İstanbul NS Klinikası Laboratoriya şöbəsi xəstəliklərinizin dəqiq və vaxtında təyini üçün hər cür tibbi avadanlıqla təchiz edilmişdir.
Bədəninizin müxtəlif bölgələrindən alınan nümunələrin analizi ilə dəqiq diaqnoz qoyulur. Klinikamızda biokimya, serologiya, mikrobiologiya, yoluxucu və genetik xəstəliklər və s. sahələrdə analizlər aparılır.
Mütəxəssislərimiz bədəninizin müxtəlif bölgələrindən götürdükləri test nümunələrini ən müasir avadanlıqlarla analiz edir. Avadanlıqlarımız sayəsində test cavablarınlz mümkün qədər tez hazır olaraq müalicənizə ən qısa müddətdə başlamanıza imkan verir. Texnologiyamız vasitəsiylə xəstəliyinizin diaqnostika yüz faiz dəqiqliklə həyata keçirilir. Laboratoriya nəticələrindən sonra həkimlərimiz birlikdə çalışaraq ən qısa zamanda sağlamlığınıza qovuşmağınız müalicə planı tərtib edir. İstanbul NS Klinika Laboratoriya şöbəsində rutin müayinə və testlərdən keçərək sağlamlığınızı daim nəzarətdə saxlaya bilərsiniz.
İstanbul Ns klinikasının Laboratoriyası bir çox test şöbəsi üzrə ixtisaslaşmışdır. Biokimyəvi, seroloji, klinik, mikrobioloji, immuno-molekulyar diaqnostika bunlardan bəziləridir.
Pcr test qiymeti üçün əlaqə saxlayın.
İstanbul NS Klinika Laboratoriyasında hansı cihazlardan istifadə olunur?
Laboratoriyamız ən son avadalıqlarla təchiz olunmuşdur. Avadanlıqlarımız müntəzəm olaraq keyfiyyət testi ilə yoxlanılır. İstənilən məqamda sizə lazımı xidmət göstərilməsi üçün hazır vəziyyətə gətirilir. Laboratoriyam Almaniya, Kanada, ABŞ, Yaponiya və s. istehsalı olan avadanlıqlarla təchiz edilmişdir.
Laboratoriya nəticələri nə naman bəlli olur?
Müasir texnologiyamız bizə sürətli və etibarlılıq dərəcəsi yüz faiz olan nəticələr verir. Laboratoriyamıza müraciət edən xəstələrimizə eyni gün ərzində test nəticələri təqdim edilir. Test və analizlərin nəticə kartında sınağın tamamlanma müddəti də öz əksini tapır. Analiz nəticələri istəyə bağlı olaraq SMS, E-mail və ya çap şəklində təqdim edilir.
Genetik analizlər yoxlanılırmı?
İstanbul NS Klinikasında Genetik Laboratoriya mərkəzi bir neçə ildir ki, sizlərin xidmətinizdədir. Mərkəzimizdə xaricdə təhsil almış molekulyar genetik uzmanlar fəaliyyət göstərir.
Məkərimizdə bütün genetik analizlər həyata keçirilir. Abort materialından, Dölyanı mayedən (Amneondan), Periferik qandan xromosom analizi var. Həmçinin, istənilən genin nukleotid düzülüşü – Sekanslama analizi, MLPA -Delesiya və duplikasiya analizləri mövcuddur. Klinikamızda Real time PZR – İİnfeksiya Kopya say ariantları (CNV), Mutasiya analizlləri və s. sitogenetik və molekulyar analizlər yoxlanılır.
Olduğunuz yerdən ayrılmadan laborator testlərin verilməsi xidməti.
2021 ci ildən burada evdə Laborator analizlərin yoxlanılması xidməti də fəaliyyətə başlamışdır. Evdən çıxması müəyyən səbəblərdən mümkün olmayan dəyərli posientlərimizə xüsusi xidmətimiz var. Beləki, siz evdən çıxmadan bütün laboratoriya və test analizlərinizi evinizdə edirik.
İstanbul NS Klinikası daşınabilən laboratoriyası ilə xidməti ayağınıza gətirir. Tıxaclar, hava şəraiti kimi səbəblər sizə əngəl olmasın. Yaxınlarımız və ya özümüz üçün olduğunuz yerdə laboratoriya xidməti ala bilərsiniz. Təcrübəli heyyətimiz sizdən evinizdə nümunələr alaraq klinikamıza çatdıracaq. Nəticələr barədə SMS və ya E-mail vasitəsiylə xəbərdar olacaqsınız. İstanbul NS Klinikası daim sizi düşünərək ən rahat şəkildə sağlamlığınızın qayğısına qalmağınıza xidmət edir. Unutmayın, siz və sizin sağlamlığınız bizim üçün dəyərlidir!