İstanbul NS Klinika Pediatriya şöbəsi uşaq xəstəliklərinin müalicə və profilaktikasını həyata keçirir. Həmçinin öyüməkdə olan uşaqlarda yaşla bağlı dəyişikliklə əlaqədar xüsusi müayinələr də həyata keçirilir.
İstanbul NS Klinika Pediatriya şöbəsində hansı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir?
İstanbul NS Klinikası Pediatriya şöbəsi uşaq xəstəliklərinin müalicə və müayini üçün ən son avadanlıqlarla təchiz edilmişdir. Klinikamızın pediatrları yüksək təcrübəli və peşəkar mütəxəssislərdən təşkil edilmişdir. Onlar uşaqlarınızın fiziki inkişafdan qalma, raxit, distrofiya və s. kimi xəstəliklərinin müayinə və müalicəsini həyata keçirirlər. Həmçinin klinikamızda spazmofiliya, hipervitaminoz, hipovitaminoz, diatez kimi xəstəliklərin də müayinəsi həyata keçirilir.
Uşaqlarda ən geniş görülən xəstəliklər hansılardır?
Həzm sistemi xəstəlikləri
Bunlara qastrit, mədə və 12 barmaq bağırsaq xorası, pankreatit, kolit, helmintozlar, enterit və s. adiddir.
Tənəffüs sistemi xəstəlikləri
Bunlara plevrit, bronxial astma, pollinoz, bronxit, pnevmoniya və s. aiddir.
Birləşdirici toxuma xəstəlikləri
Revmatizm, qırmızı qurd eşənəyi, dermatomiozit və s bunlara aid edilir.
İfrazat sistemi xəstəlikləri
Nefrotik, pieolnefri, qlomerulonefrit və s. bu xəstəliklərə aiddir.
Nevroloji xəstəliklər
Epilepsiya,baş ağrıları, epileptiform paroksizmlər, somnambulizm, tiklər və s. nevroloji xəstəliklərə aid edilir.
0-6 Yaş aralığı uşaqlar üçün peyvənd təqvimi:
- 4-7 gün– Hep B, BCG, OPV
- 2 aylıqda-Hep B, OPV, GDT, Hib, PK
- 3 aylıqda–OPV, GDT, Hib
- 4 aylıqda–OPV, GDT, Hib, PK
- 6 aylıqda–Hep B, PK
- 12 aylıqda– QPM
- 18 aylıqda–OPV, GDT
- 6 yaşında–DT, QPM
Peyvəndlərin adları:
- Hep B— hepatit B əleyhinə
- BCG— vərəm əleyhinə
- OPV— poliomielit əleyhinə
- GDT— göyöskürək, difteriya, tetanus əleyhinə
- Hib— haemophillus influenzae əleyhinə
- PK— pnevmokokk əleyhinə
- QPM— qızılca, məxmərək, epidemik parotit əleyhinə
- DT— difteriya, tetanus əleyhinə
İstanbul NS Klinikası Pediatriya şöbəsində övladlarınızın sağlamlığı üçün vaksinasiya tədbirləri də həyata keçirilir. Vaksinasiya dönəmi xronologiyasıyla mütləq tanış olun.
Vaksinasiya prosesindən əvvəl mütləq övladlarınızı həkim müayinəsindən keçirin. Onun sağlam olduğundan tam əmin olun. Allergiyaya meyilli uşaqlar mütləq vaksinasiyadan 3 gün qabaq həkim göstərişi ilə desensibilizasiyaedici məhlul içməlidir. Vaksinasiya zamanı uşağın rahatlığınə və sabitliyini təmin edilməlidir. İynənin tərpənməməsi və hər hansı bir reaksiyaya səbəbiyyət verməməsi üçün bu mütləqdir. Vaksindən sonra iynənin batdığı yeri ovxalamaq, toxunmaq olmaz! İnyeksiya hissəsi əl dəyməmək şərtiylə yara bandı ilə bağlanmalıdır. Vaksinasiyadan sonra inyeksiya nahiyəsinə 3 gün ərinzə su dəyməməsinə diqqət göstərin. Bu müddət ərzində bədənin hərarətini nəzartədə saxlayın. Hərarət yüksək olduqda mütləq pediatr ilə əlaqə saxlayın. İnjeksiya nahiyəsində ilk gün şişlik, istilik, bərklik olarsa o hissəyə yod qəfəsi çəkin. Növbəti gün eyni hal baş verdikdə nahiyəni 95◦ spirtlə yuyun və 1:1 ölçüsündə hazırlanmış məhlul ilə kompres edin. Kompresləri 2-4 saat arası mütəmadi dəyişdirin. Qızartı və şişkinlik 5 sm-dən artıq olduqda vaxt itirmədən həkimə meraciət edin.
Unutmayın sizin və övladınızın sağlamlığı bizim üçün vacibdir. İstanbul NS Klinikası Pediatriya şöbəsi öz peşəkar kollektivi ilə daim xidmətinizdədir.