Neyrocərrahiyyə

İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsi sinir sistemi xəstəliklərinin cərrahi müalicəsini həyata keçirir. Ən müasir tibbi avadanlıqlarımız və peşəkar kollektivimizlə daim xidmətinizdəyik.

Neyrocərrahiyyə şöbəsi

İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsi sinir sistemi xəstəliklərinin cərrahi müalicəsini həyata keçirir.

Neyrocərrahiyyə nədir və nəyə baxır?

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan yüksək ixtisaslaşmış tibb sahəsidir. Sinir sistemi dedikdə beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtüklər nəzərdə tutulur. Bədənizimin ən mürəkkəb hissəsi sinir sistemimiz olduğundan bu sahənin özü də ən mürəkkəb tibb sahələrindən biridir. Bu sahə üzrə ixtisaslaşmış həkimlər neyrocərrahlardır. Onlar nevroloji xəstəliklərin diaqnostikasını, müayinə və müalicəsini, cərrahi müdaxiləsini həyata keçirirlər.

İstanbul NS Klinikası Neyrocərrahiyyə şöbəmiz son dərəcə peşəkar və təcrübəli heyyətdən ibarətdir. İstər neyrocərrahlarımız istərsə də şöbəmizdə çalışan digər işçilərimiz yüksək ixtisaslaşmış mütəxəssislərdir.

Əvvələr müdaxiləsi mümkün olmayan beyin və onurğa beyni toxumalarındakı problemlər artıq müasir texnologiyalarla müalicə olunur. Neyroradioloji görüntüləmə və müasir cərrahi avadanlıqlar problemlərinizdən rahat şəkildə yaxa qurtarmağa köməklik göstərəcəkdir.

İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsi hansı yaş qrupunun müayinə və müalicəsini həyata keçirir?

İstanbul NS Klinikası Neyrocərrahiyyə şöbəsi böyük kiçik fərq etmədən hər yaş qrupundan olan posientlərimizə xidmət göstərir. Onlardakı beyin və sinir sistemi narahatlıqlarının diaqnostikasını, müayinə və müalicəsini həyata keçirir. Klinikamızda yüksək texnolgiya və uzmanlıq tələb edən bütün növ əməliyyatlar qüsursuz şəkildə icra olunur. Texnoloji üstünlükləri ilə dünya standartlarına cavab verən Neyrocərrahiyyə şöbəmiz qısa müddətdə arzuladığınız sağlam həyatınızı sizə qaytarır.

Neyrocərrahiyyə
Bəs niyə İstanbul NS Klinikanı seçməlisiniz?
Peşəkar və Təcrübəli Həkim heyəti
Özlərini peşələrinə həsr etmiş və insanlara dəyər verən həkim heyətimiz
Üst səviyyə xəstə məmnuniyyəti
Son texnoloji cihazlar və keyfiyyətli infrastruktur
Güvəndiyiniz tibbi xidmət

İstanbul NS Klinikası Neyrocərrahiyyə şöbəsinin uğurları.

İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsi çətinlik dərəcəsi yüksək olan əməliyyatlar icra edir. Beyin və onurğa beyni şişləri, anevrizma, trigeminal nevralgiya və s. bunlardan bəziləridir. Klinikamızda, həmçinin, hemifasial spazm, distoriya, damar tıxanıqları kimi xəstəliklərin də cərrahi müayinəsi həyata keçirilir.

İstanbul NS Klinikası Neyrocərrahiyyə şöbəsində ən riskli əməliyyat belə rahatlıqla aparılır. Üstün və qabaqcıl texnologiya əməliyyat prosessinin rahatlığına imkan yaradır. Çox hallarda əməliyyat sırasında və sonrasında qanköçürmə lazım olmur. Bu nəticəyə nail olunmağında peşəkar heyyətin və müasir tibbi avadanlıqların əhəmiyyəti mühimdir.

İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsinin yaratdığı imkanlar nələrdir?

Ən çətin və mürəkkəb əməliyyatlar ən ağır xəstəliklərdən asanlıqla xilas olmağınız üçün həll üsuludur. Bu zaman sizə zamanın tələblərinə cavab verən müasir tibbi avadanlıqlar və peşəkar tibbi kolektiv kömək edə bilər. İstanbul NS Klinika Neyrocərrahiyyə şöbəsi Almaniya, ABŞ, Kanada, Yaponya kimi ölkələrin avadanlıqları ilə təchiz olunmuşdur. Qabaqcıl tibbi texnologiyalar istər əməliyyat sırasında, istərsə də əməliyyat sonrasında effektli müalicədə sizə kömək edəcək. Kollektivimiz xaricdə kurslarda və seminarlarda iştirak etmiş, geniş təcrübə və peşəkarlığa sahib olan mütəxəssislərdir.


Xəstə Rəyləri

Neyrocərrahiyyə Həkimləri

İndi Yoxlama Görüşü yaradın.