Plastik-Estetik və Rekonstruktiv Cərrahiyyə

İstanbul NS klinikasının Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbəsi peşəkar kollektivi ilə xidmətinizdədir. Ağrısız, izsiz, lokal və ümumi anesteziya ilə tez bir zamanda qüsursuz görünüşünüzə qovuşacaqsınız.

İstanbul NS klinikasının Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə şöbəsi insan vücudundakı qüsurların müalicəsi üçün xidmət göstərir. Qəza, xəstəlik və anadangəlmə qüsurlar zamanı vücudun hər hansı bir hissəsinin forma və funksionallağı əvvəlki halına gətirilir. Cərrahi əməliyyatlarla birgə burda saç əkimi, dolğu və botoks ilə prosedurlar da tətbiq olunur.

İstanbul NS Klinikası Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsində hansı əməliyyatlar aparılır?

Üzün estetik cərrahiyyəsi:

  • Burnun estetik əməliyyatı (Rinoplastika)

Burun simmetrik forma baxımından üzümüzün əsas hissəsində yerləşir. Bu baxımdan burunda olan cüzi dəyişiklik belə görünüşümüzə öz təsirini göstərir. Burun əməliyyatından öncə xəstənin istəkləri nəzərə alınaraq həkim tərəfindən əməliyyat alqoritmi müəyyən edilir. Hər bir halda əməliyyatdan öncə xəstənin sağlıq vəziyyəti də analiz edilir. Nəfəs alma və nəfəs yolları probleminin olub-olmaması araşdırılır. Əməliyyatlar lokal və ümumi anesteziya (keyitmə) ilə aparılır.

  • Çəpər əyriliyi əməliyyatı (Septoplastika)

Burun çəpəri burunun daxilində yerləşib onu tən ortadan ayıran orqandır. Burun çəpəri əyriliyi günümüzdə 70%-80% insanlarda aşkarlanan bir problemdir. Bu doğuşdan yaranan və ya sonradan travmalarla qazanılan bir problemdir. Septoplastika əməliyyatı ilə burun çəpəri əyriliyindən yaxa qurtarmaq olar. Burun çəpəri əyriliyi zamanı xəstədə nəfəs alma problemləri mövcud olur. Adətən çəpərin əyilməyə meyilli olduğu burun hissəsində nəfəs almaq çətinliyi olur. Endoskopik müayinələrlə həkimlər tərəfindən dəqiq diaqnozlar qoyulur. Daha sonrasında xəstə əməliyyata götürülür.

  • Dodaq estetikası

Dodaqlar hər zaman gözəllik simvolu olaraq tanınan üz hissəmizdir. Daim diqqət mərkəzində olan dodaqlarımızda cüzi anormallıq istər nitqimizə, istərsə də görünüşümüzə öz təsirini göstərir. Estetik baxımdan dodaqlarda forma, üz məsafəsi, çənə məsafəsi, burundan və yanaqlardan məsafə simmetrik olmalıdır. Klinikamızda anadangəlmə və ya sonradan qazanılan qüsurlarla əlaqədar, daha gözəl görünüş üçün estetik baxımdan dodaq əməliyyatları aparılır.

  • Yanaq estetikası

Üzə forma verən yanaqlardır. Başın quruluşuna uyğun olaraq hər bir insana xas yanaq forması vardır. Lakin bəzən, yanaq yuvasında yağ itkisi və ya tam tərsi artıq yağlanma yanağımızın deformasiyasına gətirib çıxarır. Klinikamızda posientin şikayət və istəkləri nəzərə alınaraq həkim müayinələrindən sonra yanaq əməliyatı icra edilir. Əməliyyatlar bir nöqtədən və iz, ağrı faktorları olmadan aparılır.

