İstanbul NS Klinika Terapiya şöbəsi daxili orqanların diaqnostika, müalicə və profilaktikasını həyata keçirir. Ümumiyyətlə terapiya sözünün hərfi mənası qulluq, müalicə etmək deməkdir. Təcrübəli terapevtlərimiz daim qulluğunuzdadır.
Terapiya müalicə metodu qeyri-cərrahi tibbin böyük hissəsini əhatə edir
- Ürək-damar xətəliklərinin müalicəsində (hipertoniya, ürək çatışmazlığı, revmatizm və s.)
- Tənəffüs yolları və orqanları xəstəliklərində (bronxit, qrup, astma, pnevmaniyə və s.)
- Mədə-bağırsaq sistemi pozğunluqlarında və xəstəliklərində (xora, kolit, qastrit və s.)
- Revmatik xəstəliklərdə (artroz, toxuma xəstəlikləri, artrit və s.)
- İfrazat sistemi xəstəliklərində
- Endokrinoloji xəstəliklərdə (tireoid, diabet və s.)
Terapiya zamanı ilk öncə terapevt tərəfindən xəstənin bütün şikayətləri dinlənilir. Xəstə müayinəyə götürülərək xəstəliyinin adı öyrənilir. Müalicəyə keçilir.
Terapevtə nə vaxt müraciət etməlisiniz?
- Əgər sağlamlığınızda normalına nəzərən hər hansı narahatçılıq yaranmışsa
- Xəstəliyinizlə əlaqədar hansı ixtisas həkiminə müraciət etməli olduğunzu müəyyən edə bilmirsinizsə
- Analiz nəticələrinin izahı lazımdırsa
İstanbul NS Klinika Terapiya şöbəsinin terapevtlərinə müraciət edə bilərsiniz.
Terapevtin müayinə və müalicə prosesi necədir?
Naratlıqları olan şəxsin ilk müraciət etməsi olan şəxs terapevtdir. Terapevtlər posientlərin şikayətini dinləyir. Onlar haqqında anamnez toplayırlar. Yəni, terapevt tərəfindən posientin həyat tərzi, xəstəlik keçmişi, allergik reaksiyası və s. öyrənilir. Sonrasında xəstəyə ümumi baxış keçirilir. Dərisi, gözü, nəfəsi, təzyiqi, ümumilikdə bütün bədəni nəzərdən keçirilir. Nəbzi yoxlanılır və ciyərləri dinlənilir.
Əgər terapevt lazım bilərsə əlavə müayinə olaraq xəstə laboratoriyaya göndərilir. Burada xəstədən müxtəlif analizlər götürülür və təhlil edilir. Klinikamızın laboratoriyası müasir avadanlıqlarla təchiz edilmişdir. Qısa müddət ərzində bütün növ analizlərin cavabı xəstəyə verilir. Bundan başqa Klinikamızda Rentgenoqrafiya, Sonoqrafiya, Endoskopik və s. müayinələr də mövcuddur. Xəstə bütün lazımı testlərdən keçdikdən sonra, terapevtlərimiz tərəfindən nəticə diaqnozu qoyulur. Tibbi sənədləşmələr aparılır və müalicəyə başlanılır. İstanbul NS Klinika Terapiya şöbəsinin terapevtləri mütəxəsisslərdən təşkil edilmişdir. Siz də öz müalicənizi bizə etibar edin. Unutmayın ki, sizin sağlamlığınız daim bizim üçün önəmlidir.
Terapevtə ən çox müraciət edilən şikayətlər hansılardır?
-Baş ağrıları. Günümüzdə hər beş insandan birində görülən narahatlıqdır. Baş ağrılarının bir çox səbəbi ola bilər. Düzgün qidalanmama, nəfəs yollarında pozğunluq, yuxusuzluq və s. Ağrılarınızın səbəbini dəqiq bilməli və düzgün müayinə üsulu seçməlisiniz. Bunun üçün sizə İstanbul NS Klinikası Terapiya şöbəsinin terapevtləri kömək edəcəkdir.
-Döş qəfəsi ağrıları. Bu ağrılar əzələ, sümük və ya nəfəs yolları və ciyərlərdəki narahatlıqdan meydana gələ bilər. İş prosesində və ya gündəlik həyatda oturma vəziyyəti belə döşlərdə ağrılara səbəb ola bilər. Unutmayaq ki, insan bədəni və orqanları vəhdət təşkil edən bir sistemdir. Bu səbəbdən özünüzdə cüzi ağrı halı müşahidə etdikdə belə mütləq terapevtə müraciət edin.
-Ağız boşluğu və mədədə narahatlıqlar. Bu kimi hallara yediyimiz qidalar, qəbul etdiyimiz içkilər, dərmanlar və s. də səbəb ola bilər. Ağız suyu vəzinin, mədə şirəsi vəsinin problemləri də narahatlıq hissinə səbəb olur.
Ümumilikdə yuxarda sadalananlarla yanaşı özünüzdə hiss etdiyiniz hər hansı bir narahatlıqda mütləq şəkildə terapevtə müraciət edin. İstanbul NS Klinikası Terapiya şöbəsi tibbin qabaqcıl avadanlıqları ilə xidmətinizdə hazırdır. Sağlamlığınızı ən az sizin qədər düşünürük.