İstanbul NS Klinika Stomatologiya şöbəsi diş və diş əti xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Şöbəmiz diş-çənə sisteminin, üz və boyun toxumalarının, ağız boşluğunun, anatomiyası, patogenezi, etiologiyası və s. ilə ixtisaslaşmışdır. İstanbul NS Klinika Stomatologiya şöbəsi müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Peşəkar stomatoloqlarımız daim xidmətinizdədir.
İstanbul NS Klinika Stomatologiya şöbəsi bir çox stamotoloji xidmətlər həyata keçirilir.
Terapevtik stomatologiya xidməti.
Ağız boşluğu və dişlərdəki müxtəlif xəstəliklərin müalicəsini həyata keçiririk. Funksional və anatomik qüsurları aradan qaldırırıq.
Endodontiya stomatoloji xidməti.
Diş pulpası xəstəliklərinin müayinə və müalicəsini həyata keçiririk. Periodontit, pulpit və s. kimi xəstəliklər bunlara misal ola bilər.
Ortopedik stomatologiya xidməti.
Diş-çənə sistemindəki anormallıqları aradan qaldırırq. Funksional və anatomik pozğunluqları müalicə edirik. Ən müasir avadanlıqların köməyi ilə rahat, dəqiq və tez zamanda protezlər hazırlanır. Klinikamızda şəxsin istəyinə uyğun olaraq hər cür protezlər hazırlanır.
Uşaq stomatologiyası xidməti.
Körpələrimizin sağlamlığı ən az valideynləri qədər bizim üçün də önəmlidir. Süd dişləri, digər dişlərin inkişafı prosesində əmələ gələn qüsurları və xəstəlikləri müalicə edirik.
Xalq arasında ən çox yayılan stomatoloji xəstəliklər hansılardır və nə kimi müalicə tədbirləri görülməlidir?
Diş kariyesi
Dişin sərt toxumasında yaranan bir xəstəlikdir. Geniş şəkildə yayılmış sistemli dişlərə qulluq proqramı çərçivəsində bu xəstəlik günümüzdə azalsa da, keçmişdə daha çox rast gəlinirdi. Kariyes ilkin olaraq düşün sərt toxumasında səth əmələ gətirir. Bu səbədən tərkibində ftor olan çğməcunlarla dişlərə qulluq göstərilməlidir.
Kariyes azı dişləri boşluqlarında və dişin çeynəyən bölgəsində yaranır. Kariyes geniş yayıldıqda dişlərin itməsi ilə yanaşı diş ətinizdə ciddi fəsadlar törədə bilər. Bu səbəbdən dişlərinizə müntəzəm qulluğu əsirgəməyin. Həkim müayinəsindən keçin.
Dişin patoloji aşınması
Dişlər eroziyaya məruz qaldıqda və ya zədələnmə, yeyilmə halları baş verdikdə aşınır. Effektiv müalicə üçün ilk öncə aşınmanın səbəbi müəyyən edilməlidir. Patoloji diş aşınması çeynəmədə narahatlıqlara səbəb ola bilər. Bu zaman alt çənə və gicgah bölgəsində oynaq ağrıları meydana gələ bilir.
Dişlərin yayılmış zədələnməsi
Dişlər bir-birlərinə təmas etdikdə, sərt sürtündükdə aşınma yaranır. Bu hal dişin çeynəmə səthində müşahidə edilir. Aşınmanın müəyyən mərhələdən sonra artıq xəstəlik kimi sinifləndirilir.
Dişlərin yeyilməsi
Xarici faktorlar səbəbindən dişlər eroziyaya məruz qala bilir. Buna dişlərin sərt şəkildə fırçalanması, keyfiyyətsiz diş məcunu və diş fırçası da səbəb ola bilər.
Diş aşınmasının müalicəsi
Tək bir diş zədələndiyi təqdirdə xüsusi stamotoloji matereallar ilə həmin diş bərpa edilir. Bu hal bir neçə dişdə yayılmış və ciddi fəsadlar şəklində olarsa, bu zaman dişlərin eroziyaya məruz qalmış hissəsi təmizlənir. Lazım gəldikdə isə qapaqcıqlar qoyulur.
Sağlamlıq ağız və ağız boşluğundan başlayır. Dişlərinizi müntəzəm olaraq təmizləyin. Hər hansı bir şikayət və ya narahatlıq hiss edərsəniz mütləq klinikamızın mütəxəssislərinə müraciət edin. İstanbul NS Klinikası Stamatologiya şöbəsi daim sizin xidmətinizdədir.