Rinoplastika (Burun əməliyyatı)

Rinoplastika (Burun əməliyyatı) - istanbulns
Posted by: ISTANBULNS Comments: 0

– Rinoplastika nədir?

Hazırda edilən müraciətlərin böyük bir çoxluluğu burun estetikası və ya rinoplastika əməliyyatı yönümlüdür. Bu cür əməliyyat növü əksər hallarda burun formasını dəyişdirmək üçün tətbiq edilən cərrahi əməliyyatdır.

– Rinoplastikanın məqsədi nədir?

Rinoplastika deformasiya olmuş, zədələnmiş, assimetrik formaya malik burunların düzəldilməsi məqsədini daşıyır.

– Rinoplastika kimlərə edilir?

Rinoplastika həm xanımlara, həm də bəylərə tətbiq edilən əməliyyatdır. Nəfəs alma, estetik görkəm, burun tıxanıqlığı problemi olan hər kəsə rinoplastika əməliyyatı edilə bilər.

– Estetik burun əməliyyatı üçün yaş neçə olmalıdır?

18 yaşa qədər burun daim inkişafda olduğu üçün, erkən yaşlarda edilmiş əməliyyat öz qalıcılığını itirə bilər. Estetik burun əməliyyatlarında 18 yaşdan sonrakı mərhələlərdə məsləhət görülür.

– Rinoplastikaya əks göstərişlər. Kimlər rinoplastika edə bilməz?

Rinoplastika burnu ilə bağlı müxtəlif şikayətləri olan pasiyentlər üçün rahat və effektli həll ola bilər. Ancaq bu proses orqanizm uyğunluğu nəzərə alınmaqla hər pasiyentə şamil edilmir. Orqanizmin rinoplastikaya uyğunluğunu yoxlamaq üçün pasiyentlər öncədən müxtəlif testlərə tabe tutulur.

-Bütün bunları nəzərə alsaq kimlər rinoplastika edə bilməz?

Ürək və diabetik xəstəliklərdən əziyyət çəkənlər, qan təzyiqi və qanaxmalara səbəb ola biləcək xəstəlikləri olanlar, psixi xəstəliyi olanlar.

– Rinoplastika əməliyyatının riskləri nələrdir?

Əməliyyatın riskləri qanaxma, infeksiya və anesteziyaya qarşı əks reaksiyalardır. Bundan ziyadə nəfəs almada çətinlik, burunda keyimə halları, şişkinlik və sair hallar da müşahidə edilə bilər.
Risklərin olduğu təqdirdə bu barədə cərrah həkim tərəfindən pasiyentə dolğun informasiya verilir.

– Rinoplastika əməliyyatına hazırlıq prosesi necədir?

İki həftə öncədən dərman və pereparatlardan istifadıni kəsmək lazımdır. Yalnız həkimin məsləhət bildiyi dərmanlardan istifadə etmək lazımdır.

– Əməliyyat prosesi

Pasiyentin individual anatomiya və quruluşuna uyğun olaraq əməliyyat prosesi formalaşır. Ümumi anesteziyadan sonra əməliyyat həyata keçirilir.

-Əməliyyatdan sonra

1-7 gün aralığında sarğılar qala və cərrah tərəfindən şin qoyula bilər. Əməliyyat sonrası yatma vəziyyətində isə baş mütləq sinədən yuxarıda olmalıdır.

– Rinoplastika əməliyyatından sonra sağalma müddəti

Əməliyyatdan sonrası şişkinlik 3-5 gün müdətində azalır və 10-cu gündə pasiyent yenidən müayinəyə gəlir. Əməliyyatdan sonrakı 60 gün müddətində eynək taxılmaması lazımdı.

– Rinoplastika əməliyyatının növləri

– Septoplastika

Burun daxilində onu iki hissəyə ayıraq quruluş septumdur.

– Qapalı Rinoplastika

Burunda kəsilmə cərrahiyyəsi aparmadan burun dəliklərindən edilən rinoplastika cərrahiyyəsi növüdür.

– Açıq Rinoplastika

Açıq rinoplastika üsulu cərraha rahat işləmə imkanı təqdim edən üsuldur. Geniş görüş imkanı yaradır. Qanaxmaya rahat və cəld müdaxilə etməyə imkan yaradır.

– Təkrar Rinoplastika

Bu əməliyyatdan birdən çox burun əməliuyyatı keçirmiş pasiyentlərə edilən əlavə əməliyyatdır.

– Rinoplastika qiyməti

Demək olar ki, bütün rinoplastika əməliyyatı etdirmək istəyən xəstələrin düşünükləri ilk şey əməliyyatın məbləğidir. Qiymət əməliyyatın növündən asılı olaraq dəyişir və yalnız müayinədən sonra qiymət müəyyənləşir. Müayinələr isə özlüyündə tamamən ödənişsizdir.