Tibbin ürək və qan dövranı ilə sisteminin xəstəliklərini öyrənən hissəsi kardiologiya adlanır. Nəfəs darlığı, döş qəfəsində sıxılma, ürək döyüntüləri, yorğunluq hissi, hərarət və s. kimi simptomlar ürək xəstəliklərinin əlaməti sayılır. Ürək xəstəliklərinin yaş aralığı çox genişdir, beləki həm erkən yaşlarda, həm də qoca yaşlarda müşahidə olunur. İstanbul NS Klinika avadanlıqları və kollektivi sizlərin ürək xəstəliklərinizin həlli üçün daim xidmətinizdədir. Ürək problemlərinin geniş yayılmasını nəzərə alaraq Kardiologiya şöbəmiz bütün imkanlarla təchiz olunmuşdur.
İstanbul NS klinikasının Kardiologiya şöbəsi ürək xəstəliklərini vaxtında aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Şöbədə həm uşaqlar, həm də yetişkinlər üçün kardioloji müayinə və müalicələr aparılır.
İstanbul NS Klinika Kardiologiya şöbəsində kardioloji müayinə necə aparılır?
Kardiologiya şöbəsinə müraciət edən xəstələrin xəstəlik tarixçəsi alınır. Fiziki müayinədən sonra analizlər və diaqnostik müayinələr aparılır.
İstanbul NS Klinika Kardiologiya şöbəsində hansı xəstəliklərin müalicəsi aparılır?
Ürək əsas işi olan qan pompalamasını müxtəlif səbəblərdən həyata keçirə bilmədikdə ürək çatışmazlığı halları müşahidə olunur.
Klinikamızda hipertoniya, aterosklerotik koronar arteriya xəstəliyi, işemik ürək xəstəliklərinin müalicısi aparılır. Kəskin konar sindromu, triskuspid stezonu, aorta çatışmazlığı, angina pektorisi xəstəliklərinin də müalicəsini mövcuddur. Ümumulikdə İstanbul NS Klinika Kardiologiya şöbəsi ürək xəstəlikləri sahəsində yüksək təcrübəli həkimləri ilə daim müalicənizə hazırdır.
Kardioloji xəstəliklərin əlamətləri hansılardır?
Sağlamlığınızın keşiyində qalmaq hər şeydən və hər kəsdən öncə öz üzərinizə düşür. İstanbul NS Klinika Kardiologiya şöbəsində mütəmadi tibbi müayinələrdən keçərək ola biləcək xəstəlikləriniz barədə öncədən öyrənə bilərsiniz. Əgər siz ürək döyüntülərinizdə pozğunluq, çəki itkisi, nəfəs darlığı, sinə hissəsində ağrılar müşahidə edirsinizsə vaxt itirmədən bizə müraciyət edin.
İstanbul NS Klinika Kardiologiya şöbəsi hansı müalicə üsullarından istifadə edir?
İstanbul NS Klinika Kardiologiya şöbəsi ən müsair avadanlıqlarla təchiz olunub. Müasir tibbi metodika ilə ürək xəstəliklərinizin müalicəsi peşəkarlar tərəfindən həyata keçirilir.
Klinikamızda elektrokardioqrafiya (EKQ) vasitəsiylə üəyinizin fəaliyyəti qeydə alınır. Bu üsulla ürək əzələnizin və ürəyinizin sağlamlıq və funksional vəziyyəti öyrənilir.
EFOR test metodumuz vasitəsiylə koronar arteriya xəstəliyi aşkar edirilir. Xəstəliyin dərəcəsi müəyyən edilir.
Sutkadan artlq EKQ testinə ehtiyyac olan xəstələrimizə Holter EKQ tətbiq edilir.
Ürəyin forma və vəziyyətinin müəyyənləşdirilməsi üçün Rentgenoqrafiyadan istifadə edirik.
Exokardioqrafiya ilə ürəkdəki ritm pozğunluğu, ürək qapaq problemləriŞ ürək çatışmazlığı halları aşkar edilir. Bir zond ilə ürəyin qruluşu haqqında məlumat əldə edilir.
Skrinning üçün klinikmızda KT Koronar Angioqrafiya metodu tətbiq edilir.
Ürək kateterizasiyası ilə ürəkdən bipsiya alıbaraq ürəkdəki otaqların təzyiqi ölçülür.
Koroner ürək xəstəliklərində risk faktorları və profilaktika üsulları hansılardır?
Dünyada ən çox ölümə səbəb olan və geniş yayılmış ürək xəstəliklərindən biri koronar arteriya xəstəliyidir. İşemik ürək xəstəliyi olaraq da bilinir. İnfanktlar, qəfil ürək ölümü, stabil və qeyri-stabil stenokardiya ürək-damar xəstəlikləri qrupudur. Simptonları çiyin, qol, çənə, boyun, kürək, sinə ağrılarıdır.
Koroner ürək xəstəliklərinə səbəb ola biləcək amillər siqaret, şəkərli diabet, piylənmə, depresiya, spirt istifadəsi və s. kimi amillərdir. Ürək-damar xəstəlikləri riskini azaltmaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq, zərərli qida və vərdişlərdən uzaq olmaq lazımdır.
Ürəyinizin qeydinə İstanbul NS Klinika Kardiologiya şöbəsinin kardioloqları ilə birgə qalın!