Burun Tutulması

Burun tutulması
Posted by: ISTANBULNS Comments: 0

Burun tutulması nədir?

Burun tənəffüs sistemimizin əsas funksiyalarından birini icra edir. Belə ki, aldığımız nəfəsin isidilib, nəmləndirilib, təmizləndikdən sonra ciyərlərimizə çatmağına kömək edir. Müəyyən səbəblərdən burunun öz fəaliyyətini icra edə bilməməsi burun tutulması adlanır.
Burun tıxanıqlığı düzgün nəfəs almağımıza maneə olaraq keyfiyyətli bir gün və yuxu ərəfəsi keçirtməyimizə əngəl olur.
Bu həm də, iy bilmə qabiliyyətimizi də korlayır.

Məsum bir xəstəlik kimi görelsə də fəsadları olduqca ciddidir. Burun tutulması qrip, mövsümi hava dəyişlənliyi, allergiya, burun əti, burun əyriliyi kimi bir çox səbəblərdən baş verə bilər. Bu həm uşaqlarda, həm də böyüklərdə görülən halldır. Allergiya səbəbindən yaranan burun tıxanıqlığı mütləq müalicə edilməlidir. Əks halda irəliləyən dövrlərdə astma kimi tənəffüs yolları xəstəliklərinə səbəb olur.
Mütəmadi burun tıxanıqlığı problemi varsa mütləq şəkildə vaxt itirmədən müalicə edilməlidir.

Burun tutulması səbəbləri?

Burun tutulması burun toxumalarını zədələyən səbəblərdən baş verə bilər. Burun təxanıqlığının ən geniş yayılmış səbəblərindən biri soyuqlama, qrip, sinüzit kimi infeksiyalar və allergik burun axıntılarıdır.
Avtomobil dumanı da burunu tıxaya bilər. Bu cür hala allergik olmayan rinit deyilir. Burun tıxanıqlığına çox nadir hallarda şiş də səbəb ola bilər.

Burun tıxanıqlığını aşağıdakı şəkildə sıralaya bilərik:

  • Sinüzit
  • Burun əti
  • Şişkinliklər
  • Saman qripi
  • Spirt
  • Allergiya ünsürü
  • Mövsümü keçidlər
  • Yad cisim
  • Rinit
  • Hamiləlik və s.

Burun tıxanıqlığı yaşayan xəstələr məcburən ağızdan nəfəs almaq məcburiyyətidə qalırlar. Bu səbəbdən burunun funksional filtirlərindən keçməyən hava birbaşa ağızdan daxil olduğu üçün müəyyən boğaz infeksiyaları yaranır. Bu da boğaz qıcıqlanmasına, qurumasına, öskürəklərə, ağızda quruluğa, xoruldamağa, yuxu problemlərinə səbəb olur.

Burun tutulması əlamətləri nələrdir?

Burunun funksionallığı pozulduğu üçün ağızdan nəfəs alması insanın burun tutulması problemi yaşamasına işarədir. Bu səbədən gecələr ağzı açıq yatılır və bu da öz növbəsində xəstədə yuxusuzluq, halsızlıq halları yaradır. Daima nəfəs alış-verişi üçün ağızdan istifadə edildiyinə görə, bu da boğaz xəstəliklərinə səbəb olur. Boğaz allergiyası, boğazda quruluq, qıcıqlanma, qaşıntı halları bunlardan bəziləridir.

Burun tutulması necə sağalar?

