İstanbul NS Klinika Ginekologiya şöbəsində qadın xəstəliklərinin müalicələri aparılır. Funksional , laborator, geniş diaqnostik müayinə və müalicələri metodlarımız mövcuddur. Klinikamızda bütün növ ginekoloji müayinə, ginekoloji müalicə və ginekoloji əməliyyatlar aparılır.
Uşaqlıq daxili arakəsmənin ləğvi və uşaqlıqdan kənar hamiləliyin konservativ və cərrahi müalicəsi həyata keçirilir. Klinimamızda polipektomiyalar və histerektomiya, rekonstruktiv boru əməliyyatları da aparılır. Bununla yanaşı, kondilomaların müalicəsi, endometriyaların biopsiyası, bartolinit müalicələr aparılır. Müayinə və müalicələr İstanbul NS klinikasının Ginekologiya şöbəsində, peşəkar ginekoloqlar tərəfindən yüksək peşəkarlıqla aparılır.
Sağlam qadınlar sağlam nəsillərin təminatçısıdır.
Ginekologiya şöbəsi qadın reproduktiv orqanlarındakı ginekoloji xəstəliklər və pozğunluqların həlli üçün yaradılmışdır. Şöbəmiz menstruasiyaya başlamış xanımlardan yaşlı xanımlara qədər bütün qadınlara xidmət göstərir. Onların ginekoloji problemlərinin səbəbini öyrənmək və vaxtında müalicəsini aparmaq ginekologlarımızın vəzifəsidir. Ginekoloqlarımız həm də, hamiləlik və doğuş sonrası periodlarda ana və körpənin sağlam həyat tərzi sürməsini dəfələyirlər.
İstanbul NS Klinika Ginekologiya şöbəsi xidmət sahələri hansılardır?
İstanbul NS Klinika Ginekologiya şöbəsi bütün ginekoloji xəstəliklərin diaqnostikasını, müayinə və müalicəsini həyata keçirir. Ginekoloji xərçəng diaqnozu və müayinəsi, menopoz, osteopoz, hamiləlik dövrü nəzarətlərini həyata keçiririk.
İstanbul NS Klinika Ginekologiya şöbəsində hansı ümumi ginekoloji xidmətlər göstərilir?
Yeniyetməlik dövründən menopauza dövrünəcən bütün yaş aralığında qadınlarımıza xidmət göstəririk. Şöbəmizdə bütün ginekoloji problemlərinizin rutin və profilaktik müayinə və müalicəsini həyata keçiririk. İstanbul NS Klinika Ginekologiya şöbəsi ginekoloji narahatlıqlarınızın dəqiq səbəbini aşkarlayır. Qasıq ağrıları, xərçəng, menstruasiya pozğunluğu, infeksiyalı və s. xəstəliklərin diaqnostikası aparılır. Klinikamızda bir çox müayinə metodları mövcuddur. Ultrasəs, kolposkopiya, yüngül ginekoloji müayinələr, PAP-smear testi və s. müayinələr həyata keçirilir.
İstanbul NS Klinika Ginekologiya şöbəsinin hamiləlik təqibi üsulları nələrdir?
Hamiləlik qadın həyatında həssas və ən mühim dövrlərdən biridir. İstanbul NS Klinikası Ginekologiya şöbəsi bütün qadınlarımızın hamiləlik dövründə xidmətindədir. Qadımlarımızın bu dövü başa vurub sağlam uşaq həyata gətirmələri üçün Ginekoloqlarımız daim xidmətinizə hazırdır. İlkin hamiləlikdən doğuş anına qədər prosesin sağlamlığı ultrasəs müayinələri ilə daim nəzarətdə saxlanılır. Diaqnostika üçün rutin testlər həyata keçiririk. Fetal ənsə qalınlığının ölçümü, ikili test, uşaqlıq boynu uzunluğu, diabet skrininq testi və fetal monitorinq müayinələri aparılır. Riski hamiləlik aşkar edildikdə ginekologiya şöbəmizlə yanaşı digər şöbələrimizin də ixtisaslı həkimləri xidmətinizdə hazırdır. Heç bir narahatlıq hissinə qapılmadan analıq sevincinizin dadını çıxara bilərsiniz.
İstanbul NS Klinika Ginekologiya şöbəsinin menopoz və osteoporozun təqibi üsulları nələrdir?
Elmi və psixoloji tədqiqatlara əsaslanaraq söyləmək olar ki, menopoz qadın həyatında xüsusi əhəmiyyətli həssas dövrdür.
Xanımlarımızın bu dövrlərini sağlam, narahatlıq hissi olmadan başa vurmaları üçün ginekologiya şöbəmizdə müayinələr həyata keçirilir. Ginekologiya şöbəmizin həkimləri digər sahə həkimlərimizlə planlı və komanda şəklində çalışaraq sizin menopoz müayinələrinizdə yanınızdadır.
Bu səbəbdən siz menopozdan qaynaqlanan osteoporozun qarşısını alıb, qalıcı zədələnmələrinizi ən düşük həddə çatdıra bilərsiniz. Qeyd edək ki, osteoporoz sümük itkisidir və xəsarət dərəcəsi böyük ola bilər.
İstanbul NS Klinika Ginekologiya şöbəsində hansı ginekoloji onkoloji müayinələr aparılır?
Ginekoloji müayinələrlə xərçəng və reproduktiv sistemin bədxassəli formasiyaları vaxtında aşkar edilərək müayinə müalicə edilir . Unutmayın, erkən diaqnoz sağalma şansını artırır.
4D Ultrasonoqrafiya müayinə.
Günümüzdə iki ölçülü ənənəvi müayinəyə əlavə olaraq dörd ölçülü ultrasəs rəngli doppler və üç ölçülü görüntüləmə imkanı təqdim edir. Doğumdan öncə öz övladlarının canlı əksini monitordan seyr etmək valideyndə ruh yüksəkliyi yaradır. Uzman psixoloqların fikrincə bu hal valideynlər arasında ata-ana bağlarının möhkəmlənməsini müsbət təsir edir. Hamiləlikdə övladını görən anaların qalan dövrləri də rahatlıqla başa vurduqları aşkar edilmişdir.
Laparoskopiya müayinə
Günümüzdə ginekoloji problemlərin vaxtında aşkar edilməsi və dəqiq diaqnostikası üçün laparoskopiya geniş yayılmışdır. Bu üsulla, sonsuzluğun, uşaqlıq ətrafı bitişmə, uşaqlıqdan kənar hamiləlik və s. problemlərin mövcudluğunu aşkar etmək mümkündür.
Bundan ziyadə kamera sistemi ilə təchiz olunmuş avadanlıqla video müşahidə ilə əməliyyat aparılır. Posientlərimiz 2-3 saat sonra evə buraxılır, 6-8 saat sonra isə qida qəbul etməyə başlayırlar. Bədəndə qoyduğu izlər və s. kimi faktorlar da nəzərə alınarıaq laparoskopiyanın açıq cərrahi əməliyyatdan üstünlükləri çoxdur.
Histeroskopiya müayinə
Histeroskopiya laparoskopiyaya nəzərən daha incə kamera sisteminə malikdir. Bu sahədə uşaq düşməsi, uşaqlıqda qanaxmalar və hamiləliyə mənfi təsir edəcək problemlər aşkar edilərək aradan qaldırılır.