Zəhmət olmasa gözləyin...



ESTETİK ƏMƏLİYYƏT

SAÇ ƏKİLMƏSİ

http://istanbulns.az/wp-content/uploads/2015/12/werewrew.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/5656.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/8998.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/fbgfb.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/cxvcxxcvx.jpg

GÜNÜMÜZÜN ESTETİK ƏMƏLLİYYATLARININ BAŞINDA GƏLİR. SAÇ TÖKÜLMƏSİ – XÜSUSİLƏ KİŞILƏRIN QARŞILAŞDIĞI ƏSAS ESTETIK PROBLEMLƏRDƏN BIRIDIR VƏ PSIXOLOJI NARATÇILIĞA SƏBƏB OLUR . ONU DA QEYD EDƏK KI, DAZLAŞMA ANCAQ KIŞILƏRDƏ DEYIL QADINLARDA DA MÜŞAHIDƏ EDILIR. BU PROBLEMIN HƏLLINDƏ ƏN ƏSAS METOD SAÇ ƏKILMƏSIDIR. SAÇ ƏKILMƏSI YERLI KEYLƏŞDIRMƏ ALTINDA BAŞIN ARXASINDAN-ƏNSƏDƏN ALINAN SAÇLI DƏRININ FOLLIKÜLLƏRƏ, YƏNI SAÇ KÖKLƏRINƏ AYRILARAQ BAŞIN SAÇSIZ OLAN HISSƏSINƏ YENIDƏN PAYLANMASIDIR. SAÇ ƏKILMƏSINDƏ FUT METODU YA DA FUE METODU VƏ YA MIKRO-MINIQRAFT MEGASESSION METODU KIMI MÜXTƏLIF ADLARLA ADLANDIRILAN METODLAR VARDIR.

Saç əkilməsi əməliyyatı asan olmasına baxmayaraq, bir qrup fəaliyyətinə ehtiyac olmaqla yanaşı, vaxt və səbr tələb edən bir əməliyyatdır. Bu əməliyyat mütləq bir plastik cərrahiyyə mütəxəssisinin nəzarətində olmalıdır. Müvafiq bir şəraitdə və texnika ilə həyata keçirilən saç əkmə əməliyyatının nəticələri məmnun edicidir. Müvəffəqiyyətli və məmnunedici nəticələr üçün bəzən əkim əməliyyatının 2 ya da 3 seans davam etdirilməsi lazımdır. Əkmə əməliyyatında 2 seans arasında ən az 6 ay müddət olmalıdır. Saç əkilməsindən sonra ikinci bir seansa ehtiyac olub-olmadığına 6 aydan sonra əməliyyatı həyata keçirən həkimlə saç əkdirən arasında qərar verilir. Belə bir əməliyyatdan sonra çıxan saçlar adamın öz təbii saçları olduğu üçün tamamilə normal, fiziki və fiziyoloji xüsusiyyətlərə sahibdir. Digər saçlar kimi uzanar, kəsilər, rənglənər. Əlavə olaraq onu da qeyd edək ki, başın arxasından alınan tüklər tökülməz. Çünki, məlumdur ki, saçımız nə qədər tökürsə tökülsün başımızın arxasındakı tüklər tökülmür.  

Saç əkilməsi harda və kimlər tərəfindən həyata keçirilməlidir? Saç əkilməsi bu mövzuda kifayət qədər təcrübəsi olan cərrahiyyə mütəxəssisinin nəzarətində olan bir klinikada ola bilər.   

FUE METODU İLƏ SAÇIN DAŞINMASI  NƏDİR VƏ NƏ FAYDASI VAR?:  FUE metodu günümüzdə, xüsusilə ölkəmizdə daha çox üstün tutulur. Əlbəttə ki, saç əkimində nəzərə çarpacaq dərəcədə izin olmaması  bir avantajdır. Bu metodla əməliyyat plastik cərrahiyyə mütəxəssisinin rəhbərliyi altında təcrübəli bir qrup tərəfindən həyata keçiriləndə müsbət nəticələr verir. FUE metodunun üstünlüklərini sayarkən onun çapıq şəklində əməliyyat izi qoymaması, ancaq baş saçının dərisindən deyil, bədənin tüklü olan digər bölgələrindən də saç nəqlinin mümkün olduğu kimi faktlar qeyd edilə bilər.    

