İstanbul NS Klinika Nevrologiya şöbəsi sinir sistemi fiziologiyası və xəstələkliklərinin müayinə və müalicəsini həyata keçirir. MRT, KT, EEG kimi ən müasir avadanlıq və təxrübəli mütəxəssislərimizlə xidmətinizdəyik.
Nevrologiya
İstanbul NS Klinika Nevrologiya şöbəsi sinir sistemi fiziologiyası və xəstələkliklərinin müayinə və müalicəsini həyata keçirir.
Sinir sistemi dedikdə beyin, onurğa beyni və periferik sinir sistemi nəzərdə tutulut. Bu şöbələrdə cərrahi müdaxilə tələb etməyən inkişaf etmiş xəstəliklərə nevrologiya şöbəsi müdaxilə edir. Nevrologiya böyüklər və uşaq nevrologiyası olaraq iki ayrı sahəyə bölünür. Nevrologiya şöbəmizdə mütəxəssislərimiz ambulator və stasionar müalicə xidməthəyata keçirir. Bununla yanaşı, xəstəliklərin təqibində intensiv terapiya xidmətləri göstərirlər.
İstanbul NS Klinika Nevrologiya şöbəsi hansı xəstəlikləri müalicə edir?
İstanbul NS Klinika Nevrologiya şöbəsi Serebrovaskulyar xəstəliklərin peşəkar meayinəsini həyata keçirir. Buraya beyin qanaxmaları və beyin damarlarının tıxanmaları daxildir. İflic kimi tanınan insult xəstəliyinin də müayinəsini həyata keçiririk. İnsult, beyin damarlarında tıxanma səbəbindən beynin tam qidalana bilməməsi səbəbindən yaranan xəstəlikdir. Bu özünü müxtəlif nevroloji əlamətlər şəklində biruzə verir. Damarın tıxandığı nahiyədə hüceyrə ölümü baş verir. Bu da öz növbəsində bədədə keyimələr, nitq pozğunluğu, gücsüzlük, halsızlıq, görmə və müqavimət pozğunluğu kimi fəsadlar törədir. Nevroloqlarımız Maqnit Rezonans Tomoqrafiya (MRT) və ya Kompüter Tomoqrafiyası (KT) vasitəsiylə müayinələrinizi aparır. Tıxanmış və ya zədə almış bölgəni aşkar edərək müalicə mərhələsini başladırlar.
Sadalanan xəstəliklərlə yanaşı, təzyiqdən əmələ gələn beyin qanaması, tıxanıqlıqdan qaynaqlanan venoz qanamalar ağır fəsadlar törədə bilər. Cərrahi müdaxilə tələb etmədiyi müddətcə bu xəstəliklərin də müayinə və müalicəsini nevroloqlarımız həyata keçirir.
Huşu itmiş, tənəffüs və ya ürək dəstəyinə ehtiyyacı olan xəstələrimiz reanimasiya şöbəsinə yerləşdirilir. İntensiv terapiya tələb edən xəstəlirimizin müalicəsi isə klinika daxilində aparılır.
İstanbul NS Klinika Nevrologiya şöbəsinin məşğul olduğu bölmələr hansılardır?
-Beyin – damar xəstəlikləri
-Baş ağrıları : xroniki baş ağrıları, miqren ağrıları, gərginlik , klaster ağrıları
-İflic, insult: qabarcıqlar, damar anomaliyaları, damar tıxanmaları və qansızmalar səbəbindən yaranır
-Epilepsiya: Sara – kiçik, böyük tutmalar, əməliyyat əhəmiyyətli olan epileptik tutmalar
-Unutqanlıq, demans
-Dağınıq skleroz (MS), beynin iltihabı xəstəlikləri
-Əzələ xəstəlikləri: miyasteniya gravis, miopatiyalar
-Başgicəllənmə, vertigolar
-Beyin infeksiyaları, ensefalit

Ən çox rast gəlinən nevroloji xəstəliklər hansılardır?
Epilepsiya:
Nevrologiyanın məşğul olduğu xəstəliklər sırasında geniş yayılmış xəstəliklərdən biri epilepsiyadır. Epilepsiya qıcolma kimi də tanınır. Qol və ayaqlarda tutulmalar, qıcolmalar, huşgetmə, ağızdan köpük əmələ gəlməsi, sidik ifrazı pozğunluqları və s. bu xəstəliyin əlamətləridir. Epilepsiyanın təyin və müalicə üsullarından əsas olanı EEG müalicə metodudur. Bu xəstəlik uşaqlıqdan mövcud olsa da yetkinlik dövründə nadir qarşılaşılır. Qıcolmalar baş verdikdə mütləq nevroloqa müraciət etməli və lazımı testlərdən keçməlisiniz. Başlıca olaraq MRT və EEG müayinələrindən keçmək lazımdır. Bu xətəliyin müalicəsi nevroloqların müayinəsi əsasında antiepileptik dərmanlarla aparılır.
