Sert yerlerde gəzmək, qaçmaq və ya tullanmaqla yaranan bir xestelikdir. Dabanın alt hissəsində ağrı, şişkinlik, temperaturun yüksəlməsi kimi iltihab əlamətləri görünür. Bu xesteliyin tibbi adı Plantar fasiitdir.
Plantar fasiit, ayağın altından keçən və daban sümüyü ilə ayaq barmaqlarını birləşdirən plantar fasya adlanan lifli birləşdirici toxumanın ağrılı iltihabıdır. Uzun müddet bu xestelik davam ederse daban sümüyünün alt tərəfində kalsium yığılaraq Şporlar əmələ gəlir.
Daban mahmızı xesteliyi üçün risk faktorlarına neler aiddir?
- Daban sümüyünün, bağların həddindən artıq yüklənməsinə səbəb olan yeriyiş anomaliyaları
- Xüsusilə sərt səthlərdə sürətli gəzmek və ya qaçış
- Uyğun olmayan ayaqqabılar
- Artıq çəki
- Yaşlanma plantar fasyanın elastikliyini azaldır və xestelik riskini artırır.
Daban mahmızı (Plantar fasiit) simptomları hansılardır?
Daban mahmızında Ən çox görülən şikayətlər ağrılardır. Xüsusilə daban sümüyünün alt hissesinde gəzinti və ya qaçış zamanı ağrı yarana bilər. Bir çox insanlar plantar fasiitdə görülən ağrıları səhər yuxudan durduqda ayaqlarının dabanına sancma və ya iynə batırma kimi təsvir edirlər.
Plantar fasiit(Daban mahmızı) necə müalicə olunur?
Müalicəsinin məqsədi ayağa düşen yükü azaltmaq, ağrı və iltihabı azaltmaq, toxumaların sağalmasını süretlendirmek və yumşaq toxumaların elastikliyini artırmaqdır. Müalicəsi aşağıdakıları şformalarda ola biler:
- İstirahət: İstirahət ayaqdakı yükü azaldacaq , iltihabı və ağrı da istirahete uyğun şekilde azalacaqdır.
- Buz müalicesi: Buz tətbiqi iltihabı yatıraraq ağrı və şişkinliyi azaltmağa kömək edə bilər.
- Germe məşqləri
- Fizioterapiya
- Rahat yumşaq idman ayaqqabısı geyinmək.
- İltihab əleyhinə dərmanlar.
- Şok dalğa terapiyası (ESWT): Yüksək enerjili səs dalğaları müvafiq sahəyə yönəldilir və plantar fasyanın zədəsinin sağalmasına kömək edir.
- Steroid inyeksiyonları.
- Əməliyyat: Nadir hallarda, cərrahi müdaxiləye ehtiyac ola bilər. Əksər hallarda digər müalicələr kifayətdir və cərrahi müdaxiləye ehtiyac olmur.