İstanbul NS Klinika Otorinolarinqologiya şöbəsi qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicə tədbirlərini həyata keçirir. Bu üç orqan anatomik yaxın olduqları üçün bir ad altında birləşdirilmişdir. Klinikamız ən müasir LOR diaqnostik cihzaları ilə təchiz edilmişdir.
İstanbul NS Klinika Otorinolarinqologiya şöbəsi hansı xəstəliklərinin müayinə və müalicəsini həyata keçirir?
Klinikamızda frangit, laringit, traxeit, adenoid, burun çəpər əyriliyinin müalicəsi həyata keçirilir. Bundan başqa, kəskin və xroniki, allergik və vazomotor rinitlər, sinusit, xarici və daxili orit və s. kimi xəstəliklər də müalicə edilir.
LOR xəsətliklərinin simptomları nələrdir?
Yanaq və qaşüstü nahiyədə şişlik, burundan tənəffüsün çətinliyi, burunətrafı hissədə təzyiq hissi LOR xəstəlikləri simptonlarındandır. Özünüzdə burun ifrazının artması, quruluq, qulaqda küy, eşitmə azalması və s. kimi hallar müşahidə edirsinizsə LOR həkiminə müraciət edin.
LOR xəstəliklərinin diaqnostikası hansı üsullarla aparılır?
Klinikamızda laboratoriya, endoskopik, ultrasəs üsuulları ilə diaqnostikanı həyata keçirir.
Ən çox şikayət olunan LOR xəstəlikləri hansılardır?
Haymorit
Haymorit (sinusit) yuxarı çənənin burunətrafı (haymor) boşluqlarda inkişaf edən iltihabi xəstəlikdir.
Qrip və digər xəstəliklərin fəsadları, burun çəpəri əyriliyi, zökəm, skarlatina, haymorit yarada bilər. Hansısa infeksiyaya yoluxduqda bu özlüyündə haymoritin yaranmasına yol açır. Burun boşluğu və qandan bulaşan virus güclü iltihab prosesi yaradaraq haymoritə səbəb olur. Burun boşluğuna baxış və burunətrafı bölgənin rentgeni ilə haymoritin diaqnostikası aparılır. Haymor boşluğundakı proseslər təzyiqin artmasına və şiddətli ağrılara səbəb olur.
Haymorit dövrü və müalicəsi zamanı nələrə diqqət edilməlidir?
İnsanlar düşünür ki haymor boşluğunu deşəndə və ya punktasiya edəndə sonradan onu hər dəfə requlyar etmək lazımdır. Lakin bu belə deyil. Boşluğa yığılmış irin xəstəliyin residivlərinə səbəb ola bilər. Mütləq şəkildə, haymor deşilməli, irin çıxarılmalı, boşluq xüsusi məhlullarla yuyulmalıdır. Yumadan sonra antibiotiklər və iltihab əleyhinə dərmanlar vurulmalıdır.
Proses ərəfəsində xoşagəlməz hissiyatlar yarana bilər. Lakin bu effüktivliyin göstəricisidir. Tək bir prosedurla posient özündə ciddi şəkildə yaxşılaşma hiss edir. Haymorit ciddi fəsadlar törədə bilən bir xəstəlikdir. Bu baxımdan vaxt itirmədən LOR həkiminə müraciət etmək lazımdır.
Xroniki tonzillit
Damaq badamcıqlarında xrpniki iltihabı yaradan infeksion xəstəlikdir. Bu xəstəlik autoinfeksiya səbəbindən olur və onu saxlayan isə immunitetdir. Uşaqlarda bu xəstəlik çox müşahidə edilir. Xəstəlik zamanı halsızlıq, iştahsızlıq, baş ağrıları, hərarət halları müşahidə edilir. Bu əlamətlərin çoxu anginaya da xas olur. Bu səbəbdən müalicələri də oxşardır. Xəstəlik valideyndən də uşağa keçə bilər. Bu kimi halların qarşısını almaq üçün mütləq həkim müayinəsindən keçməyiniz tövsiyyə olunur.
Otit
Otit orta qulağın iltihabıdır. Qulaq qulaq seyvanı, xarici qulaq, orta qulaq və təbil pərdəsindən ibaətdir. Orta qulaq səs dalğasını daxili qulağa ötürən sümüklü boşluqdur. Daxili qulaq isə səs dalğalarını impulslara çevirərək beyinə ötürür. Qulaqda şiddətli ağrılar orta qulaq iltihabının əlaməti ola bilər.
Bu zaman qulaqdan kəskin irin ifraz olunur. Hərarət müşahidə edilir. Bir müddət sonra xəstədə qəfil hərarət düşməsi və irin azalması halı baş verə bilər. Bu irinin təbil pərdəsini deşib axması ilə əlaqədardır.
Müalicələrdən sonra pərdə bitişdirilir və xəstənin eşitməsində pozulma olmur. Bəzi hallarda isə irin kəllə-beyin boşluğuna yayıla bilər. Bu zaman meningit və beyin absessi sürətlə inkişaf edə bilir. Bu səbəbdən də orittin əlamətləri olduqda mütləq şəkildə LOR həkiminə müraciət etmək şərtdir.