Anesteziologiya və Reanimasiya şöbəsi əməliyyat öncəsi ağrının azaldılması və rahat əməliyyat prosesini həyata keçirir. Müasir şərait və peşəkar heyətimizlə xidmətinizdəyik.
İxtisaslı anestezioloqlarımız əməliyyat öncəsi ağrının azaldılması və rahat əməliyyat keçirməsini təmin edir. Onlar əməliyyat öncəsi və sonrası xəstənin vəziyyətinin qiymətləndirilməsinə məsuliyyətlə yanaşırlar. İstər klinikamıza müalicə üçün üz tutmuş pasientlər üçün, istərsə də onlara xidmət üçün peşəkarlarımıza klinikamızda hər cür şərait yaradılmışdır. Əməliyyat öncəsi, eyniylə də əməliyyat sonrası xəstələrimiz klinikamızın peşəkar kollektivi tərəfindən daim nəzarətdə saxlanılır.
Anesteziologiya və Reanimasiya şöbəsində hansı proseslər aparılır?
İstanbul NS Klinika Anesteziologiya və Reanimasiya şöbəsində bütün növ cərrahi əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar üçün ağrıkəsici müalicə və anesteziya xidmətləri həyata keçirilir. Xəstə ağrısız şəkildə əməliyyata tam hazır hala gətirilir. Yaşına və xəstəlik dərəcəsinə uyğun olaraq anesteziya həyata keçirilir. Bu mərhələlərdə sizlərə yüksək ixtisaslaşmış mütəxəssislərimiz xidmət göstərəcəkdir.
Anesteziologiya və Reanimasiya şöbəsində hansı yaş qruplarına xidmət göstərilir?
İstanbul NS Klinika Anesteziologiya və Reanimasiya şöbəsində istənilən yaşda olan pasientlərə xidmət göstərilir. Hər yaş qrupunun keyfiyyətli şəkildə müalicə və müayinəsi üçün şöbəmizdə hər cür şərait yaradılmışdır. Klinikamızın peşəkarları tərəfindən sizə göstərilən xidmət və qayğının fərqliliyinin özünüz şahidi olacaqsınız.
Anesteziologiya və Reanimasiya şöbəsi sizlərə hansı imkanları təqdim edir?
İstanbul NS Klinika Anesteziologiya və Reanimasiya şöbəsi 4 böyük əməliyyatxanadan və 6 yataqlı şöbəylə təchiz olunub. Əməliyyat öncəsi və əməliyyat sonrası mərhələlərdə pasientlərimiz rifahını düşünmüşük. Şöbəmiz ən son tibbi cihazlarla təchiz olunmuşdur. Beləki, müasir əksetdirmə monitorları və anesteziya cihazları sizlərin xidmətinizdə hazırdır. Anestezioloq və reanimatoloqlar sizə təhlükəsiz və risksiz əməliyyat keçirməyinizə köməklik gostərəcklər. Tamamən ağrısız və keyfiyyətli xidmətimiz sizi istər əməliyyat öncəsi, istərsə də əməliyyat sonrası məmnun edəcəkdir.
Bundan başqa İstanbul NS Klinikada müasir narkoz-tənəffüs aparatları da mövcuddur. Həmçinin, defibriwatch, əksetdirmə monitorları , süni tənəffüs cihazı və digər avadanlıqlarla təchiz olunub. İstanbul NS Klinika Reanimasiya şöbəsində 7 çarpayı və izolyasiya otağı mövcuddur. Yataqlarımız xəstəbaşı monitorlar, qaz və vakkum sistemi, ventilyasiya aparatı ilə təchiz olunub.
Hansı növ anesteziya xidmətləri verilir?
Pasient üçün anesteziya növünün secimi mühim amillərdən biridir. Pasientin mövcud sağlıq və xəstəlik vəziyyətinin dərəcəsindən aslı olaraq anesteziyanın düzgün seçilməsi vacib şərtdir. Bu yöndən klinikamızın peşəkar kollektivi sizə hərtərəfli xidmət göstərəcəkdir.
Anesteziologiya və Reanimasiya şöbəmizdə ağrının dərəcəsi, əməliyyatın növündən aslı olaraq müxtəlif anesteziya xidmətləri həyata keçirilir. Həmçinin xəstənin sağlamlıq və xəstəlik dərəcəsi də müəyyən edildikdən sonra anestezioloji proseslərə başlanılır.
Klinikamızda regional, venadaxili və ümumi anesteziya həyata keçirilir.
Karl Storz endoskopu çətin intubasiyalarda ümumi anesteziyanın aparılmasında istifadə olunur.
Spinal,lumbal bloklar, pereferik sinir blokları və s. əməliyyatlarda regionar anesteziya tətbiq edilir. Xəstənin tam ağrısıs əməliyyat prosesi üçün anesteziya növü öncədən müayinələr olunaraq müəyyən edilir.
İstanbul NS Klinika Anesteziologiya və Reanimasiya şöbəsi işçiləri öz sahələrində peşəkardırlar. Anestezologiya və reanimasiya sahəsi üzrə beynəlxalq konfranslarda iştirak edirlər. Mütəmadi olaraq seminarlara qatılırlar.
Öz işlərinə həvəslə yanaşan kollektivimiz xəstəni əməliyyat sonrasında da diqqətdə saxlayırlar. İstanbul NS Klinkası müasir tibbi avadanlıqları və peşəkar kollektivi ilə xidmətinizdədir.