İstanbul NS Klinikası Travmatologiya və Ortopediya şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir. Bu sayədə xəstəliyinizin ilkin diaqnostikası vaxt itirmədən qoyulur. Yüksək ixtisaslı mütəxəssislərimiz tərəfindən müalicəyə başlanılır.
Travmatologiya və Ortopediya şöbəmizdə klassik üsullarla birgə ən müasir üsullarla da müalicə və müayinə həyata keçirilir. Atroskopiya, intramedulyar və ekstramedulyar osteosintez, sümük və əzələ deffektləri və s. bunlara aiddir. Klinikamızda həmçinin endoprotezləşmə, özüllərin rekonsturksiyası əməliyyatları da həyata keçirilir.
Bu xəstəliklərə hansılar aiddir?
- Yuxarı və aşağı ətraf artrozları
- Periferik sinir sisteminin travmatik zədələnmələri
- Kifozlar
- Skoliozlar
- Əzələ-vətər kəsilmələri
- İdmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları
- Anadangəlmə bud çıxıqları
- Dayaq-hərəkət travmaları
İstanbul NS Klinika Travmatologiya və Ortopediya şöbəsi müalicə etdiyi xəstəliklər hansılardır?
Yuxarı ətraf travmaları
Yuxarı ətraf sümüklərinə bazu, kürək, said və əl sümükləri, körpücük sümükləri daxildir. Yuxarı ətraf travmaları dedikdə isə sadalanan bölgədəki sınıqlar, əzəzlə və damar zədələnməsi, yırtıqlar başa düşülür.
Aşağı ətraf travmaları
Aşağı ətraf dedikdə topuq, daban, pəncə, ayaq, bud, baldır nəzərdə tutulur. Aşağı ətraf travmaları dedikdə isə sadalanan nahiyələrdəki funksional pozğunluqlar nəzərdə tutulur. Bunlara, qırıq, sınıq, çıxıq kimi zədələnmələr, duzlaşmalar və s. səbəb ola bilər.
Skoliozlar
Onurğanın öz oxun ətrafında burulub yana əyilməsi xəstəliyidir. Bu xəstəlik ilk öncə təbii görünən deformasiya kimi gözə çarpır. Lakin xəstəlik özünü inkişaf etmiş mərhələdə göstərir. Bu mərhələdə əyrilik qüsuru ilə yanaşı daxili orqanları da sıxışdırır. Bu da öz növbəsində normal fəaliyyətdə məhdudiyyətlər yaradır. Bu səbəbdən bu xəstəliyin erkən diaqnostikasına fikir verilməldir. Skoliozun ən geniş yayılmış növləri idiopatik, neyromuskular, kongenital skoliozdur. Kongenital skolioz adətən anadangəlmə onurğa qüsurları ilə əlaqədar yaranır. Nevroloji xəstəliklər səbəbindən isə nevromuskulyar skolioz yarana bilir. Bir də skoliozun dəqiq səbəbi bilinməyən növü də vardır ki, o da, idiopatikdir.
Digər onurğa deformasiyaları
Bu anadangəlmə və ya sonradan qazanılan onurğa problemidir. Müxtəlif səbəblərdən yarana bilir. Oturuş tərzi, çalışma mühiti, ağır yüklər və s. onurğada deformasiyalara səbəb ola bilər.
Döş qəfəsi deformasiyaları
Döş qəfəsi deformasiyaları müxtəlif ağrı və narahatlıq şəklində özünü göstərsə də bəzən ağrısız olur. Lakin irəliləyən mərhələlərdə döş qəfəsindəki batıqlıq daxili orqanların sıxıştırılmasına gətirib çıxarır. Bu da öz növbəsində orqanların tam funkionallağına əngəl törədir.
Pleksitlər
Onurğa beyinin sinir kələfi xəstəliyidir. Buna travmalar, onurğa problemləri, infeksion xəstəliklər və s. səbəb ola bilər. Ənsə nayiyəsindəki ağrılar və boyundakı əzlələrin iflici boyun pleksitinin əlamətləridir. Yuxarı ətraflarda, çiyində, körpücük və ətrafı nahiyələrdə ağrılara bazu pleksiti səbəb olur. Sonrakı mərhələdə süst-atrofik iflic baş verir. Yuxarı ətraflarda hərəkət məhdudiyyəti meydana gəlir. Xəstəlik bəzən 2-3 ay müddətində düzgün malicə yöntəmləri ilə sağalsa da, bəzən də iflic sabit qalır. Beldən başlayan və ayaqlar, bud və oturaq sinirlər üzərində yayılan ağrılar bel-oma pleksitinin əlamətləridir. Bu kimi hallarda ayaqlarda zəiflik müşahidə edilir.
Müalicə xəstəliyin yaranma səbəbinə, etiologiyasına əsasən aparılmalıdır. İnfeksiya ilə əlaqədar yaranmış xəstəlikdə ilkin olaraq iltihaba qarşı müalicə aparılmalıdır. Eyniylə də həkimin təyinatı ilə isti prosedurlar, ağrıkəsici müayinələr və s. aparılmalıdır. Qadınlardakı bel-oma pleksiti əlamətləri müşahidə edilərsə ilkin olaraq ginekoloqa müraciət edilməsi məsləhətdir.
Ümumilikdə Pleksitin bir çox növləri var. Koroid, venöz, sinir, kardiyaq, çölyak pleksit növləridir.
Sadalanan xəstəliklərlə yanaşı klinikamızda həmçinin qonartozlar, koksartozlar, bud çıxıqları, sinir damar zədələnmələri də müalicə edilir.
Sağlamlığınızın qeydinə qalan İstanbul NS Klinika Travmatologiya və Ortopediya şöbəsi təcrübəli həkimləri ilə daim xidmətinizdədir.