KİMYƏVİ PİLLİNQ

KİMYƏVİ PİLLİNQ

Kimyəvi Pilinq bugünkü gün kosmetoloqların həm gənc, həm də yetkin insanlara məsləhət gördüyü kifayət qədər məşhur kosmetik prosedurdur. Onun məqsədi – dəridəki sağlam hüceyrələrin xaricdən bütün zəruri maddələri tam almasına mane olan bütün buynuzlaşmış və lazımsız mikrohissəcikləri həll etmək və yox etməkdir. Bu proseduru sızanaqların müalicəsi, ağardıcı prosedur kimi yaş və mimik qırışların aradan qaldırılması üçün radikal üsul kimi məsləhət görürlər. 

Kimyəvi pilinq – bu, dozalaşdırılmış yanıqdır.
Kimyəvi pilinq – bu, epidermisin üzərinə aqressiv (zərərli) maddələrin, qələvilərin və turşuların çəkilməsi nəticəsində aldığı dozalaşdırılmış yanıqdır.Belə xüsusiyyətlərə, məsələn, hidroksid turşuları (AHA-turşuları), rezorsin, retinol, salisil turşusu, trixloruksus turşusu (TCA), fenol və s. malikdir.

Bundan başqa, kimyəvi pilinqin tərkibinə tez-tez meyvə turşuları daxil olur.Epidermis kimyəvi yanıq alır, dəri fəal şəkildə soyulmağa başlayır və emal olunmuş zonanın yerində hamar relyefli sağlam gözəl dəri əmələ gəlir.Buynuzlaşmış toxuma ilə birlikdə kiçik yara yerləri, sızanaqlar, qırışlar və piqment ləkələri kimi xoşagəlməz hallar da çıxıb gedir.

Mürəkkəb olmayan hallarda effekt ilk prosedurdan sonra nəzərə çarpır, xüsusi ağır hallarda kosmetoloq tam prosedur kursundan keçməyi məsləhət görə bilər.Bu halda mütəxəssis bir neçə ay davam edəcək qrafik təşkil edir.
Hər bir kimyəvi pilinq prosedurundan sonra dəri fəal bərpa və nəmlənməyə ehtiyac duyur.Nəmləndirici komponentlərlə zənginləşdirilmiş kosmetik zərdablar və kremlər hüceyrələrin daha tez regenerasiyasına kömək edir.

KİMYƏVİ PİLLİNQ
KİMYƏVİ PİLLİNQ KİMYƏVİ PİLLİNQ

Yeniliklərimizdən məlumatlı olun!

Elektron poçtunuzun ünvanını qeyd edin ki, maraqlı xəbərlər və endirimli aksiyalarımızdan faydalana biləsiniz.