Sinir sistemi dedikdə beyin, onurğa beyni və periferik sinir sistemi nəzərdə tutulur. Bu şöbələrdə cərrahi müdaxilə tələb etməyən inkişaf etmiş xəstəliklərə nevrologiya şöbəsi müdaxilə edir. Nevrologiya böyüklər və uşaq nevrologiyası olaraq iki ayrı sahəyə bölünür. Nevroloji klinika şöbəmizdə mütəxəssislərimiz ambulator və stasionar müalicə xidməthəyata keçirir. Bununla yanaşı, xəstəliklərin təqibində intensiv terapiya xidmətləri göstərirlər.
İstanbul NS Klinika Nevrologiya şöbəsi hansı xəstəlikləri müalicə edir?
İstanbul NS Klinika Nevrologiya şöbəsi Serebrovaskulyar xəstəliklərin peşəkar meayinəsini həyata keçirir. Buraya beyin qanaxmaları və beyin damarlarının tıxanmaları daxildir. İflic kimi tanınan insult xəstəliyinin də müayinəsini həyata keçiririk. İnsult, beyin damarlarında tıxanma səbəbindən beynin tam qidalana bilməməsi səbəbindən yaranan xəstəlikdir. Bu özünü müxtəlif nevroloji əlamətlər şəklində biruzə verir. Damarın tıxandığı nahiyədə hüceyrə ölümü baş verir. Bu da öz növbəsində bədədə keyimələr, nitq pozğunluğu, gücsüzlük, halsızlıq, görmə və müqavimət pozğunluğu kimi fəsadlar törədir. Nevroloqlarımız Maqnit Rezonans Tomoqrafiya (MRT) və ya Kompüter Tomoqrafiyası (KT) vasitəsiylə müayinələrinizi aparır. Tıxanmış və ya zədə almış bölgəni aşkar edərək müalicə mərhələsini başladırlar.
Sadalanan xəstəliklərlə yanaşı, təzyiqdən əmələ gələn beyin qanaması, tıxanıqlıqdan qaynaqlanan venoz qanamalar ağır fəsadlar törədə bilər. Cərrahi müdaxilə tələb etmədiyi müddətcə bu xəstəliklərin də müayinə və müalicəsini nevroloqlarımız həyata keçirir.
Huşu itmiş, tənəffüs və ya ürək dəstəyinə ehtiyyacı olan xəstələrimiz reanimasiya şöbəsinə yerləşdirilir. İntensiv terapiya tələb edən xəstəlirimizin müalicəsi isə klinika daxilində aparılır.
İstanbul NS Klinika Nevrologiya şöbəsinin məşğul olduğu bölmələr hansılardır?
- Beyin – damar xəstəlikləri
- Baş ağrıları : xroniki baş ağrıları, miqren ağrıları, gərginlik , klaster ağrıları
- İflic, insult: qabarcıqlar, damar anomaliyaları, damar tıxanmaları və qansızmalar səbəbindən yaranır
- Epilepsiya: Sara – kiçik, böyük tutmalar, əməliyyat əhəmiyyətli olan epileptik tutmalar
- Unutqanlıq, demans
- Dağınıq skleroz (MS), beynin iltihabı xəstəlikləri
- Əzələ xəstəlikləri: miyasteniya gravis, miopatiyalar
- Başgicəllənmə, vertigolar
- Beyin infeksiyaları, ensefalit
Ən çox rast gəlinən nevroloji xəstəliklər hansılardır?
Epilepsiya
Nevrologiyanın məşğul olduğu xəstəliklər sırasında geniş yayılmış xəstəliklərdən biri epilepsiyadır. Epilepsiya qıcolma kimi də tanınır. Qol və ayaqlarda tutulmalar, qıcolmalar, huşgetmə, ağızdan köpük əmələ gəlməsi, sidik ifrazı pozğunluqları və s. bu xəstəliyin əlamətləridir. Epilepsiyanın təyin və müalicə üsullarından əsas olanı EEG müalicə metodudur. Bu xəstəlik uşaqlıqdan mövcud olsa da yetkinlik dövründə nadir qarşılaşılır. Qıcolmalar baş verdikdə mütləq nevroloqa müraciət etməli və lazımı testlərdən keçməlisiniz. Başlıca olaraq MRT və EEG müayinələrindən keçmək lazımdır. Bu xətəliyin müalicəsi nevroloqların müayinəsi əsasında antiepileptik dərmanlarla aparılır.
Baş ağrısı
Günümüzdə həyat şəraiti, stress, yuxusuzluq və s. kimi faktorların törətdiyi, ən geniş yayılmış şikayətlərdən biri baş ağrısıdır. Gərginlik ağrıları və migren bunlardan ən çox rast gəlinənlərdir. Diaqnozlar xəstənin şikayətinə və baş ağrısının növünə əsasən təyin edilir. Xəstə şikayəti nəzərə alınaraq müayinələr MRT və ya KT kimi görüntüləmə vasitələrindən istifadə edərək aparılır.
Demans
Erkən yaş dövrlərini əhatə edən və geniş yayılmış nevroloji xəstəliklər sırasında demans öz əksini tapır. Bu xəstəliyin yaranma amillərindən başlcası depressiyadır. Uzun illərdir ki, cəmiyyətimizdə demans hallarına tez-tez rast gəlinir. Alzheimer xəstəliyi ən çox yaşlılardagörünən demans növüdür. Xəstəliyin ilkin əlaməti unutqanlıqdır. Sonrakı mərhələrində bu özünü gündəlik fəaliyyətlərdə çətinlik çəkmə, düşüncə pozğunluqları, iştahsızlıq halları ilə göstərir.
Hərəkət pozğunluqları
Tremor, parkinson, distoniya, diskineziyalar və s. hərəkən pozğunluğu xəstəliyinə aid edilir. Parkinson xəstəliyi əllərdə titrəmə, qeyri-ixtiyari hərəkətlər, mimika itirmə, yerimədə pozğunluq halları yaradır. Əgər sizdə gecələr ayaqlarda və əllərdə titrəmə, yanma hissi olarsa mütləq nevroloqa müraciət edin. Unutmayın xəstəliyin zamanında aşkar edilməsi ondan daha asanlıqla xilas olmağınıza vəsilədir.
Yuxu pozğunluqları
Stress, anormal qidalanma, gərgin həyat tərzi yuxu pozğunluğuna səbəb olan başlıca amillərdəndir. Xoruldama və yuxu apnesi patologiyaları yuxunuzun verimliliyini azalda bilər. Bu da kifayət qədər yuxu qəbul etmədiyiniz üçün daimi yorğunluq hissi yarada bilər. Yuxu keyfiyyətinin dəqiqləşdirilməsi və epilepsiya hallarının vaxtında müəyyənləşdirilməsi üçün EEG tətbiq edilir.
İstanbul NS Klinika Nevrologiya şöbəsi ən müasir avadanlıqları və təcrübəli nevroloqları ilə xidmətinizdədir. Unutmayın, sağlamlığınız bizim üçün önəmlidir!