ŞÖBƏLƏR

Neyrocərrahiyyə

Neyrocərrahiyyə

Hospitalimızda xaricdə təhsil almış yüksək ixtisaslı həkim-neyrocərrah tərəfindən ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanamızda müxtəlif növ baş-beyin və onurğa beyini əməliyyatları icra olunur.
 
Mərkəzi Gömrük Hospitalında beyin damarı anevrizmaları, arterio-venoz malformasiya, karotis stenozu, beyin qanamaları zamanı icra olunan mürəkkəb əməliyyatlar, həmçinin onurğa sütununun yırtıqlarının ləğvi və s. kimi cərrahi müdaxilələr üğurla həyata keçirilir.
 
Əməliyyatlar zamanı istifadə olunan neyromonitorizasiya, intraoperativ ultrasonoqrafiya, endoskopiya, qliolan boyama üsulu, oyanıq kraniotomiyası kimi müasir texnoloji sistemlər sayəsində Hospitalımızda aparılan neyrocərrahiyyə əməliyyatlarının riski minimuma endirilir.

HƏKİMLƏRİMİZ

Yüksək ixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Yeniliklərimizdən məlumatlı olun!

Elektron poçtunuzun ünvanını qeyd edin ki, maraqlı xəbərlər və endirimli aksiyalarımızdan faydalana biləsiniz.