Urologiya – Andrologiya

İstanbul NS Klinika Urologiya şöbəsi kişi və qadın ifraz sistemi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Təcrübəli uroloqlarımız kişi cinsi orqanı xəstəliklərinin patologiyasının diaqnostika və müalicəsini həyata keçirir.

İstanbul NS Klinika Urologiya – Andrologiya şöbəsi.

İstanbul NS Klinika Urologiya şöbəsi kişi və qadın ifraz sistemi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Təcrübəli uroloqlarımız kişi cinsi orqanı xəstəliklərinin patologiyasının diaqnostika və müalicəsini həyata keçirir. Uroloji xəstəliklər həm kişilərdə, həm də qadınlarda geniş yayılmışdır. Bu səbəbdən müntəzəm olaraq uroloq müayinəsindən keçmək vacibdir.

Hansı hallarda uroloqa müraciət etmək mütləqdir?

-Sidik ifrazat sistemində hər hansə narahatlıq hissi yarandıqda

-Beldə, xayalarda, cinsi orqanda ağrılar hiss etdikdə

-Sidik ifrazının pozulması hallarında

-Cinsiyyət orqanının xarici görünüşündəki dəyişikliklərdə

-Cinsi funksionallığın pozulması və potensialın azalması hallarında

Ümumilikdə 45 yaş üzəri kişilər proflaktik olaraq ildə bir dəfə uroloq müayinəsindən keçməlidir. Klinikamızda müasir laboratoriya, eyniylə ultrasəs müayinə avadanlıqları ilə testlərdən keçərək dəqiq diaqnoz almaq mümkündür.

ENDOUROLOGİYA Tibbin xüsusi bölməsi olan endourologiya sidik sisteminin kəsiksiz müayinə və müalicəsinə imkan yaradır. Digər üsullara nisbətən bu üsul daha artıq uğurlu nəticənin əldə edilməsi üçün idealdır. Bu müalicədən sonra xəstə daha sürətlə normal həyata qayıda bilir.

Klinikamızda aparılan endoskopik uroloji cərrahiyyələr: – Prostatın transuretal rezeksiyası (TUR-P) – prostat adenoması endoskopik cərrahiyyəsi

-Endoskopik internal uretrotomiya (EİU) – sidik kanalı darlıqları -Perkutan Nefrolitotripsiya (PNL) – böyrək daşların -Sistolitotripsiya – sidik kisəsi daşları -Sidik kisəsi törəmələrində transuretral rezeksiya (TUR) -Ureterorenoskopiya (URS) və Ureterolitotripsiya – sidik axarı daşları lazer cərrahiyyəsi

Urologiya - Andrologiya
Bəs niyə İstanbul NS Klinikanı seçməlisiniz?
Peşəkar və Təcrübəli Həkim heyəti
Özlərini peşələrinə həsr etmiş və insanlara dəyər verən həkim heyətimiz
Üst səviyyə xəstə məmnuniyyəti
Son texnoloji cihazlar və keyfiyyətli infrastruktur
Güvəndiyiniz tibbi xidmət

LAPAROSKOPİK UROLOGİYA Uroloji əməliyyatlar şöbəsinin ən son naliyyətlərindən biri olan laparoskopik urologiya dünyada geniş yayılmışdır. Bu üsulun əməliyyat zamanı minimal qanaxma, əməliyyatdan sonra yaranın tez sağalması kimi müsbət cəhətləri çoxdur. Bu əməliyyatla dəridə çapıq və ya yarıq izləri olmur.

Klinikamızda aparılan laparoskopik uroloji cərrəhiyyələr: -Laparoskopik nefrektomiya -Laparoskopik piyeloplastika -Laparoskopik ureterolitotomiya

ANDROLOJİ CƏRRAHİYYƏ Androloji cərrahiyyə kişi sonsuzluğunun ən müasir metodlarla müalicəsi sayılır. Penisin kosmetik və estetik əməliyyatı, penis protezlərinin yerləşdirilməsi və s. kimi əməliyyatlar icra edilir.

Klinikamızda müasir avadanlıqlarla təchiz olunmuş şöbəmizdə müayinələrdən keçərək öz probleminizin həllinə qısa zamanda nail olacaqsınız. Əgər özünüzdə və orqanınızda hər hansı narahatlıq hiss edirsinizsə vaxt itirmədən uroloqlarımıza müraciət edin.

QADIN UROLOGİYASI Qadın cinsiyyət orqanı xəstəlikləri ilə məşğul olan şöbəmizdir. Burada vaginal asqı əməliyyatı, sidik kisəsinə botoks əlavəsi və s. kimi əməliyyatlar tam ağrısız və sidik qaçırmadan icra edilir.

Uroloq qəbuluna gələrkən nələrə diqqət yetirilməlidir? 

Xanımlar üçün gigiyenik təmizlik bəs edir. Kişilərdə əgər sperm analizi veriləcəksə 2-3 gün müddətində sperm boşalmamalıdır. Sidik kanalından analiz nümunəsi alınacaqsa 3 saat müddətində sidik ifraz edilməməlidir. Prostat vəzinin müayinəsi üçün düz bağırsaq boş olmalıdır. Sidik kisəsinin və böyrəklərin USM müayinəsi zamanı sidik kisəsi dolu olmalıdır.

Uroloji xəstəliklərin müayinə metodları hansılardır?

Uroloq konsultasiya müəyyən mərhələləri əhatə edir. İlkin olaraq xəstənin şikayətləri dinlənilir, əl ilə və vizual olaraq xəstə yoxlanışdan keçir. Xəstə haqqında suallar verilərək onun barəsində pis vərdişlərinin olması, allergiyasının möcudluğu və s. kimi informasiyalar toplanılır. Sonra, cinsiyyət orqanına baxış keçirilir, xayaların və penisin forması, ölçüləri qiymətləndirilir. Damarlar kontrol edilir. Həkim tərəfindən xəstədə mütləq müayinə tələb edən şübhəli hal aşkar edildikdə xəstə laboratoriya testlərinə göndərilir. Burada xəstə qandan, sidikdən və bəzi hallarda spermadan testlər verir. Uroloji xəstəlilərin aşkarlanma metodlarından bir digəri də, USM, MRT və KT müayinə metodlarıdır. Bunlar xüsusi həkim göstərişi olduqda vacibdir.


Xəstə Rəyləri

Urologiya - Andrologiya Həkimləri

İndi Yoxlama Görüşü yaradın.