İstanbul NS Klinikası Pediatriya şöbəsi uşaq xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir. Peşəkar pediatrları ilə klinikamız daim övladınızın sağlamlığının keşiyindədir.
İstanbul NS Klinika Pediatriya şöbəsi uşaq xəstəliklərinin müalicə və profilaktikasını həyata keçirir. Həmçinin öyüməkdə olan uşaqlarda yaşla bağlı dəyişikliklə əlaqədar xüsusi müayinələr də həyata keçirilir.
İstanbul NS Klinika Pediatriya şöbəsində hansı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir?
İstanbul NS Klinikası Pediatriya şöbəsi uşaq xəstəliklərinin müalicə və müayini üçün ən son avadanlıqlarla təchiz edilmişdir. Klinikamızın pediatrları yüksək təcrübəli və peşəkar mütəxəssislərdən təşkil edilmişdir. Onlar uşaqlarınızın fiziki inkişafdan qalma, raxit, distrofiya və s. kimi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirirlər. Həmçinin klinikamızda spazmofiliya, hipervitaminoz, hipovitaminoz, diatez kimi xəstəliklərin də müayinəsi həyata keçirilir.
Uşaqlarda ən geniş görülən xəstəliklər hansılardır?
Həzm sistemi xəstəlikləri. Bunlara qastrit, mədə və 12 barmaq bağırsaq xorası, pankreatit, kolit, helmintozlar, enterit və s. adiddir.
Tənəffüs sistemi xəstəlikləri. Bunlara plevrit, bronxial astma, pollinoz, bronxit, pnevmoniya və s. aiddir.
Birləşdirici toxuma xəstəlikləri. Revmatizm, qırmızı qurd eşənəyi, dermatomiozit və s bunlara aid edilir.
İfrazat sistemi xəstəlikləri. Nefrotik, pieolnefri, qlomerulonefrit və s. bu xəstəliklərə aiddir.
Nevroloji xəstəliklər. Epilepsiya,baş ağrıları, epileptiform paroksizmlər, somnambulizm, tiklər və s. nevroloji xəstəliklərə aid edilir.

0-6 Yaş aralığı uşaqlar üçün peyvənd təqvimi:
- 4-7 gün– Hep B, BCG, OPV
- 2 aylıqda-Hep B, OPV, GDT, Hib, PK
- 3 aylıqda–OPV, GDT, Hib
- 4 aylıqda–OPV, GDT, Hib, PK
- 6 aylıqda–Hep B, PK
- 12 aylıqda– QPM
- 18 aylıqda–OPV, GDT
- 6 yaşında–DT, QPM
Peyvəndlərin adları:
- Hep B— hepatit B əleyhinə
- BCG— vərəm əleyhinə
- OPV— poliomielit əleyhinə
- GDT— göyöskürək, difteriya, tetanus əleyhinə
- Hib— haemophillus influenzae əleyhinə
- PK— pnevmokokk əleyhinə
- QPM— qızılca, məxmərək, epidemik parotit əleyhinə
- DT— difteriya, tetanus əleyhinə
İstanbul NS Klinikası Pediatriya şöbəsində övladlarınızın sağlamlığı üçün vaksinasiya tədbirləri də həyata keçirilir. Vaksinasiya dönəmi xronologiyasıyla mütləq tanış olun.
Vaksinasiya prosesindən əvvəl mütləq övladlarınızı həkim müayinəsindən keçirin. Onun sağlam olduğundan tam əmin olun. Allergiyaya meyilli uşaqlar mütləq vaksinasiyadan 3 gün qabaq həkim göstərişi ilə desensibilizasiyaedici məhlul içməlidir. Vaksinasiya zamanı uşağın rahatlığınə və sabitliyini təmin edilməlidir. İynənin tərpənməməsi və hər hansı bir reaksiyaya səbəbiyyət verməməsi üçün bu mütləqdir. Vaksindən sonra iynənin batdığı yeri ovxalamaq, toxunmaq olmaz! İnyeksiya hissəsi əl dəyməmək şərtiylə yara bandı ilə bağlanmalıdır. Vaksinasiyadan sonra inyeksiya nahiyəsinə 3 gün ərinzə su dəyməməsinə diqqət göstərin. Bu müddət ərzində bədənin hərarətini nəzartədə saxlayın. Hərarət yüksək olduqda mütləq pediatr ilə əlaqə saxlayın. İnjeksiya nahiyəsində ilk gün şişlik, istilik, bərklik olarsa o hissəyə yod qəfəsi çəkin. Növbəti gün eyni hal baş verdikdə nahiyəni 95◦ spirtlə yuyun və 1:1 ölçüsündə hazırlanmış məhlul ilə kompres edin. Kompresləri 2-4 saat arası mütəmadi dəyişdirin. Qızartı və şişkinlik 5 sm-dən artıq olduqda vaxt itirmədən həkimə meraciət edin.
Unutmayın sizin və övladınızın sağlamlığı bizim üçün vacibdir. İstanbul NS Klinikası Pediatriya şöbəsi öz peşəkar kollektivi ilə daim xidmətinizdədir.
Xəstə Rəyləri
Bu klinikada 2 emeliyat eletdirmisem burun rinoplastika ve sac ekimi. Her ikisinden de razi qalmisam. Burun emeliyati umumiyetle mohtesem, bele gozel tebii el isi olar.
Sayılı Seçili Klinikalardan Birisi.
Приятное место. Хороший персонал. Быстро и недорого сделали анализы.
Keçən il bağırsaq əməliyyatım bu klinikada oldu. İstər həkimlərdən, istərsə də klinikadakı digər çalışanlardan xeyli razıyam. Klinikanın çox təcrübəli və mehriban kollektivi var. Çox sağ ol İstanbul NS.
Savadlı həkimləri var. İstifadə etdikləri cihazlar da müasirdir. Mən dişlərimi İstanbul NS klinikasında düzəltdirmişəm. Tam ağrısız keçən prosesdən sonra istədiyim nəticə artıq mənimlədir. Hər kəsə təşəkkür edirəm.
Mən qızımı burada əməliyyat etdirdim. Deyə bilərəm ki, nadir klikalardan biridir ki, səliqəliliyini çox bəyəndim. İnsana qayğıları superdir. Gözləmə müddəti ərzində klinikanın terasında, şəhər mənzərəli kafesində oturdum. Yeməkləri çox əla idi.
Şəhərin mərkəzində olmağı ayrı bir rahatlıqdı. Mən burada həm burun əməliyyatı həm də saç əkimi etdirmişəm. Mənə göstərilən xidmətdən son dərəcə razıyam. Bu yaxınlarda dişlərimi də elə bu klinikada düzəltdirməyi düşünürəm.
Mən saç əkimi üçün İrandan gəldim. On gün sonra əla nəticəni gördüm. İndi daha gənc görsənirəm. Hər kəsə təşəkkür edirəm.