Məmə qaldırma əməliyyatı (mastopeksiya) məmə dikləşdirmə əməliyyatı adıyla da bilinir.
Məmə Estetikası və Məmə Dikləşdirmə Cərrahiyyəsi
Məmə uclarınız məmə qatının üstündə olduğu halda hər şey qaydasındadır. Xəttin səviyyəsidədirsə yüngül məmə sallanması, xəttdən aşağıdırsa şiddətli məmə sallanması var deməkdir. Aşağıya doğru sallanmış məmələr vəziyyətin ciddiliyindən xəbər verir.
Məmələr Niyə Sallanır?
Məmələr çox səbəbdən sallana bilər. Hormonal səbəblər, yaşlılıq məmənin boşalmasına və sallanmasına səbəb olur. Xüsusən körpə əmizdirən xanımların məmələri sallanmaya daha meyilli olur. Məmələr südlə dolur-boşalır. Təkrarlanan bu hal məmələrdə aşağıya doğru sallanmaya səbəb olur. Anadangəlmə sallaq məmələrdə isə məməni bağlayan hissə zəiflədiyindən sallantı daha çox olur.
Cərrahiyyə Olmadan Mümkün Həll Yolları Varmı?
Məmə sallantılarının cərrahiyyəsiz həll metodu hələ ki, tibbə məlum deyil. Sallaq məmələrin səbəbi sinə əzələləri deyil və idmanla dikləşmirlər. İnsanın anatomiyasında sinə əzlələri ilə məmə sallantısı əlaqəli deyil. İdman sinənizin görünüşünə müsbət dəyişiklik qata bilər lakin məməni qaldırmır.
Məmə qaldırma mütəxəssis tərəfindən icra edildiyi halda mükəmməl nəticələr verir. Məmələri cərrahiyyə metodu ilə dikləşdirmək, ölçüsünü və yönünü dəyişmək mümkündür.
Lakin bu tip əməliyyatların ən mənfi tərəfi əməliyyat sonrası yaranan çapıqlardır. Hələ ki, izsiz məmə əməliyyatı metodu yoxdur.
Bütün metodlarda məmə ilə sinənin bitişmə nöqtəsindən məmə ucunun çevrəsi boyunca çapıqlar qoyulur. Çapıqların qalma müddəti məmənin sallanma dərəcəsindən asılı olaraq dəyişir.
Məmə Qaldırma Ilə Məmə Kiçiltmə Əməliyyatları Arasında Fərq Nədir?
Məmə kiçiltmə əməliyyatında məmə toxuması götürülərək məmənin forması dəyişdirilir, məmə dikləşdirmədə isə sadəcə sallanma aradan qaldırılır. Ümumən isə oxşaq əməliyyatlar sayılır.
Bu Əməliyyatı Kimlər Etməlidir?
Məmə sallantısını tamamilə kompleks halına gətirən və əməliyyat sonrası qalacaq izlərə razılığı olan şəxslər bu əməliyyatı edə bilər.
Ancaq sinənizdəki sallantı psixoloji baxımdan sizi narahat edirsə, bu əməliyyatı etdirə bilərsiniz. Əməliyyatdan sonra arzuladığınız dik və ideal ölçülü məməyə sahib olacaqsınız.
Tez-Tez Verilən Suallar:
Əməliyyatdan sonra ana südü verilə bilər mi?
Bu suala bütünlüklə bəli cavabı vermək çətindir, ancaq, normal şəkildə ana südü verilə bilər. Əmizdirmə anında məməyə, süd kanallarına toxunmaq olmaz.
Məmə Protezi Məmə Əkilməsini Düzəldirmi?
Məmə toxuması doldurularaq aşağıya sallanmış məmə uu dikləşdirilə bilər. Məmə protezlərinin məqsədi məməni böyütmək və bir növ qəlib yaratmaqdır.
Sinəni çapıqsız qaldırmaq mümkündürmü?
Bu mümkün hal deyil. Məmənin ümumilikdə yığılması zamanı hər bir halda iz qalır.
Fəsadlar və Mümkün Problemlər nələrdir?
Hər əməliyyatda olduğu kimi bu əməliyyatdan sonra da qarşılaşa biləcəyiniz problemlər arasında qanaxma və infeksiyalar var.
