İstanbul NS Klinika Dermatovenerologiya şöbəsi dərinizin sağlamlığına qayıtması üçün peşəkar kollektivi ilə sizlərə xidmət göstərir. Dəri insanın duyğu orqanlarından başlıcasıdır. Orqanizmimizin ən böyük ölçülü orqanı olan dərimiz müxtəlif müxtəlif qalınlıq və hissiyata balikdir.
İsti, soyuq, bərk, yumşaq, deformasiyalı, hamar və sair kimi obyekt haqqında informasiyanı beynimizə çatdıran məhs dərimizdir. Dərimiz ümumi bədən örtüyümüzü əmələ gətirdiyi üçün bilavasitə xarici mühitlə təmasda olur.
Çoxsaylı funksiyaları icra edən dərimiz insan orqanizmi üçün mühif faktor olan suyun bədənizimdə qalmasına da xidmət edir. Sağlam görünüşün dəridən başlayır. Dərinizə ən mükəmməl qulluq və baxım şərtdir.
Dəri xəstəliklərinizin müalicəsini İstanbul NS Klinikası Dermatovenerologiya şöbəsinin mütəxəssislərinə etibar edə bilərsiniz. Bu sahədə öz peşəkarlıqları ilə seçilən heyyətimiz cildinizin istədiyiniz görüntünüsü sizə geri qaytarır. Qüsursuz dərinizlə həyatı yenidən qazanmış kimi hiss edəcəksiniz. Xəstələrimizin rahat şəraitdə arzu etdikləri müalicəni alması üçün klinikamız hər cür imkanla təchiz edilmişdir.
Günümüzdə ətraf mühit kirliliyi vacib faktor olmaqla digər amillərin də təsiri ilə çoxsaylı dəri xəstəlikləri mövcuddur. Bu xəstəliklərin müalicəsi vaxtında aparılmalıdır, əks halda fəsadları daha böyük ola bilər.
Cinsi yolla bulaşan dəri xəstəlikləri zamanında müalicə olunmadıqda sonrakı mərhələlərdə daha ciddi fəsadlara yol aça bilər. Dərimiz daim birşeylərə təmas halındadır. Bu baxımdan hər hansı xəstəliyə bulaşmamız da elə dəridən yarana bilir. Hazırda, İstanbul Ns Klinika Dermatovenerologiya şöbəsi bir çox dəri xəstəliklərinin son dərəcə peşəkar müayinə və müalicəsini həyata keçirir. Üz dərisi, baş dərisi, ayaq və əl dərisi və sair qalınlığı və həssaslığı fərqli olan bütün bölgələrin baxım və müalicəsini gerçəkləşdiririk.
Bundan ziyadə, Dermatovenerologiya şöbəmiz dəri, dırnaq, saç, cinsi yolla bulaşan zöhrəvi xəstəliklərinin müalicəsini də aparır. Həmçinin, kosmetik və dermatoloji, allergik mənşəli xəstəliklərin sağaldılmasında dermatoloqlarımız sizə köməklik edəcəkdir.
İstanbul Ns Klinika Dermatovenerologiya şöbəsi dəri xəstəliklərinin müasir və dəqiq diaqnostikasını aparır. Klinikamızdakı müalicələr ən son müalicə protokollarına əsasən həyata keçirilir. Müalicəsi nisbətən çətinlik törədən xəstəliklərdə uzun müddətli, mütəmadi remissiyalar götürülür.
Dermotoskopiya ilə nevusların (xal və əkələrin) diaqnostikası aparılır. 6 ay və 1 illik periodlarda nəzarəttə saxlanılır, onkoloji olanlar dərhal aşkarlanır və ola biləcək ağırlaşdırıcı faktorların qarşısı alınır.
Bəzi dəri xəstəlikləri və narahatlıqları allergik və genetik ola bilər. Bu sinifdən olan xəstəliklərin diaqnostikası allergik testlərlə aparılır və səbəbləri müəyyən edilir.
İstanbul Ns Klinika Dermatovenerologiya şöbəsi nə kimi müayinə prosedurları həyata keçirir?
Klinikamızda həm estetik, həm kosmetik bütün növ dermatoloji prosedurlar icra edilir.
Dermatoloji müalicələr üçün hər hansı yaş məhdudiyyəti var mı?
İstanbul NS Klinika Dermatologiya şöbəsi həm böyüklərə, həm kiçiklərə, bir sözlərə istənilən yaş qrupundan olan posientlərə xidmət göstərir.
İstanbul Ns Klinika Dermatovenerologiya şöbəsində hansı cild xəstəliklərinin müalicə və müayinəsi aparılır?
Klinikamızda bütün növ dəri xəstəliklərinin müalicəsi həyata keçirilir.
Saç, dırnaq xəstəliklərinin, allergik və genetik dəri xəstəliklərinin, uşaq dəri xəstəliklərinin müalicəsi aparılır. Həmçinin revmatizmal dəri xəstəliyi (qırmızı qurd eşənəyi), cinsi yolla keçən veneroloji zöhrəvi xəstəlikləri, dəri xərçəngi və s. kimi xəstəliklərin müayinəsi aparılır.