Qastroenterologiya nədir?
Qastroenterologiya, ağız, qida borusu, nazik bağırsaq, qaraciyər, öd yolları və mədəaltı vəzi, ümumilikdə həzm sistemi xəstəliklərini öyrənir. Klinikamızın Qastroenterologiya şöbəsi müxtəlif həzm sistemi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir.
İstanbul NS Klinikasının Qastroenterologiya şöbəsində qaraciyər xəstəliklərinin, o cümlədən sirozun ağırlaşmalarının müalicəsi də aparılır.
İstanbul NS Klinika Qastroenterologiya şöbəsinin fəaliyyəti hansılardır?
Qastroenterologiya şöbəsi kifayət qədər geniş sahəni əhatə edir.
Bu şöbədə həzm sistemi xəstələlikləri, bağırsaq, öd kisəsi, mədə, qaraciyər xəstəliklırinin müayinə və müalicəsi aparılır.
Klinikamızın Qastroenterologiya şöbəsində xəstələrə endoskopik üsullarla müalicə və diaqnostika xidmətləri göstərilir. Klinimaızda mədə problemləri üçün qastroskopiya, bağırsaq probləmləri üçün kolonoskopiya üsulları həyata keçirilir. Bu üsullar İstanbul NS Klinikanın sahib olduğu ən muasir avadanlıqlarla həyata keçirilir.
Avadanlıqlar yüksək görüntü keyfiyyərinə malik kameralarla təchiz olunub. Bu da öz növbəsində həkimin xəstə və xəstəliyi haqqında lazımı informasiyanın toplamasına köməklik edir. Endoskopiya zamanı xəstənin özünü narahat hiss etməməsi üçün sedasiya tətbiq edilir.
İstanbul NS Klinika Qastroenterologiya şöbəsi hansı xəstəliklərin müalicəsini həyata keçirir?
Ağızdan anusa qədər olan həzm xəstəliklərinin aşkar edilməsi ilə Qatroenterologiya məşğul olur. Bir çox həzm xəstəlikləri oxşarlığa malikdir.
Həzm prosesinə farenks, yemək borusu, mədə, bağırsaqlar, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, düz bağırsaq və anus daxildir. Klinikamızda bu tip xəstəliklərin dəqiq müayinə və müalicəsi üçün savadlı həkimlərimiz fəaliyyət göstərir.
Qastroenteroloji xəstəliklərin qarşısının alınması üçün nə etmək olar?
Qatroenteroloji xəstəliklər günlük həyat tərzindəki dəyişikliklərlə minimal səviyyəyə endirilə bilər. Həmçinin, qidalanma, bağırsaq vərdişlərindəki dəyişikliklər də kömək edə bilər. Uzmanlarımız hər il müntəzəm olaraq xərçəng tarama testlərinə getməyinizi məsləhət görürlər. Bu yolla ola biləcək xəstəliyiniz barədə erkən məlumatınız olar.
İstanbul NS Klinika Qastroenterologiya şöbəsi hansı mədə xəstəliklərinin müalicəsini həyata keçirir?
Mədə xəstəliklərinin əlaməti olaraq udmada çətinlik, ağız qoxusu və mədədə yanma hissi ola bilər. İstanbul NS Klinika Qastroenterologiya şöbəsinin avadanlıqları xəstəliyiniz barədə ilkin dəqiq diaqnozu göztərir. Qastroenteroloq həkimlərimiz yad cisim yaralanmaları, mədə zədələri və qida borusu qanaxmalarınızı müalicə edilir.
İstanbul NS Klinika Qastroenterologiya şöbəsi hansı qaraciyər, öd və mədəaltı vəzi xəstəliklərinin müalicəsini həyata keçirir?
Qastroenteroloqların fikrincə qaraciyər xəstəlikləri ən çox yayılan xəstəliklər sihayısındadır. Qaraciyər sirozu, absesləri, hidatidozu, xərçəngi də bu siyahıdadır. Bundan başqa, Hepatit A, B, C, D və qaraciyər xərçəngi də tez-tez rast gəlinən xəstəliklərdəndir.
İstanbul NS Klinika sadalanan xəstəliklərin müayinə və müalicəsini həyata keçirir. Peşəkar və yüksək ixtisaslı həkimlərimiz sağlamlığınız üçün xidmətinizdədir.
Qaraciyər xəstəlikləri ilə öd xəstəlikləri də geniş yayılmışdır. Öd kisəsi daşları, öd kisəsində iltihab, zədələr, qüsurlar, poliplər bu xəstəliklər siyahısındadır.
Qlükoza və insulin ifraz edən mədəaltı vəzi hər hansı bir səbəbdən çıxarılarsa bədən bu hormonlardan məhrum qalır. Bu səbəbdən bu insanlarda pakreas xəstəliyinin növləri, infeksiyası və xərçəngi meydana gələ bilir.
Klinikamızda KT, MRT, ERCP, Ultrasəs, Endosonoqrafiya, analizlər və s. kimi testlərlə xəstənin ümumi anamnezi toplanılır. Yalnız bu informasiyalardan sonra xəstənin hansı müalicəyə tabe tutulacağı dəqiqləşdirilir.