Günümüzdə məmə xərçəngi qadınarda adi bir xəstəlik kimi yayılmışdır. Təssüf ki, statistikaya görə artıq hər 8 qadından birində məmə xərçəngi aşkarlanır. Xəstə qeydiyyatından yola çıxılaraq aparılan raşdırmalar göstərir ki, xəstəliyin yaşı xeyli azalır. Artık çox erkən yaşlı xanımlarda da bu xəstəliyə rast gəlinir. Lakin, onu da demək lazımdır ki, erkən diaqnoz ilə həm xəstəliyin ömrünü azaltmaq, həm də məməni qoruyub saxlamaq mümkündür.
Bununla belə, mastektomiya (bütün döşün çıxarılması) gərək duyulan xəstələr də az deyil. Bu kimi hallarda əməliyyatdan sonra xəstənin həyat fəaliyyətini (fiziki və psixoloji) yaxşılaşdırması vacibdir.
Mastektomiya Nədir?
Mastektomiyaya məmə xərçəngi səbəbindən məmənin tamamilə çıxarılmasına deyilir. Xərçəngin kütləsi və yayılmağından asılı olaraq məmə dərisi ilə birlikdə tamamilə götürülə və ya içi boşaldıla bilər.
Məməsini itirmək bir qadın üçün həm psixoloji həm də fizioloji zərbədir. Çünki, hər dəfə güzgüyə baxanda eyni hadisəni canlandırır. Bu da psixoloji cəhəttən qadında sarsıntı yaradır. Bundan əlavə bədən imici pozulur. Həmçinin bir döşünün olmaması, digər döşün yaratdığı yük səbəbindən qadının çiyinlərində assimetrik əyilmələrə səbəb ola bilər. Bu kimi hallar səbəbindən məməsi götürülmüş qadının məmə bərpası ona özünü yaxşı hiss etdirir, fiziki görünüşünü xeyli yaxşılaşdırır.
Məmə bərpası məmə xərçəngi ilə mübarizənin bir hissəsi kimi bilinir. Bu səbəbdən ilk diaqnozdan müalicənin sonuna qədər plastik estatik cərrahiyyə şöbəsi digər şöbələrlə komanda şəklində fəaliyyət göstərir. Bu tip əməliyyat öncəsində mütləq plastik estetik cərrahla məsləhətləşin.
Döş Bərpası Kimlərə Olmalıdır?
Məmə bərpası əməliyyatı səhhətində ciddi problemləri olmayan, yaş fərqi olmadan hər kəsə tətbiq edilə bilər.
Döş Təmiri Nə Vaxt Edilməlidir?
Bu suala cavabını Ümumi Cərrah, Onkoloq, Plastik Cərrah və xəstə özü birgə cavab verir. Erkən mərhələdə şiş varsa, döş qoruyucu üsullar tətbiq edilə bilər. Yəni bütün döş çıxarılmadan yalnız şiş çıxarıla bilər.
Burada məmələr böyükdürsə, kiçiltmə əməliyyatı (onkoplastik mammoplastika) ilə birlikdə şiş toxuması da götürülə bilər. Sonrasında mütləq radioterapiya almalısınız. Kimyaterapiya və şüa müalicəsindən 6-12 ay sonra məmə bərpası edilir. Şüalarla müalicə alınmadıqda mastektomiya tətbiq edilə bilər.
Əməliyyatdan Əvvəl Nələrə Diqqət Edilməlidir?
Əməliyyatdan təxminən 3 həftə öncədən siqaret və qan durulaşdırıcı dərmanlardan istifadəni dayandırmalısınız. Bu ərəfələrdə yaşıl çay tərzi bitki çaylarından uzaq durmaq məsləhətdir. Əməliyyatdan əvvəl mamoqrafiya və USQ təkrarlanmalıdır.
Məmə Bərpası Haqqında Bilməlisiniz
Adətən ən azı iki seans tələb olunur. Bəzi hallarda daha çox tələb oluna bilər. Proses orta hesabla bir il ərzində tamamlanır. Adətən ilk seans ən uzun çəkir. İkinci seansda simmetriyanı təmin etmək üçün kiçik düzəlişlər lazım ola bilər.
Simmetriya təmin edildikdən sonra üçüncü seansda lokal anesteziya ilə məmə bərpası aparılır. Bu prosesin uzunmüddətli olduğunu bilmək lazımdır.
Döş Bərpası Üçün Hansı Texnikalar Var?
Məmə bərpasının əsas iki növü var: Silikon implantlar və öz toxumanız. Bəzən hər iki üsul birlikdə istifadə edilə bilər.
Silikonla Məmə Bərpası
Erkən yaşlı məmə bərpası hallarında istiadə edilir. Burada dəri qoruyan mastektomiya edilir, yəni sinə boşaldılır və silikonla düzəldilir. Silikon adətən əzələ altına yerləşdirilir. Lakin yeni modullar ilə slikonlar əzələ üzərinə qoyula bilir. Bunun üçün xəstə radioterapiya almamalıdır.
Radioterapiya alacağına əmin olan xəstələrə toxuma genişləndiricisi qoyula bilər, onu içi boş bir balon kimi düşünə bilərsiniz. Əməliyyatdan 2-3 gün sonra silikon kimi əzələ altına qoyulur. Həftələr içində zərdabla doldurulmağa başlanaraq radioterapiyaya göndərilir. Müalicə bitdikdən 6 ay sonra normal silikon protezlə əvəz olunur.
Döşün Əsas Toxuması ilə Bərpası
Bu üsulda qarın və ya arxa nahiyədən götürülən dəri altı toxumalarla yeni məmə yaradılır. Mikrocərrahiyyə ilə toxumalar məmənin arzu edilən görüntüsünə uyğunlaşdırılır. Bu toxumalara ‘flaps’ deyilir.
Bütün əməliyyatlar tamamlandıqdan və simmetriya əldə edildikdən sonra məmə bərpası həyata keçirilir. Bu tip əməliyyatlarda adətən lokal anesteziya kifayətdir. Məmə ucu düzəldildikdən sonra ətrafındakı qəhvəyi nahiyəyə döymə vurulur.Simmetriyanı təmin etmək üçün tez-tez yağ injeksiya edilir.
Əməliyyatdan Sonra Nələrə Diqqət Edilməlidir?
Əməliyyat sonrası 1-2 gecə xəstəxanada qalmaq kifayət edir. Döş nahiyəsinə qanın toplanmaması üçün drenajlar qoyulur. Qanın axmasından asılı olaraq bu drenajların qoyulma müddəti 1 həftəyə qədər uzana bilər. 2 günün tamamında xəstə duş ala bilər. Gündəlik fəaliyyətinizə 1 həftə – 10 günlük bir müddət kifayət edəcəkdir. Əməliyyatdan sonra 5-6 həftə büsqalter taxmaq lazıçdır. İdman aktivliyi olaraq isə ilk 6 həftə sadəcə gəzinti etmək məsləhətdir. Döşün öz formasına uyğunlaşması 3-6 ay çəkə bilər. Bu dövrlərdə siqaret çəkməmək əhəmiyyətli dərəcədə yaraların sağalmağına müsbət təsir edəcəkdir.