DƏRİYƏ QULLUQ

DƏRİYƏ QULLUQ

Dəri hər gün müxtəlif aqressiv (zərərli) amillərin təsirinə məruz qalır. Günəş dərinin fotoqocalmasına səbəb olur. Küləyin, temperaturun dəyişməsinin təsiri altında dəri codlaşır və nəmliyini itirir. Siqaret çəkmə, dərman preparatlarından istifadə, keyfiyyətsiz qidalanma, yuxusuzluq, ətraf mühitin çirklənməsi, ekologiyanın ümumi pisləşməsi hüceyrələrin zəifləməsinə və zədələnməsinə gətirib çıxarır. Bu prosesi dəriyə düzgün qulluq etməklə ləngitmək olar.

Termo-maska (Pembe-mask) – maskanın tərkibi regenerasiya prosesini stimullaşdırmaqla, dəriyə cavanlaşdırıcı təsir göstərir, dərini yumşaldır, ətraf mühitin zərərli təsirlərindən müdafiə edir və dərinin dərindən təmizlənməsinə səbəb olur.

Plasentar maska – zülalların, lipidlərin, şəkərlərin, müxtəlif fermentlərin, mineral təbəqələrin, vitaminlərin, SA-amin turşularının və digər komponentlərin unikal tərkibinin əldə olunmasını təmin edir. Plasent ekstraktı qalıqları toxumalardan kənarlaşdırmaqla, dərinin qan dövranını və qidalanmasını stimullaşdırır. Dərinin fizioloji funksiyalarını yüksəldir.

Akne müalicəsi – sızanaqlar (acne) dəridə piy vəzilərindən ifrazat nəticəsində tük follikulları tıxandığı və dərinin hüceyrələri buynuz maddəsinə döndüyü zaman yaranır.

Sızanaqlar, adətən, üz dərisi, kürək, sinə və bazu önündə yayılır. Həkim və ya kosmetoloq qara nöqtələri təmizləyə bilər.
Göz dərisi ətrafı dəriyə qulluq – mikro soyulma və möhkəmləndirici maskalar istifadə edilir.

Dermarollerlər nədir? – Bu, rahat dəstəyi olan mikroiynələr təbəqəsi ilə örtülü xüsusi kiçik plastik silindrdir. Qısa iynələri olan dermoroller müxtəlif müalicəvi dərmanların keçiricilik xüsusiyyətinin yaxşılaşdırılması üçün istifadə edilir. Qışda və yayda fasilələrlə istifadə etmək olar.

DƏRİYƏ QULLUQ
DƏRİYƏ QULLUQ DƏRİYƏ QULLUQ

Yeniliklərimizdən məlumatlı olun!

Elektron poçtunuzun ünvanını qeyd edin ki, maraqlı xəbərlər və endirimli aksiyalarımızdan faydalana biləsiniz.