  • Qulaq estetikası (Otoplastika)

Şəlpə qulaqlılıq və assimetrik qulaq forması otoplastika ilə düzəldilir. Əməliyyat zamanı qulaq kəsilərək kəllə sümüyə mümkün qədər yaxınlaşdırılır. Qulaqda digər əməliyyat zamanı auriküllərin forması da nəzərə alınmalıdır. Bu səbəbdən bəzi hallarda hər iki qulağa əməliyyat tətbiq edilir. • Qaşqaldırma

Qaşlar və gözlər arasında simmetrik forma verilir. Alının sallanmış dərisi gərilir, dolğunluq və ya piylənmə varsa çıxarılır. Endoskopik əməliyyatlarla artıq toxumalar çıxarılır. Xəstəyə arzuladığı görünüş bəxş edilir.

  • Göz qapağı estetikası

Gözlər insan yaşını bəlli edən başlıca orqanımızdır. Zaman keçdikcə iş və günlük mühitlə əlaqədar olaraq gözlərimiz də deformasiyaya uğraya bilir. Göz qapaqlarında qırışlar və sallantılar bir sıra xəstəliklərə də gətirib çıxara bilir. Göz qapağı əməliyyatı zamanı dəri bərkidilir, artıq sallantılar kəsilir, dəri yığılır.

  • Üzgərmə əməliyyatı (endoskopik və klassik)

Üzgərmə əməliyyatları zamanı üz yığılır, sallaqlıq aradan qaldırılır. Daha gənc və dolğun üz quruluşu ortaya çıxır.

  • Boyun dərisinin dartılması

Boyun dərisi bədən quruluşuna uyğun olaraq dartılır. Qırışmış dəri tam mülayimləşdirilir. Daha gümrah bir görüntü ortaya çıxır.

  • Üzdə çapıq və xalların aradan götürülməsi

Anadangəlmə və ya sonradan qazanılan üz çapıqları, xoşagəlməz xallar lazer və ya endoskopik üsullarla aradan qaldırılır.

Plastik-Estetik və Rekonstruktiv Cərrahiyyə
Bəs niyə İstanbul NS Klinikanı seçməlisiniz?
Peşəkar və Təcrübəli Həkim heyəti
Özlərini peşələrinə həsr etmiş və insanlara dəyər verən həkim heyətimiz
Üst səviyyə xəstə məmnuniyyəti
Son texnoloji cihazlar və keyfiyyətli infrastruktur
Güvəndiyiniz tibbi xidmət

İstanbul NS Klinikası Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsində aparılan digər əməliyyatlar:

Süd vəzisi estetikası:
• Süd vəzilərinin kiçildilməsi
• Süd vəzilərinin böyüdülməsi (silikon ilə)
• Süd vəzilərinin dikləşdirilməsi
• Süd vəzilərinin assimetriyasının düzəldilməsi
• Ginekomastiya (kişilərdə süd vəzilərinin cərrahiyyəsi)

Bədən estetikası:
• Qarın dərisinin dartılması (Abdominoplastika)
• Gluteoplastika (Popo böyütmə)
• Liposaksiya (artıq piylərin aradan götürülməsi)
• Bədən konturlarının düzəldilməsi
• Ayaq əyriliyinin düzəldilməsi
Lipofillinq

Rekonstruktiv prosedurlar:
• Rekonstruktiv çənə əməliyyatları
• Dovşan dodaq əməliyyatı
• Qurd ağız əməliyyatı
• Çapıqların cərrahiyyəsi
• Yanıq kontrakturlarının düzəldilməsi və s.

İstanbul NS Klinika Plastik-Estetik və rekonstruktiv cərrahiyyə şöbəsi sizin gözəlliyinizin və sağlamlığınızın qayğısına qalır. Ən müasir avadanlıqlar və öz sahəsinin peşəkarı olan kollektivimizlə daim xidmətinizdəyik.


Xəstə Rəyləri

Plastik-Estetik və Rekonstruktiv Cərrahiyyə Həkimləri

İndi Yoxlama Görüşü yaradın.