İnsanların həyat keyfiyyətini və funksional fəaliyyətini yaxşılaşdırılması üçün fəaliyyət göstərən tibb şöbəsidir. İstanbul NS Klinika fizioterapiya və reabilitasiya şöbəsi sinir sistemi, beyin, onurğa beyni, əzələ, sümük və s. xəstəliklərinin müalicəsini həyata keçirir.
Fizioterapiya müalicələri necə aparılır?
Tibb tarixi qədər qədim bir tarixə malik olan fizioterapiyanın faydaları mükəmməldir. İstanbul NS Klinikada dərman, idman, ortopedik, iyeksiya və s. üsullarla müalicə həyata keçirilir.
Hansı məqsədlər üçün fizioterapevtik müalicə aparılır?
İstanbul NS Klinika fizioterapiya və reabilitasiya şöbəsinin ixtisaslı həkimləri hər bir xəstəyə individual yanaşır. Onların məqsədi xəstəlik növündən və dərəcəsindən aslı olaraq müalicə sonrası arzuolunan nəticə əldə etməkdir. Həkimlərimiz müalicə öncəsi kompleks müayinələr edərək xəstə və xəstəliyi haqqında dolğun informasiya toplayırlar. Sonrasında isə düzgün və əksiksiz müalicə sxemi tərtib edirlər. Bu üsulla xəstə təkcə ağrıdan azad olmur, həmçinin, ağrıya səbəb olan amillər aradan qaldırılır.
İstanbul NS Klinika Fizioterapiya və Reabilitasiya şöbəsindəki müalicələr hansı məqsədlər üçün həyata keçirilir?
Müalicələr posientlərimizin sağlamlığının yaxşılaşdırılması, oynaqlrın maksimum potensiallı hərəkətinin bərpası məqsədiylə həyata keçirlir. Bundan başqa, əzələlərin gücləndirilməsi, oynaq sabitliyinin bərpası, itirilmiş funksional bacarıqlarının bərpası üçün müalicələr aparılır.
İstanbul NS Klinikası Fizioterapiya və Reabilitasiya şöbəsi ən müasir müalicələrə uyğun avadanlıqlarla təchiz olunmuşdur. Posientlərimizin rahatlığı üçün hər bir şərait qurulmuşdur. Müasir diaqnostik aparatlarla xəstəliyin düzgün diaqnostikası və qiymətləndirilməsi sürətli şəkildə həyata keçirilir.
İstanbul NS Klinikada bütün növ nervoloji, yaşalanmayla əlaqəli, travmatoloji-ortopedik xəstəliklərin müalicəsi aparılır. Uşaqlarda bel, boyun, çiyin ağrıları, yırtıq və insultlar, skolioz, lordoz kimi xəstəliklərin də müalicəsini həyata keçiririk.
Fizioterapiya və Reabilitasiya şöbəsində fizioterapiya xidməti yalnız həkim müayinəsindənn sonra təyin edilə bilər.
İstanbul NS Klinika Fizioterapiya və Reabilitasiya şöbəsində hansı xidmətlər göstərilir.
Klinikamızın bu şöbəsində həkim müayinəsindən keçmiş xəstələrə həkim göstərişi əsasında bir sıra xidmətlər göstərilir. Müsair avadanlıqlarla təchiz olunmuş şöbəmiz lazer, ultrasəs, elektro, manual, manit, zərbə-dalğa xidmətləri göstərir. Bundan başqa peşəkar həkimlərimiz xəstələrimizə osteopatiya, elektorfarez, masaj, akapunktur xidmətləri də göstərir. Fototerapiya, pediatrik masaj, hacamat, parafin xidmətlərimiz də mövcuddur. Şöbəmizdə darsanval, hotpack və coldpack müalicə üsulları da həyata keçirilir.
İstanbul NS Klinka Fizioterapiya və Reabilitasiya şöbəsində müalicəsi aparılan xəstəliklər hansılardır?
Klinikamızda bütün növ əzələ xəstəliklərinin, spastik uşaqlar, parkinson, üz iflici, sinir yaralanmalarının müalicəsi aparılır. Həmçinin, İstanbul NS Klinika beyin və onurğa zədələlərinin müalicəsini də həyata keçirir.
İstanbul NS Klinka Fizioterapiya və Reabilitasiya şöbəsində fizioterapiya müalicəsi hansı müddətdə aparılır?
Klinikamızın fizipterapiya müalicələri müxtəlif seanslarla aparılır. 1 saatlıq cəmi 10-20 seans ortopedik xəstəliklər üçün nəzərdə tutulmuşdur. 1-2 saatlıq seanslar isə nevroloji xəstəliklər üçün nəzərdə tutulub. Lakin xəstəlik dərəcəsi və xəstənin ümumi vəziyyətindən aslı olaraq mu müddət daha da uzuna bilər.
Fizioterapiyanın faydaları nələrdir?
Müalicə sonrası ağrıların kəskin azalması müşahidə olunur. Ağrı kəsici dərmanlara ehtiyyac azalır, hərəkət qabiliyyətliliyi artır, əməliyyat tələb edən xəstəliklərdə müalicəvi yaxşılaşma görülür. Hərəkət pozğunluğu, əzələ və sümük gücsüzlüyü, insult və beyin zədələnməsi sonrası pozğunluqlar fizioterapiya ilə aradan qaldırıla bilər. İstanbul NS Klinika Fizioterapiya və Reabilitasiya şöbəsinin kollektivi sizin xidmətinizdədir.
Fizioterapevtik müalicə üsulu və prosesi ağrılıdırmı?
Ümumi hallarda fizioterapiya ağrısız müalicə növüdür. Lakin istisna hallarda, əzələ gərmə və kimi müqavimət tələb edən müalicə metodlarında yüngül ağrılar ola bilər.
Fizioterapita zamanı hansı amillər nəzərə alınmalıdır?
Damar tıxanıqlığı, açıq yaralar, varikoz günişlənməsi, revmatizma dövründə olunduğu halda həkimin məsləhətinə uymayan metodlar edilməməlidir.
Fizioterapevtik Müalicə və Reabilitasiya müalicəsinin riskləri və yan təsirləri nələrdir?
Fizioterapiya az yan təsiri olan müalicə sayılsa da, nadir hallarda dəridə qızartı və səpkilər müşahidə oluna bilər. Xəstənin həsasslıq dərəcəsindən aslı olaraq qan təzyiqi dəyişə bilər. Bu kimi halların yaranmaması üçün müalicə götürməzdən əvvəl sağlamlığınız barədə həkimə ətraflı məlumat verməlisiniz. Xəstəlik keçmişiniz, dərmanlara qarşı allergiyanız varsa mütləq həkimi məlumatlandırmalısınız.