Burun tutulmasının müalicə prosessi tıxanma səbəbinin aşkarlanması ilə başlayır. Səbəblər müəyyən edildikdən sonra müayinə planı hazırlanır. Endoskopiya ilə daha dəqiq nəticələr əldə edilir.
Burun əyriliyi, burunda ətlənmə kimi dərmanla düzələ bilməyən hallarda əməliyyat metoduna üstünlük verilə bilər. Təbii ki, bu metoda xəstəlik şəxsin həyatına son dərəcə neqativ təsir etdiyi halda ən son baş vurulur.
Burun tıxanıqlığının irəliləmiş mərhələlərini yaşayan şəxslər daim ağızdan nəfəs aldıqları üçün boğaz problemləri də yaranmağa davam edir. Məhs bu cür xəstələrə əməliyyat metodu şərtdir.
Əməliyyatdan sonra növbəti gün xəstə normal həyatına qayıdış edə bilər.
Əməliyyatın yanında digər bir müalicə metodu da radiofrekans müalicədir. Bu üsul da xəstənin burun tıxanıqlığı xeyli səviyyədə yaxşılaşdırır.

Körpə və azyaşlı uşaqlarda burun tutulması?

Körpə və azyaşlı uşaqlar anadangəlmə burun vasitəsiylə nəfəs almağa vərdişli olur. Burun tıxanıqlığı hallarında körpələr ağızdan tənəffüsə başlayılar. Bu səbədən ağızdan tənəffüsə köməklik edən digər tənəffüs əzələləri duruş pozğunluğuna səbəb olur.
Bəzi uşaqlar ağızdan tənəffüs edə bilmirlər. Bu halda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Uşaqlarda burun tıxanıqlığının əsas səbəbləri gəniz əti və burundaxili inkişaf anormallığıdır. Bəzi hallarda, xəstəliyin səbəbindən asılı olaraq problemin əməliyyatda aradan qaldırılması gərəkə bilər.

Allergik burun tutulması halları

Əsasən yaz və payız aylarında havada çoxalmış polenlər allergik olaraq burun axıntısına, bu da öz növbəsində burun tutulmasına səbəb olur. Bu hallar saman qripi dediyimiz allergik rinitə işarədir.
Burun axıntıları hallarında həkimlət burun spreylərini və ya iltihab əleyhinə dərman tövsiyyə edə bilər. Ancaq bu cür dərmanlar mütləq şəkildə həkim müayinəsindən sonra qəbul edilməlidir.

Allergiyaya bağlı burun tutulması xəstəliklərinin ən gözəl müalicə metodu səbəbin aradan qaldırılmasıdır. Bu səbəbdən polen allergiyası olanlar:

  • polenlərin çoxaldığı mövsümlərdə qapı-pəncərələrini mümkün olduğu müddətdə bağlı salamalı
  • avtomobil və ya evdə istifadə etdikləri kondisionerlərin filtirlərini təmiz saxlamalı
  • quru küləkli havalarda mümkün qədər çölə çıxmamağa üstünlük verməli
  • evi və həyəti mütəmadi olaraq tozlardan təmizləməli
  • evin daxilindəki rütubətli və nəmlənmiş bölgələri təmir etdirməli
  • yorğan, döşək və yastıqlarını allergiya verməyəcək tərkibli məhsullardan seçməlidirlər.

Burun tutulmasını yaxşılaşdıran vasitələr nələrdir?

Ev şəraitində edə biləcəyiniz metodlarla burun tıxanıqlığını azalda və qarşısını ala bilərsiniz. Bu metodlardan bəziləri:

  • Darçın, zəncəfil, nanə, zərdəçal çaylarından istifadə etmək
  • Tütün və tütün məmulatlarından istifadəni dayandırmaq
  • Duzlu suyla burunu yumaq
  • Burun mukozasının daim nəm qalması üçün çoxlu su içmək
  • Əgər evdə və ya iş yerində hava təmizləyici yoxdursa bir qədər qaynar su götürüb yaxınlığınıza qoymaq

Burun tıxanıqlığı bizi yaşatmaq üçün əsas funksiya olan “nəfəs alma”ya əngəl olduğundan özlüyündə bir çox problemə səbəbiyyət verir. Bu səbəbdən burnunuzla və nəfəs almanızla əlaqədar sıxıntı olduğu halda klinikamıza müraciət edə bilərsiniz.