İstanbul NS Klinika Oftalmologiya şöbəsi göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Ən müasir avadanlıqları ilə təchiz olunmuş şöbəmzdə qısa müddət ərzində göz xəstəliklərinizdən xilas ola bilərsiniz. İxtisaslı mütəxəssislərdən təşkil olunmuş peşəkar kollektivimiz operativ şəkildə müayinə və müalicənizi həyata keçirəcəkdir.
Göz insan duyğu və hiss sistemində önəmli yer təşkil edən orqanımızdır. Eyniylə də kifayət qədər həssas bir orqandır. Ətraf mühitin çirkliliyi, stress, əsəb və s. bir çox faktorlar göz zədələnmələri, görmə problemləri, gözdə qaşıntı, iltihab kimi bir çox fəsadlar yaradır. Şöbəmizdə çəp gözlülük, göz iltihabı, qlaukoma, katarakt, göz dibi patologiyası müayinə və müalicələri həyata keçirilir.
İstanbul NS Klinika Oftalmologiya şöbəsində göstərilən xidmətlər hansılardır?
- Biomikroskopla göz yaşı orqanları, qapaqlar, göz yaşı almasının ön seqmentinin müayinəsini həyata keçiririk.
- Göz dibi xəstəlikləri və narahatlıqlarının müayinə və müalicəsini həyata keçiririk.
- Eynək təyin olunmasının dəqiq ölçümləri, fropter üsulu və avtorefaktrimetriya ilə müayinələr aparılır.
- Göz təzyiqi ölçümü və müayinələri icra edilir.
Müşahidə edilən göz xəstəliklərindən geniş yayılmış xəstəliklər hansılardır?
Quru göz sindromu
İnsanın gözünün nəmli qalması üçün göz yaşı ifrazı önəmli funksionallıqdır. Göz yaşının ifrazının azalması, keyfiyyətinin aşağı düşməsi gözlərdə quruluğa səbəb ola bilər. Hormonal səbəblərə əlaqəli olduğundan quru göz sindromuna daha çox qadınlarda rast gəlinir. Panikaya qapılmağa ehtiyyac yoxdur, gözünüzdə hiss etdiyiniz hər hansı narahatlıqda klinikamıza müraciət edə bilərsiniz.
Quru göz sindromunun əlamətləri nələrdir?
Gözlərdə tez-tez dumanlanma, parlaq mühitə qarşı həssaslıq, gözlərdə yorğunluq, qızartılar, yanma və qaşıntı hissi bu sindromun əlamətləridir. Bundan başqa, linzalardan istifadə zamanı, quru və küləkli havalarda göz yaşı axmaları da bu xəstəliyə işarə ola bilər.
Quru göz sindromunun yaranma səbəbləri nələrdir?
Həddən artıq yazı, kitab və s. fokuslanmaq, uzun müddət kompüter arxasında zaman keçirmək, quru mühitdə işləmək, yaşamaq bu sindroma səbəb ola bilər.
Qlaukoma nədir?
Qlaukoma xroniki göz xəstəliyidir. Gözdaxili təzyiqin yüksəlməsindən sonra göz sinirlərinin zədələnməsiylə yaranan görmə qüsurları yaradan xəstəlikdir. Zamanında müalicə olunmadığı təqdirdə bu xəstəlik görmənin tamamən itməsinə səbəb ola bilər. Bu səbəbdən, klinikamızın sizə yartdığı imkanlardan faydalanaraq ən azı ildə bir dəfə həkim müayinəsindən keçməyinizi tövsiyyə edirik.
Qlaukomanın əlamətləri nələrdir?
Dumanlı görmə, səhərlər şiddətli baş ağrıları, işığa baxarkən halqalar görmək və s. qlaukomanın əlamətləri hesab edilir.
Nələr Qlaukomanın risk faktorları sayılır?
Bir çox faktorlardan qlaukoma yarana bilər. Ümumiyyətlə insanda bu xəstəlik anadangəlmə və ya sonradan qazanıla bilir. İrsi faktorlar, şəkərli diabet, miopiya, hipermetropiya bu xəstəliyə gətirib çıxara bilər. Həmçinin, gözdə travmalar, anormal dteroid qəbulu, 35 dən yuxarı yaş həddi kimi faktorlar da sözü gedən xəstəliyə zəmin yaradır.
Katarakta nədir?
Göz daxilindəki bülluq qatı zərərli işıq şüalarının gözə təmas etməsinin qarşısını alır. Büllurun şəffaflığının azalması katarakta adlanan göz xəstəliyidir.
Kataraktanın əlamətləri nələrdir?
Gecə görmənin zəifliyi, dumanlı görmə, işığa qarşı həsasslıq və s. kataraktanın əlamətləri siyahısındadır.
Kataraktanın risk faktorları hansılardır?
Bu xəstəlik əsasən 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. Travma səbəbindən, dərmanlardan, diabetdən, miopiya və qlaukoma səbəbindən də bu xəstəlik yarana bilər. Əgər, siz də özünüzdə bu və digər narahatlıqlar müşahidə edirsinizsə mütləq şəkildə klinikamızın peşəkar oftalmoqlarına müraciət edin.
Gözlərdə qızartı xəstəlikdir mi?
Əksər insanlarda müşahidə edilən göz qızartıları skleradakı kapilyarların genişlənməsindən baş verir. Bu xəstəlik özlüyündə bir sıra şikayətlərlə müşahidə edilir. Gözdə ağrı və qaşıntılar, şişkinlik, görmədə qeyri-stabillik və dumanlılıq bu kateqoriyaya aid edilir.
Hansı amillər gözlərdə qızartının yaranmasına səbəb ola bilər?
Allergiyalar, uveitlər, keratinlər, konyuktivitlər, qlaukoma göz qızartılarına səbəb ola bilər. Bundan başqa, siqaret tüstüsü, quru göz sindrom, linzadan istifadə, soyuqdəymə, yuxusuzluq da göz qızartıları yaradan amillərdəndir.
Gözlərimiz ətraf mühitin və həyatın gözəlliklərini bizə çatdıran ən mühim hissiyatımızdır. Onların qeydinə qalın və müntəzəm olaraq klinikamızda göz müayinələrinə buyurun. İstanbul NS Klinika Oftalmologiya şöbəsi müasir cihazları və təcrübəli kollektivi ilə hər zaman xidmətinizdədir. Unutmayın ki, sağlamlığınız bizim üçün dəyərlidir!