İstanbul NS Klinikası Alqologiya və Ağrı şöbəsində müxtəlif səbəblərdən meydana gələn ağrılarınıza son qoya bilərsiniz. Klinikamızda ağrıların səbəblərinin müəyyənləşdirilməsi üçün laboratoloji və test avadanlıqları mövcuddur. Ən müasir müayinə və müalicələrə cavab verən bu avadanlıqlar xətəliyinizin vaxtında və dəqiq nəticəylə aşkarlanmasına kömək edəcəkdir. Öz işinin mütəxəssisi olan peşəkarlardan təşkil edilmiş kollektivimiz qısa zamanda sizi öz sağlamlığınıza qovuşduracaqlar.
İstanbul NS Klinikası Alqologiya və Ağrı şöbəsi hansı ağrılara müdaxilə edir?
Xərçəng ağrıları
Xərçəng ağrıları ən çox xərçəng xəstəliyinin son mərhələsində olan xəstələr üçün dəhşətli ağrı simptonudur. Xəstənin həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bu səbəbdən anqoloqların üzərinə ciddi iş yükü düşür. Onlar bədxassəli xərçəng hallarında xəstənin vəziyyətini, onun həyat fəaliyyətini mümkün qədər uzun ərəfədə yaxşı vəziyyətdə saxlamalıdırlar. Çox hallarda bu tip xəstələrdə xəstəliyin ağrı şiddətini morfin törəmələri (opioidlər) ilə azaltmaq mümkündür. Ağrının şiddətindən aslı olaraq opioidlər müxtəlif ölçüdə və aralıqda istifadə edilə bilər. Opioid qəbulu bu səhədə peşəkar mütəxəssis tərəfindən icra edilməlidir.
Səbəbi bilinməyən ağrılar
Bəzi ağrılar davamlı və xroniki olsa da səbəbini aydınlaşdırmaq çətin ola bilər. Bu hallarda uzman tərəfindən edilən müdaxilə ilə ağrıya səbəb olan siniri müəyyənləşdirmək mümkündür. Görüntüləmə vəsitəsiylə sinir nahiyəsinə kateter qoyularaq damarda ağrının mənbəyi təyin edilir.
İstanbul NS Klinika Alqologiya və Ağrı şöbəsinin müalicə metodları nələrdir?
Sinir blokları
Sinir blokları müalicələrə cavab verməyən ağrıların nəzarətini həyata keçirmək üçün tətbiq edilən müalicə metodudur. Bu üsulla ağrı hisslərini digər sinirlərə ötürən sinir lifləri bloklanır. Bu proses daimi və ya periodik ola bilər.
Daimi morfin nasosları
Bu üsul müalicələrə cavab verməyən və ya xərçənglə əlaqəli ağrılara tətbiq edilir. Dərinin altına yerləşdirilən nasos kateter ilə onurğa beyinə bağlanılır. Sonrakı mərhələdə isə nasosla birbaşa xərçəngə morfin vurularaq istənilən nəticə əldə edilir. Daimi morfin metodu ən çox hallarda xərçəng və damar tıxanıqlığı səbəbindən olan ağrılarda istifadə edilir.
Mil batareyaları
Bu üsul xroniki nevropatik ağrılarda istifadə edilir. Həmin ağrılar şəkərli diabet xəstələrində və ya sinirləri zədələyən digər xəstəliklərdən əziyyət çəkən xəstələrdə müşahidə edilir. Neyropatik ağrılarda zədələnmiş sinir impuls daşıdığı orqanlarda da şiddətli ağrılara səbəb ola bilər. Bu tip ağrılar zamanı morfin terapiya da kömək etməyə bilir. Sözü gedən ağrılar spinaı pacing ilə müalicə edilə bilər. Bu zaman onurğa batareyaları yerli keyitmə üsullarından istifadə edilərək onurğa bölgəsinə yerləşdirilir.
Bel yırtığında tətbiq edilən inyeksiyalar
Bel yırtığına yeridilən iynələr bel ağrıları zamanı dərman və fiziki müalicələrə cavab verməyən ağrılarda tətbiq edilir. Müalicədə lokal bölgədən keyidici dərman yeridilir. Yaxın dövrlər ərzində bu tip müayinələrdə ozon inyeksiyaları tətbiq olunmağa başlamışdır.
Ən xırda ağrı vəya diskomfort hissi müxtəlof xəstəliklərin əlaməti ola bilər. Vaxtında müalicə olunmayan xəstəlik isə ciddi fəsadlara yol aça bilər. Siz də zaman itirmədən İstanbul NS Klinikası peşəkarlarına müraciət edin. Klinikamızdakı yüksək texnoloji avadanlıqlar ilə müayinə cavablarınızı qısa müddətdə əldə edin. Unutmayın ki, sağlamlığınız bizim üçün vacibdir.