HƏKİMLƏR

Həkim haqqında

Dr. Nazim Quliyev

Dr. Nazim Quliyev

Terapevt

1972-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun 1-ci müalicə-profilktika fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin İnstitutu müalicə işi üzrə həkim kimi bitirmişdir.
1978-1979-cu illərdə Terapiya işi üzrə internatura kursunu başa vurduqdan sonra 1979-1992-ci il tarixlərində Ağdam RMX-da sahəhəkimi, ftiziatr, Təcili yardım stansiyasının TTY həkimi kimi çalışmışdır.
Dağlıq Qarabağ hadisələri zamanı könüllü olaraq özünümüdafiə batalyonunda həkim-döyüşçü kimi iştirak etmiş və 1992-ci ildən 2013-cü ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hazırda istefada olan tibb xidmətə polkovnik-leytenantdır.
Hazırda “İstanbul NS” klinikasında terapevt kimi fəaliyyat göstərir.
Müxtəlif illərdə “Döş qəfəsi orqanlarının Rentgen diaqnostikası”, “Terapiya”, “Funksional diaqnostika”, “Ftiziatriya”, “Terapiyanın əsasları“ üzrə təkmilləşdirmə kurslarında olmuşdur.
Əlaqə

Ünvan

ATATÜRK PR-Tİ 140 AZ1130 BAKI ş., AZƏRBAYCAN

Email

info@istanbulns.az

Telefon

(012) 465 85 00
(055) 467 85 00

İş Saatları

Bazar ertəsi – Şənbə
08:30 – 18:00

Yeniliklərimizdən məlumatlı olun!

Elektron poçtunuzun ünvanını qeyd edin ki, maraqlı xəbərlər və endirimli aksiyalarımızdan faydalana biləsiniz.