İstanbul NS Klinika Radiologiya şöbəsi tibbin bütün standartlarına cavab verir. Şöbəmiz aşağıdakı avadanlıqlarla təchiz edilmişdir.
Kompyuter tomoqrafiyası (KT)
Müasir şüa diaqnostikasının ən mükəmməl metodlarından biri Kompüter tomoqrafiyasədır (KT) . KT-bədənin istənilən hissəsinin, istənilən formada təsvirini almağa imkan verir.
Kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar , ətraflar və s. orqanların quruluşu, forma və kəsiklərdə struktur qurulu.u haqqında dəqiq informasiya əldə etməyə imkan yaradır. Müayinə müddəti bir dəqiqədən çox çəkmir. Rentgen şüalanmalarınına nəzərən şüa qəbuletmə beş dəfəyə qədər azalır. Hər hansı anesteziya tədbirlərinə gərək qalmır. Müayinənin rentgen lenti, fotoşəkilləri whatsapp və e-mail üzərindən elektron, və ya CD diskinə köçürələrək posientə təqdim edilir.
Maqnit-rezonans tomoqrafiyası (MRT)
MRT – Maqnit Rezonans Tomoqrafiya xəstənin daxilini maqnit dalğalarla yoxlayır. MRT müxtəlif bədən nahiyələrində tətbiq edilə bilər. Miqren, baş ağrılarında, nevroloji xəstəliklərdə, beyin şişindən şübhələnilən xəstələrdə MRT üsulu tətbiq edilir. Həmçinin, MRT çənə, göz, qulaq, bel, diz, döş və qarın nahiyələrində də tətbiq edilir.
MRT ağrısız və eyni zamanda təhlükəsiz müayinədir. Rentgen müayinəsindən fərqli olaraq MRT müayinələri insan orqanizmi üçün tamamilə ziyansızdır. Bu müayinədən uşaqlar və həmçinin, hamilə qadınlar da istifadə edə bilər. MRT insan bədəninin dərinliyində yerləşən toxumaların quruluşunu görməyə imkan verir, bütün daxili orqanlara tətbiq edilir.
Mrt qiymətləri üçün əlaqə saxlayın.
Angioqrafiya
Ürək-damar xəstəliklərinin diaqnostikasında koronar angioqrafiya (anju) ən geniş tətbiq edilən müayinə metodudur. Bu tip xəstəliklərdə angioqrafiya dəqiq diaqnoz qoyulması baxımından vacib müayinədir. İnfarkt hallarında həyat qurtaran metodudur. Angioqrafiya ürək damarlarının hazırkı fizioloji vəziyyətini göstərir, bu sayədə uyğun müalicə üsulu tətbiq edilir. Angioqrafiya metodunda ürək damarlarına xüsusi maddə yeridilərək hərəkəti izlənilir və ürəyin damarlarının sxemi çıxarılır. Əgər xəstə özündə kəskin sinə ağrıları hiss edirsə, ürək damarlarında tutulmalar varsa angioqrafiya metodundan istifadə edilir. Bu üsul damar zədələnməsini aradan qaldırır.
Rəqəmsal Rentgenoqrafiya
Rentgen müayinəsi üsulu uzun illər öncədən istifadə olunmağa başlanan etibarlı instrumental müayinə üsuludur. Çoxsaylıxəstəliklərin monitorinqində və diaqnostikasında istifadə edilir. Ağciyər xəstəlikləri, həzm sistemi xəstəlikləri, sümük patologiyalarında rentgenoqrafiya tətbiq edilir. Rentgen üsulunda şüadan istifadə edilərək bədənin görüntüsü əldə edilir. Rentgen üsulu yetkin insanlar üçün zərərsiz sayılsa da, hamilə xanımlar üçün o qədər də təhlükəsiz hesab edilmir. Bu səbəbdən hamilə xanımlar yalnız həkim göstərişi ilə rentgendən keçə bilərlər. Əgər məsləhət görülməzsə alternativ müayinə metodlarına yönəlmək lazımdır. Rentgen müayinəsi zamanı hər hansı hazırlıq tələb edilmir, sadəcə film çəkilərkən sabit dayanmaq kifayət edir. Bu rentgen filminin kifayət qədər aydın düşməsi üçün vacibdir. Həzm sisteminin rentgen müayinəsi zamanı kontrast maddəsi qəbul edilir.
Ultrasonoqrafiya (USM / Doppler)
Ultrasonoqrafiya ultrasəs dalğaları və şüalarının köməyi ilə aparılan müasir müalicə növüdür. Ultradalğalar rentgen müayinəsində olduğu kimi toxumaların arasından keçərək əks olunur. Əks olunan şüalar monitorda müəyyən təsvirlər şəklində görünür. Bu təsvirlər əsasında həkim xəstənin orqan və toxumalarının vəziyyətini dəqiqləşdirir. USM təhlükəsiz müayinə olduğundan geniş şəkildə istifadə olunur.
İstanbul NS Klinika Radiologiya şöbəsi tibbin ən son avadanlıqları ilə təchiz edilmişdir. Qısa zaman ərzində müayinədən keçərək narahatlığınızın səbəbini öyrənin. Hər bir müayinədən sonra test cavabları whatsapp, e-mail üzərindən elektron formada və ya CD diskə yazılaraq təhvil verilir. İstanbul NS Klinika olaraq sağlamlığınız bizim üçün dəyərlidir.