Qol Gərmə

Qol gərmə
Posted by: ISTANBULNS Comments: 0

Qol gərmə əməliyyatı nədir?

Biseps olaraq da bilinən üst qol bölgəsi yaş irəlilədikcə, xüsusən də artıq çəki alıb-vermə sonrası sallana bilər. Bu hal qeyri-estetik göründüyü üçün şəxsi narahat edə bilər. Qol gərmə əməliyyatı bu cür halların aradan qaldırılması üçün mükəmməl üsuldur.

Hansı səbəblərdən qol gərmə əməliyyatı icra edilir?

Yumşaqlaşmış və sallanan qol dərisi insanların, xüsusilə xanımların kefsizliyinə səbəb olur. Xüsusilə də, qolsuz libaslada xoşagəlməz görüntünün ortaya çıxması daha artıq kefsiz edir. Qollar yan tərəfə doğru aşılanda alt qisimləri yarasa qanadı şəklində aşağıya doğru sallanır. Plastik estetik cərrahiyyə pasiyentin həm fiziki, həm də duyğusal mənada narahat edən bu problemdən yaxa qurtarmasına kömək edir. Qol gərmə əməliyyatını uzman plastik-estetik cərrahlar icra edir.

Qol dərisinin sallanma səbəbləri nələrdir?

İnsan dərisi genetik qruluşu baxımdan deformasiyaya, genəlib-daralmağa uyğun qruluşa malikdir. Müxtəlif səbəblərdən insan dərisində sallanmalar yarana bilər. Qocalıq, çəki alıb-vermə, genetik quruluş, həddən artıq günəş şüalarına məruz qalma, yer çəkimi bu səbələrdən bəziləridir.

Qol gərmə əməliyyatı öncəsi nələr edilir?

Əməliyyatdan öncə qollar tamamən yan tərəfə açılır. Həkim öz planlamalarını və ətraflı çizim işlərini aparır. Ziyadəsini aşmayan, qolun hərəkinə maneə törətməyəcək ölçüdə artıqlıq olan bölgələr işarələnir.

Dərinin sallantı boyuna və dərialtı piy qatının ölçüsünə mütanəsib olaraq ediləcək əməliyyatın metodu müəyyən edilir. Çəki alıb-verməklə əlaqədar olaraq dəri sallanması varsa dəri qalınlığı çox ola bilər. Bu cür hallarda, öncəsində liposaksiya deyilən prosedur icra edilir. Ardından dərinin genişlik təşkil edən hissəsi cərrahiyyə əməliyyatı ilə götürülür.

Bəzi hallarda bu əməliyyat sadəcə qoltuqaltı bölgəyə icra edilir. Bu cür halda dəri artıqlığı qoltuqaltında cüzi iz buraqmaqla aradan götürülə bilir. Əksər pasiyentlərdə isə bu proses dirsəyə qədər davam edən yığılma şəklində davam edir. Belə olduqda qolun arxa iç tərəfində cüzi iz qoyulur. Bununla da qol gərmə həyata keçirilir. Bu izlər ön və arxadan baxılanda görünmür.

Qol gərmə əməliyyatından öncə nələrə diqqət edilməlidir?

Əməliyyatdan ən az 1 həftə öncəsindən siqaret və alkoqollu içkilər qəbul edilməməli, qan durulaşdırıcı dərmanlar istifadə edilməməlidir. Əməliyyatdan öncə istənilən infeksiya hallarında mütləq həkiminizə müraciət etməlisiniz.

Qol gərmə əməliyyatı nə qədər davam edir?

Qol gərmə əməliyyatının müddəti icra ediləcək prosedurların çoxluğundan asılı olaraq dəyişir. Ümumən əməliyyat 1-3 saat arası davam edir.

Qol gərmə əməliyyatı ağrılıdır mı?

Bu əməliyyat ağrılı deyil. Lakin əməliyyat sonrası yüngül hiss edilən ağrılar və sızlamalar olur. Bu ağrılar həkimin müayinəsi və analizlər sonrası tövsiyyə edilən ağrıkəsicilərlə bir müddət sonra çəkilib gedir.

Qol gərmə əməliyyatında icra edilən anesteziya növləri hansılardır?

İcra ediləcək əməliyyat növlərindən asılı olaraq abesteziya növləri də dəyişilir. Ümumi, lokal və sedasyon anesteziya icra edilə bilər.

Qol gərmə əməliyyatı sonrası nələrə diqqət edilməlidir?

  • ən az 3 həftəlik müddətdə qol korseti taxılmalıdır.
  • Bir neçə həftə qolu gücə sala biləcək hərəkətlər edilməməlidir. Əks halda tikiş bölgəsində müəyyən xəsarətlər meydana gələ bilər.
  • Sağalma müddətini sürətləndirmək üçün bir müddət siqaretdən istifadə edilməməlidir.

Sağalma müddətində nələr edilməlidir?

Əgər əməliyyat lokal anesteziya ilə icra edilibsə pasiyent eyni gün evinə yola salınır. Ümumi anesteziyadan sonra isə pasiyentin bütün ehtimallara qarşı 1 gecə klinikada qalması daha məqsədə uyğundur. Əməliyyat sonrası edilməsi mütləq olan tədbirlər:

  • İlk günlərdə elastik qol sarğılarından istifadə edilməlidir.
  • İlk iki gün duş alınmamalıdır.
  • 5-6 gün sonrasında gündəlik həyata qayıda bilər.
  • 1-2 ay sonra idman fəaliyyətinə başlaya bilər.
  • Təxminən 1 aylıq müddətdə xüsusi qol korseti taxılmalıdır.