Baş ağrısı:
Günümüzdə həyat şəraiti, stress, yuxusuzluq və s. kimi faktorların törətdiyi, ən geniş yayılmış şikayətlərdən biri baş ağrısıdır. Gərginlik ağrıları və migren bunlardan ən çox rast gəlinənlərdir. Diaqnozlar xəstənin şikayətinə və baş ağrısının növünə əsasən təyin edilir. Xəstə şikayəti nəzərə alınaraq müayinələr MRT və ya KT kimi görüntüləmə vasitələrindən istifadə edərək aparılır.
Demans:
Erkən yaş dövrlərini əhatə edən və geniş yayılmış nevroloji xəstəliklər sırasında demans öz əksini tapır. Bu xəstəliyin yaranma amillərindən başlcası depressiyadır. Uzun illərdir ki, cəmiyyətimizdə demans hallarına tez-tez rast gəlinir. Alzheimer xəstəliyi ən çox yaşlılardagörünən demans növüdür. Xəstəliyin ilkin əlaməti unutqanlıqdır. Sonrakı mərhələrində bu özünü gündəlik fəaliyyətlərdə çətinlik çəkmə, düşüncə pozğunluqları, iştahsızlıq halları ilə göstərir.
Hərəkət pozğunluqları:
Tremor, parkinson, distoniya, diskineziyalar və s. hərəkən pozğunluğu xəstəliyinə aid edilir. Parkinson xəstəliyi əllərdə titrəmə, qeyri-ixtiyari hərəkətlər, mimika itirmə, yerimədə pozğunluq halları yaradır. Əgər sizdə gecələr ayaqlarda və əllərdə titrəmə, yanma hissi olarsa mütləq nevroloqa müraciət edin. Unutmayın xəstəliyin zamanında aşkar edilməsi ondan daha asanlıqla xilas olmağınıza vəsilədir.
Yuxu pozğunluqları:
Stress, anormal qidalanma, gərgin həyat tərzi yuxu pozğunluğuna səbəb olan başlıca amillərdəndir. Xoruldama və yuxu apnesi patologiyaları yuxunuzun verimliliyini azalda bilər. Bu da kifayət qədər yuxu qəbul etmədiyiniz üçün daimi yorğunluq hissi yarada bilər. Yuxu keyfiyyətinin dəqiqləşdirilməsi və epilepsiya hallarının vaxtında müəyyənləşdirilməsi üçün EEG tətbiq edilir.
İstanbul NS Klinika Nevrologiya şöbəsi ən müasir avadanlıqları və təcrübəli nevroloqları ilə xidmətinizdədir. Unutmayın, sağlamlığınız bizim üçün önəmlidir!
Xəstə Rəyləri
Bu klinikada 2 emeliyat eletdirmisem burun rinoplastika ve sac ekimi. Her ikisinden de razi qalmisam. Burun emeliyati umumiyetle mohtesem, bele gozel tebii el isi olar.
Sayılı Seçili Klinikalardan Birisi.
Приятное место. Хороший персонал. Быстро и недорого сделали анализы.
Keçən il bağırsaq əməliyyatım bu klinikada oldu. İstər həkimlərdən, istərsə də klinikadakı digər çalışanlardan xeyli razıyam. Klinikanın çox təcrübəli və mehriban kollektivi var. Çox sağ ol İstanbul NS.
Savadlı həkimləri var. İstifadə etdikləri cihazlar da müasirdir. Mən dişlərimi İstanbul NS klinikasında düzəltdirmişəm. Tam ağrısız keçən prosesdən sonra istədiyim nəticə artıq mənimlədir. Hər kəsə təşəkkür edirəm.
Mən qızımı burada əməliyyat etdirdim. Deyə bilərəm ki, nadir klikalardan biridir ki, səliqəliliyini çox bəyəndim. İnsana qayğıları superdir. Gözləmə müddəti ərzində klinikanın terasında, şəhər mənzərəli kafesində oturdum. Yeməkləri çox əla idi.
Şəhərin mərkəzində olmağı ayrı bir rahatlıqdı. Mən burada həm burun əməliyyatı həm də saç əkimi etdirmişəm. Mənə göstərilən xidmətdən son dərəcə razıyam. Bu yaxınlarda dişlərimi də elə bu klinikada düzəltdirməyi düşünürəm.
Mən saç əkimi üçün İrandan gəldim. On gün sonra əla nəticəni gördüm. İndi daha gənc görsənirəm. Hər kəsə təşəkkür edirəm.