T.ü.f.d. Ramiz Əkbərov

Əkbərov Ramiz

T.ü.f.d. Ramiz Əkbərov

Cərrah, Uroloq-Androloq


T.ü.f.d. Ramiz Əkbərov

1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini Lenin adlı təqaüdlə bitirib. 1979-1980-cı illərdə M.Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə internatura keçmişdir. 1980-1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983-1985-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir. Respublikanın əməkdar həkimidir (2008), Səhiyyə əlaçısıdır (2013-cü il), tibb üzrə (2004) və fəlsəfə üzrə fəlsəfə doktorudur (2009). İxtisasca ali dərəcəli uroloq və ali dərəcəli səhiyyə təşkilatçısıdır. Azərbaycan Uroloqlar və Androloqlar Cəmiyyətlərinin, eyni zamanda Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 1980-ci ildən cərrahiyə əməliyyatları aparır, minlərlə xəstəyə açıq cərrahiyə əməliyyatı (nefrektomiya, pielolitotomiya, ureterolitotomiya, ademomektomiya, yuxarı və aşağı sidik yollarında plastik əməliyyatlar, sidik kisəsinin rezeksiyası, varikoselektomiya və s.), on minlərlə xəstəyə konservativ müalicə aparmışdır.

Ünvan

ATATÜRK PR-Tİ 140 AZ1130 BAKI ş., AZƏRBAYCAN

TELEFON

(012) 465 85 00

TELEFON 2

(055) 467 85 00

E-MAIL

[email protected]