Ciddi qanaxma demək olar ki, yoxdur. Qanama məmə bezinin bir tərəfində qan yığılması və ya “hematoma” şəklində ola bilər. Həkim hər hansı bir qanama və ya qan topalanması hallarında yenidən sizi əməliyyata götürə bilər. Əməliyyatın beşinci genendə birtərəfli şişkinlik ola bilər. Bu infeksiyadan ola bilər. Müxtəlif antibiotik müalicə və infeksiyanı təmizləməklə aradan qaldırılır.
Dəri itkisi nadirən də olsa mümkün ola biləcək fəsadlardandır. Əsasən əməliyyat sonrası tütün məmulatlarından istifadə edən xəstələrdə görünür. Dəri qarala və bərkləşə bilər. Bunun həlli isə ölü dərini təmizləməkdir. Əməliyyatdan sonra dərhal tütünə başlamayın. Unutmayın ki, ilk iki həftə kritik həftələrdir.
Yaralar bir neçə gün davam edən sarğılardan sonra sağalır.
Estetik Problemlər: Məmələrdə ölçü və simmetriya fərqi əməliyyatdan sonra mümkün ola biləcək problemlərdəndir. Kəskin bəlli olan assimetriyalar sonrasında kiçik toxunuş əməliyyatları ilə aradan qaldırıla bilər. Əlbəttə ki, assimetriyaları düzəltmək mümkündür. Ən problemlisi mümkün olandan daha çox qaldırılan məmələrdir.
Məsləhətlər: Əməliyyatdan əvvəl sağlamlıq dərəcənizdən tam əmin olun. Ayna qarşısında necə bir məmə arzusunda olduğunuza özünüz dəqiq qərar verin. Əgər məməniz məmə xəttinin çox altına düşübsə əməliyyat sizin üçün vacibdir. Bu əməliyyatla arzuladığınız mükəmməl məmələrə sahib ola bilərsiniz. Əməliyyat zamanı çapıqlar məmənin böyüklük və sallantılı formasından asılıdır.
Əməliyyatdan Əvvəl Və Sonra Nələrə Diqqət Edilməlidir?
Ümumilikdə əməliyyat ağrılı deyil və ort səviyyəli çətinlik dərəcəlidir. Əməliyyat sonrası xəstələr həmin gün evə buraxılır və 3-4 gündən sonra işə başlaya bilirlər.
Əməliyyat Hesabatı:
Anesteziya: Ümumi.
Əməliyyat harada aparılmalıdır: Xəstəxanada və əməliyyat otağında.
Əməliyyat müddəti: 2 saat.
Xəstəxanada qalma müddəti: Ümumiyyətlə xəstəxanada 1 gecə qalmaq tövsiyə olunur.
Əməliyyatdan sonrakı ağrı: Bir neçə gün ərzində yüngül qıcıqlanmalar ola bilər. Xüsusilə ilk günlərdə qollarda yüngül ağrılar olur. Yüngül ağrıkəsicilər kifyət edir.
Şişkinlik, göyərmə: 5-10 gün, orta dərəcədə.
Drenaj: Drenaj istifadə edilmir.
Sarğı: 3-4 gün ərzində tamamilə çıxarılır.
Büstqalter: 6 həftə ərzində yumşaq, naqilsiz, məməyə yapışan büstqalterlərdən istifadə etmək lazımdır.
Tikişlər: Özlüyündən quruyub tökülən tikişlərdən istifadə edilir.
İşə qayıtma müddəti: 3-7 gün.
Avtomobil sürmək: 3-4 gündən sonra avtomobil idarə edə bilərsiniz.
Gündəlik həyata qayıdış: Əməliyyatdan bir neçə gün sonra qollarda yüngül ağrılar olur. Bu, məmənin yerləşdiyi sinə əzələlərinin hərəkətləri nəticəsində yaranan ağrıdır. İlk bir neçə həftə çəki qaldırmaq olmaz. Əgər körpənizi qucaqlamaq zərurəti varsa (əmizdirmək və s. kimi hallarda) bunu yalnız oturaraq edin.
İdman: 2 həftədən sonra uzun gəzintilərə, 3-4 həftədən sonra qaçışlara başlaya bilərsiniz. Qolların istifadə edildiyi fitness və tennis kimi idman növlərinə 4-5 həftədən sonra başlamaq olar.
Son forma: Yaraların tamamən sağaldığını zənn etdiyimiz zama, təxminən altıncı həftə.