Ginekomastika

Ginekomastiya
Posted by: ISTANBULNS Comments: 0

Ginekomasti bir kişinin məməsinin dəyişiklik nəticəsində normalından daha böyük formada olması deməkdir. Bəzən məmə forması artıq dərəcədə böyük olduğu üçün qadınsı formada görünür.

Tək bəzən də hər iki tərəfli müşahidə edilən bu hal kişinin həyat keyfiyyətlərinə və psixologiyasına mənfi təsir edir. Xüsusilə də gənc kişilər cəmiyyət içində hovuza girməkdən, ümumi istifadədə olan soyunma otaqlarından çəkinirlər. Bu da öz növbəsində assosiallıq yaradır.
İstədikləri libasları geyinə bilmirlər və məmələrini gizləmək üçün çiyinlərini önə doğru əyirlər. Bununla da qalıcı fiziki qüsurlar və çiyində əyriliklər yaranır.

Günümüzdə məmə kiçiltmə əməliyyatı kişilər arasında da geniş yayılmışdır. Nəticəsi isə son dərəcə ürək açıcıdır.

Ginomakstika Görülmə Tezliyi

Kişilərdə yaş keçdikdə hormonal dəyişikliklə əlaqədar məmə toxumalarında böyümələr müşahidə edilir. Təzə doğulmuş körpələrdə anadan keçən qadınlıq hormonlarının təsiri ilə böyüyən məmə toxumaları bir neçə həftə ərzində normal vəziyyətini alır. Yeniyetməlik dövründə 100 kişidən 60-ında fərqli səviyyələrdə məmə böyüməsi halları olur. Bu dövrün sonunda hər 100 kişinin 7-sində ginekomasti görünür. Növbəti mərhələlərdə kişilik hormonarındakı azalmalarla əlaqədar məmələrdəki böyümələrdə artış görünür.

Ginekomasika adətən hər iki məmədə görünür. Bir tərəf digərindən biraz artıq ola bilər. Məmələr böyüdükcə ağrılar və həssaslıq da arta bilər. Xüsusilə də yetginlik yaşı ərəfəsində böyüyən məmə altında xərçəng ola bilər. Buna görə də səbələr ətraflı araşdırılmalıdır.

Kişilərdə Məmə Böyüməsi Ən Çox Hansı Yaşda Görünür?

Kişilərin 35%-in’ təsir edən bu hal ən çox 50-69 yaş aralığında görünür. Səbəbi isə illər keçdikcə qandakı kişilik hormonunun azalmasıdır. Kişilərdə bu halların ən çox yaşandığı dönəm yeni doğulmuş körpə vaxtları, yeniyetməlik vaxtları və 50 yaşdan yuxarı zamanlarıdır.

Kişilərdə Məmə Böyüməsi (Ginekomastika) Səbəbləri Nələrdir?

Əməliyyatla mealicə edilənlərin 85%-ində məmə böyüməsinin dəqiq səbəbi məlum olmur. 15%-ində isə xərçəng, metabolik xəstəliklər, stress kimi səbəblərdən yarana bilir.

Təbii Hormonal Dəyişikliklər

Hormonlar kişi və qadınlarda müxtəlif ölçülərdə olur. Bəzi hormonlar əzələ kütləsi kimi kişilik hormonları təmsil etsə də, bəziləri isə məmə inkişafı kimi qadınlıq hormonlarını təmsil edir. Kişilərdə normalda az miqdarda olan qadınlıq hormonu irəliləyən yaşlarda çoxala bilir. Bununla əlaqədar da məmə böyüməsi halları müşahidə edilir.

Təzə doğulan körpələrdə Ginekomastika

Təzə doğulan körpələrin yarıdan çoxunda analarından aldıqları hormonlar sayəsində məmələri normaldan böyükdür. Şişmiş məmə toxuması adətən doğuşdan 2-3 həftə sonra taramlanır.

Yeniyetməlik Dövrü Ginekomastika

Yeniyetməlik dövrü iriləşən məmə tez-tez görünür. Adətən 6ay-2il aralığında özlüyündən çəkilib gedir.

İrəli Yaşlardakı Ginokamstika

50 yaşdan yuxarı kişilərdə məmə böyüklüyü halları yenidən arta bilər. Bu yaş qrupunun təxminən dörddə birində kişilik hormonunun azalması halları görünür.

