Prostat vəzi sidiklik və çanaq əzələləri arasında, diafraqmanın üstündə, düz bağırsağın önündə yerləşən orqandır.
Formasına görə şabalıda bənzəyir, belə ki, zirvəsi aşağı, dairəvi hissəsi yuxarı səmtlidir. Yuxarı kənarı eynən ürəkdə olduğu kimi hamardır və ortası basıqdır.
Cinsiyyət vəziləri sırasına prostat vəzi də daxildir. Prostat vəzi daxili, eyniylə də xarici sekresiyaya malikdir. Eyakulyasiya zamanı prostat vəzinin ifraz etdiyi sekret sidik kanalına axır.
Sperma kütləsini artırmaq və spermatozoidləri fəallaşdırmaq prostat vəzinin əhəmiyyətli fiziologiyası sırasındadır. Tərkibində Sink, xolosterin, K, Na, Ca, spermin, proteazalar, xloridlər, fosfor, limon turşusu, N, qlükoza vardır.
Günlük hesabla bir sutkada 0.1 ml – 2.0 ml civarı prostat şirəsi hasil olur. Buunla yanaşı toplam eyakulyatın 25-30% prostat şirəsindən ibarətdir.
Prostat vəzi qoruyucu funksiya həyata keçirir. Yuxarı sidik yollarına infeksiyanın keçməsinə mane olur ki, buna da tərkibində A, G və lizosimin olması səbəb olur.
Prostat vəzi həm də əzələli qruluşu sayəsində siyimə aktında iştirak edir. Prostat vəzi ereksiya və eyakulsyasiya zamanı sidik mayesinin sidik kisəsindən kanala çıxmasını əngəlləyir.
Xayalar ilə inkretor funksiyasına görə prostat vəzi digər vəzilərlə əlaqəlidir. Müəyyən səbəblərə görə xayalar çıxarıldıqda (kastrasiya) sonrası prostat ölçüsündə kiçilmə baş verir. Prostat vəzində yaranan xəstəliklər onun fəaliyyətinə mənfi təsir göstərir və xayaların aktivliyi azalır. Nəticədə cinsi fəaliyyət zamanı spermatozoidlərin yaranmasında azalma halları olur.
Prostat vəzi digər orqanlarla neyrohumoral əlaqəlidir ki, bunun da başlıca səbəbi prostat vəzinin qan təchizatının olmasıdır.
Prostat vəzi “kişinin ikinci ürəyi” sayılır, çünki prostat vəzinin siyimə fəaliyyəti, cinsi əlaqə, müvazinətin qorunmasında böyük rolu var.