Təcili Tibbi Yardım

İstanbul NS Klinikası Təcili Tibbi Yardım şöbəsi təxirəsalınmaz ilkin tibbi müdaxilə şöbəsidir. Yerində müdaxilə üçün müasir avadanlıqları olan tibbi avtomobil və peşəkar heyyət 7 gün 24 saat xidmətinizdədir. Sizdə baş verən, yolda və ya işdə rastlaşdığınız, ilkin tibbi yardım tələb edən hallarda 070 738 85 00 nömrəsi ilə əlaqə saxlayın.

Təcili tibbi yardım nədir?

Günümüzdə ölüm hallarının bir çoxu vaxtında və ya düzgün ilkin tibbi yardım eedilməməsi səbəbindən baş verir. Həmçinin klinikaya gec çatdırılma və ya klinikaya çatdırılana qədər heç bir tibbi müdaxilə edilməməsi də həyati təhlükələrə səbəb olur.

İstanbul NS Klinikası Təcili Tibbi Yardım şöbəsi müasir avadanlıqları olan tibbi avtomobilə sahibdir. Avtomobildə istər xəstə yatağı, istər ilkin müdaxilə avadanlıqları peşəkar personalların istifadəsi ilə sizin sağlamlığınız üçün düşünülmüşdür.

070 738 85 00 nömrəli Sağlamlıq Xətti ilə həftənin 7 günü 24 saat zəng edilə bilər və zənglər cavablandırılır.

Təcili yardım şöbəsindən bütün yaş qruplarından olan xəstələrə xidmət göstərilə bilər. Təcili yardım xidmətlərində müşahidə otağı, müdaxilə otağı, gips otağı və EKQ kimi bölmələr var.

Klinikamıza gətirilən xəstələrə klinikadan çıxmadan bütüz zəruri müdaxilələrin edilməsi üçün şərait yaradılmışdır. Beləki, kompüter tomoqrafiyası, maqnit rezonans, ultrasəs görüntüləmə, laboratoloji müayinələr və s. kimi imkanlar mövcuddur. İstanbul NS Klinikası sizin sağlamlığınızı düşünərək hər bir şöbəni müasir avadanlıqlarla təchiz etmişdir. Şöbələrimizdə çalışan kollektivimiz öz işlərində peşəkar şəxslərdən seçilmişdir.

Təcili tibbi yardım səhiyyə müəssisələrində təcili yardıma ehtiyyacı olan şəxslərə xidmət üçün yaradılmış bölmədir. Təcili yardım xidmətləri xəstənin şikayətinə uyğun olaraq müxtəlif bölmələr şəklində fəaliyyət göstərir. Təcili yardım yüngül xəstəliklərdən ağır xəstəliklərə qədər bütün sahələri əhatə edən xidmət sferasına malikdir. Təcili yardım şöbəsi tənəffüs çatışmazlığından qulaq ağrısına, qanaxmadan boğaz ağrısına qədər bir çox sağlamlıq problemi ilə məşğul olur.

Təcili Tibbi Yardım
Bəs niyə İstanbul NS Klinikanı seçməlisiniz?
Peşəkar və Təcrübəli Həkim heyəti
Özlərini peşələrinə həsr etmiş və insanlara dəyər verən həkim heyətimiz
Üst səviyyə xəstə məmnuniyyəti
Son texnoloji cihazlar və keyfiyyətli infrastruktur
Güvəndiyiniz tibbi xidmət

Təcili yardım şöbəsində hansı xəstəliklərə müdaxilə edilir ?

Qırmızı sahə vahidi daxilində olan xəstəliklər :

-Ürək dayanması

-Ürək-ağciyər dayanması

-Koma

-Tənəffüs yollarının tıxanması

-Travma

-Allergik şok (Anafilaksi)

-Febril qıcolmalar

-Ağır və yüngül zədələnmələr

Sarı sahə vahidi daxilində olan xəstəliklər :

-Qarın ağrısı

-Udma çətinliyi

-Boğaz ağrıları

-Orta dərəcəli yanıqlar

-Böyrək daşları

-Sümük sınıqları (uzun və ya omba)

-Kəsiklər (amputasiya olunmayan)

-Açıq sınıqlar

-Hərarətsiz baş ağrıları

Yaşıl sahə bölməsinin xəstəlikləri :

-Burxulmalar

-Xroniki oynaq və baş ağrıları

-Səpkilər

-Yaraya qulluq (çirk boşaltma, sarğı dəyişmə və s.)

-Vaginal axıntı

-Ümumi soyuqluq

-Kiçik qulaq ağrıları

-Həşarat dişləmələri (şok effekti yaratmayan)

-Tikişlərin sökülməsi

Digərlər xəstəliklər və ya hadisələr :

-Təcavüz

-İntihara cəhd

-Yol-nəqliyyat hadisəsi

-Ağır dərəcəli yanıqlar

-Huş itməsinə səbəb olan vəziyyətlər

-İnsult (uremik və diabetik koma)

-Ürəkdə pozğunluq, göz qapağında pisləşmə, təzyiq və tənəffüs pozğunluğu yaradan ciddi allergiyalar

Sadalananlardan əlavə, təcili tibbi yardımın beynəlxalq parametrlərə görə teror, təxribat, bıçaqlanma, mitinq, döyüşlər, atışmalar və s. əsnasında da xidmət göstərir.

İstanbul NS Klinikası bütün yuxarıda sadalanan hallara ilkin müdaxilənin göstərilməsi üçün bütün lazımı avadanlıqlarla təchiz edilmişdir. Klinikamızın Təcili Tibbi Yardım şöbəsi öz peşəkar kollektivi ilə 7 gün 24 saat aralıqsız xidmətinizdədir. Unutmayın ki, gecikdirilmiş və ya düzgün olunmayan ilkin müdaxilə qalıcı qüsurlara və hətta ölümə səbəb ola bilər. Bu səbəbdən, sizdə baş verən, yolda və ya işdə rastlaşdığınız, ilkin tibbi yardım tələb edən hallarda 070 738 85 00 nömrəsi ilə əlaqə saxlayın. Operativ və peşəkar kollektivimiz vaxt itirmədən ünvanınızda olacaq. Sağlamlığınız bizim üçün dəyərlidir.


Xəstə Rəyləri

Təcili Tibbi Yardım Həkimləri

İndi Yoxlama Görüşü yaradın.