Dərmanlar

  • Prostat vəzinin böyüməsinə qarşı istifadə edilən anti-androgen dərmanlar
  • Anabolik steroidlər və androgenlər
  • Anksiyete müalicəsində istifadə edilən diyazepam tərzi dərmanlar
  • Trisiklik antidepresanlar
  • Antibiyotiklər
  • Simetid bənzəri dərmanlar
  • Kimya terapiya
  • Ürək dərmanları
  • Metpamid bənzəri bağırsaq hərkətliliyini düzənləyən dərmanlar
  • AİDS müalicəsində istifadə edilən bəzi dərmanlar

Alkoqol və Keyidicilər

  • Alkoqol
  • Amfetamin
  • Marixuana
  • Eroin
  • Metadon

Sağlamlıq Şəraiti

Hipogonadizm

Kliniferter sindromu və ya hipoviz çatışmamazlığı kimi hormon ifrazını əngəlləyən hallarda ginekomastika görünür.

Yaşlanma

Xüsusilə artıq çəkili kişilərdə yaşlanma ilə birlikdə ginekomastika görülmə tezliyi artır.

Şişlər

Xaya şişləri, sürrenal vəzi və ya hipoviz vəzi şişləri kimi bəzi şişlər hormon müntəzəmliyini pozur.

Hipertiroidi

Tiroksin hormonu həddən artıq ifraz edir.

Böyrək Çatışmazlığı

Diyaliz müalicəsi görən xəstələrin təxminən yarısında hormonal dəyişikliklə əlaqədar olaraq məmə böyüməsi müşahidə edilir.

Qaraciyər Çatışmazlığı və Siroz

Qaraciyər problemləriylə bağlı hormonal dəyişikliklər və siroz müalicəsi istifadə edilən dərmanlarla bağlı olaraq məmələr böyüyür.

Yetərsiz Qidalanma və Aclıq

İnsan bədəni kifayət qədər qida dəstəyi əldə edə bilmədikdə hormonların səviyyəsi dəyişir və bununla məmələrin də ölçüsü böyüyə bilər.

Bitki Tərkibli Vasitələr

Sabun, losyon, şampun kimi məhsullarda istifadə edilən lavanta və çay ağacı qadınlıq hormonu səbəbiylə süd vəzilərində böyümə yarada bilər.

Ginekomastika Tipləri

Böyüyən toxumanın formasına görə tiplər:

1. Qlandular Tip: Büyük ölçüdə süd vəzi böyümüşdür.
2. Qarışıq Tip: Həm süd vəzində həm də çevrəsindəki toxumalarda yağ artımı vardır.
3. Yağlı Tip: Böyük ölçüdə yağ toxuması artığı vardır.

Məmələrin böyüklüyü və dərisinin formasına görə tiplər:

Tip 1: Məmə dərisi normaldır, sadəcə olaraq məmə başı altında az miqdar sərt toxuma vardır. Tip 2A: Dəri artıqlığı olmasa da məmə artıq dərəcədə böyümüşdür.
Tip 2B: Məmə böyüklüyü orta dərəcədədir və az miqdar dəri artıqlığı vardır. Mövcud dəri əməliyyat sonrası kiçilərək normal vəziyyətinə qayıtmağa meyillidir.
Tip 3: Həm məmə böyüklüyü vardır, həm də dəri artıqlığı. Artıq dəridən xilas olmaq üçün əlavə cərrahiyyə əməliyyatları gərəklidir.

Yalançı Ginekomastika Nədir?

Bu kimi hallarda sadəcə olaraq artıq piyləməndən əmələ gələn yağ toxumaları çoxluğu vardır. Bu kişilərdə adətən məmə ilə yanaşı vücudunun digər bölgələrində də artıq yağ yığıntıları olur. Həqiqi ginekomastika hallarında isə mütləq süd vəzində də artıqlıq halı olur.

Həqiqi ginekomastikada məmə bölgəsindəki artıqlıqlar toxunulduğunda plastikə toxunma hissiyyatı verir. Yalançı ginekomastikada isə bu cür hissiyyat olmur. Adətən daha hamar, yumşaq bir hissiyyat olur. Yalançı ginekomastikada ən ideal metod liposaksiyadır. Bu üsulda bir kanul vasitəsiylə artıq yağ dəri altından çəkilərək alınır.

