vəzi (zob) xəstəliklərinin əməliyyatı
- Laparoskopik cərrahiyyə
- Qaraciyər və öd kisəsi əməliyyatları və s.
İstanbul NS Klinika Cərrahiyyə şöbəsi ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Klinikamızın əməliyyatxanaları və xəstə palataları öz komfortu ilə bir nömrədir. Klinikamızın palataları müasir imkanlara sahib olan xəstə çarpayıları, monitorlar və s. ilə təchiz edilmişdir.
İxtisaslı kollektivimiz öz peşakarlıqları ilə sizin ən qısa zamanda sağlımlığınıza qovuşmanız üçün çalışırlar. Cərrahiyyə şöbəsi hər cür imkanla təmin edilmiş laboratoriya, endoskopiya, ultrasəs müayinə, reabilitasiya və s şöbələrlə vəhdət şəklindədir.
Bu səbəbdən ilkin testlərdən başlayaraq tamamən terapiya görüb yaxşılaşma anına kimi klinikamızdan çıxmağa eytiyyacınız olmayacaq. Burada istər xəstələrimiz, istərsə də onların yaxınları üçün bütün lazımı şərait yaradılmışdır.
Səhhətinizdə hiss etdiyiniz ən xırda bir narahatlıqda belə mütləq həkimlə məsləhətləşməyiniz tövsiyyə edilir. Sağlamlığınız bizim üçün vacibdir. Siz də öz sağlamlığınızı bizə etibar edin.