Ginekomastika Xəstəlikdirmi?

Kişilərdəki məmə böyüklüyü yaxşı ehtimalda mülayim xarakterli (xərçəng olmayan) bir haldır. Yaş mərhələlərindən asılı olaraq qandakı hormonal dəyişikliklər nəticəsində qadınlıq hormonun artış səviyyəsindən asılı olur. Hər ginekomastika əmələ gəlməsi mütləq müalicə olunası bir hal deyil. Ancaq ginekomastikanın altında yatan səbəbi müəyyən etmək mütləqdir.

Ginekomastikanın Müalicə Metodları Hansılardır?

Öncəliklə ginekomastika törədən səbəb araşdırılmalıdır. Bu istifadə edilən dərmanlardan, artıq çəkidən, alınmış travmalardan əmələ gələ bilir.
Obezliklə əlaqəli səbələr varsa ilk öncə sağlam metodlarla arıqlamağa meyillənmək lazımdır. Artıq formalaşmış və səbəbi dəqiqləşdirilə bilməyən hallarda isə ən qalıcı metod ginekomastika əməliyyatıdır.

Ginekomastika Əməliyyatı Nədir?

Ginekomastika əməliyyatı vahid bir metod deyil. Məmə toxumalarındakı artış miqdarı, yumşaqlıq və sair kimi faktorlar nəzərə alınaraq uyğun müalicə metodu seçilir.
1- Sadəcə Liposaksiya (Yağ Çəkmə)
Qoltuq altından 4mm-lik kəsikdən müdaxilə edilərək məmə toxuması və çevrəsindəki yağlar götürülür. Əməliyyat 1 saat davam edir. Drenaj istifadə edilmir və əməliyyat sonrası korset taxılır.
2- Məmə Dərisi Kəsilərək Cərrahiyyə Əməliyyatı İlə Çıxarılma
Məmə ucunun aşağı hissəsindən yarımdairə şəklində kəsmə ilə məmə toxuması çıxarılır.

Ginekomastika Əməliyyatından Sonra İz Qalırmı?

Əməliyyatın dərəcəsindən asılı olaraq izlər qalır. Bu izlər kişinin sağalma xüsusiyyətlərindən asılı olaraq az vəya çox diqqət çəkən ola bilir.

Ən Az İz Qalan Metod Hansıdır?

Ən az iz qalan metod liposaksiya əməliyyatıdır. Bəzi əməliyyatlarda isə məmə bölgəsinə bir neçə liposaksiya dəliyi açılaraq edilə bilər.
Ginekomastikada Yaş Həddi Nədir? Əsasən əməliyyat üçün yeniyetməlik dönəmindən sonrası məsləhət görülür. Daha az yaşlarda məmə böyüklüyü olanlara isə 18 yaşınə tamamlamaları daha uyğundur.

Ginekomastika Əməliyyatını Kim Edir?

Bu əməliyyat metabolizma və endokrinologiya uzmanı tərəfindən edilir. Ginekomastikayanın səbəbləri araşdırılır. Dərman qəbulu ilə əlaqədar ginekomastika halarında ilk olaraq dərmanın niyə istifadə edildiyi öyrənilir. Dərmandan istifadə dayandırıldıqdan sonra 1 il məmə ölçüsündəki dəyişiklik müşahidə edilir.

Əməliyyatda Məmə Başı və Məmə Ucu da Kiçilirmi?

Ginekomastikada məmələr böyüdüyünə görə məmə başı da böyümüş olur. Artıq yağ və toxumalar çıxarıldıqda məmə başı da özlüyündən kiçilir. İrəli dərəcəli böyümələrdə isə məmə başlığı halqa şəklinə kəsilərək kiçildilir.

Ginekomastika Əməliyyatının Riskləri Nələrdir.

Hər əməliyyatda olduğu kimi ginekomastikada da risklər mövddur. Bunlarda ən başlıcası, infeksiyalar, məməyə qan və ya su yığılması, tikişlərdə aralanma, məmə toxumasında itki, hissiyyat itkisi və s.