DAZLIĞIN MÜALİCƏSİNDƏ SCALP REDUKSİYASI: Dazlığın müalisəcində günümüzdə ən keçərli və nəticələri ən dəqiq olan metod İngilis dilində hair replantation deyilən saç əkilməsi metodudur. Buna saçın yenilənməsi əməliyyatı da deyilir. Lakin saçın yenilənməsi əməliyyatı ifadəsi daha ümumi bir ifadə olub hər vaxt saç əkilməsi mənasına gəlmir. Bu məsələ həm kişilər həm də qadınlar üçün oldukça əhəmiyyətli bir məsələdir. Saç yenilənməsi əməliyyatı- ya da dazlığın cərrahiyyə metoduyla müalicəsi estetik cərrahiyyədə hal hazırda ən çox həyata keçirilən əməliyyat olduğu qeyd edilə bilər. Bu əməliyyatın birdən çox fərqli metodu vardır və bunlardan biri də scalp reduksiyasıdır. Bu metoda görə başın daz olan bölgəsi cərrahiyyə metoduyla daraltılır və başın saçlı olan bğlgəsi isə genişlətilərək daha geniş sahəni əhatə etməsi təmin edilir. Bu ən çox iki halda həyata keçirilir. Başın daz olan hissəsi yəni təpəsi ya da təpəsinə yaxın arxa hissəsində uyğun xəstələr üçün istifadə edilir. Birinci metodda müvafiq olaraq işarələnmiş daz hissə başın dərisinin yumuşaqlığından və boşluğundan istifadə edilərək çıxarılır və ortaya çıxan açıq yara hissəsi kənardakı saçlı dərilər birbirinə yaxınlaşdırılaraq üstü bağlanılır. Beləcə saçsız sahə daraltılır, saçlı hissə isə bir birinə yaxınlaşdırılaraq sahəsi genişlətilir. Bu əməliyyat müəyyən zaman məsafələrində bir neçə dəfə təkrarlanaraq daz olan sahə çıxartılır saçlı sahə isə genişlətilir. Əməliyyatı ən az 3 ay ara ilə təkrarlamaq bəzən mümkün ola bilər, bəzən də 2-ci daraltma əməliyyatı üçün 1 il gözləmək lazım gəlir. Bu müddətin təyinində əsas faktor kimi şəxsin yarasının sağalması və başın saçlı dərisinin xüsusiyyətləri nəzərə alınır. Bəzi kimsələrin baş dərisi elastiki ikən bəzilərində belə deyil və çox fərqlidir. Baş dərsində nə qədər çox elastiklik və boşluq olarsa daz olan sahənin daraltılması da bir o qədər asan olar və belə bir asan əməliyyatda 2 daraltma əməliyyatı arasındakı müddət 3 aya kimi azala bilər. Əgər bu deyilənlərin əksi olarsa yəni baş dərisində boşluq və elastiklik az olarsa onda dərinin daraltılması əməliyyatı bir neçə cərrahiyyə əməliyyatının keçirilməsilə mümkün olar.

Bununla yanaşı iki əməliyyat arasındakı məsafə də bəzən 1 ilə qədər uzana bilir. Cərrahiyyədən sonra bəzi insanlarda normadan artıq yara izi ya da əməliyyat izi qalır. Hipertrofik skar ya da bəzən keloid deyiləcək qədər çox olan bu yara izləri insanı çox narat edər. Bu halları yaşayan insanlara belə bir əməliyyatı tətbiq etmək doğru deyildir. Bu metoddan məhdud sayda insanlar üçün istifadə edilir və bu mövzuda qərarı da ancaq bu sahədə mütəxəssis olan cərrah verə bilər.    

SAÇ MEZOTERAPİYASI NƏDİR VƏ NƏ FAYDASI VAR?: Saç tökülməsi həm kişilərdə həm də qadınlarda əhəmiyyətli bir problemdir. Saç tökülməsinin səbəbləri mövzusunda bir fərqli görüş və nəzəriyyələr olmasına baxmayaraq ən çox bilinən səbəb androjenik alopesi deyilən kişilik hormonunun təsirinə bağlı saç tökülməsidir. Bu hal müxtəlif insanlarda müxtəlif cür özünü biruzə verir. Bəs bu problemin həll yolu varmı? Təəssüf ki, bu gün bu problemin saç əkilməsi xaricində radikal və dəqiq bir həll yolu yoxdur. Əlbəttə ki, saçların tökülməsinin qarşısının alınması və hətta dazlığı tamamilə ortadan qaldıracağı iddia edilən bəzi dərman və şampunlar reklam edilir. Amma bunlar heç bir həqiqəti olmayan reklamlardır. Təəssüf ki, bu gün saç tökülməsi və dazlığın dərman və bunun kimi metodlarla müalicəsi mümkün deyildir. Saça təsir edən məhdud sayda dərmanların istifadə edilməsi ancaq tük follikülərinə təsir etməklə saçların bir az daha canlı hala gəlməsini, hələ canlılığını itirməmiş amma ölmək üzrə olan saç köklərinin güclənməsini təmin etsə də bu təsirlər klinik mənada heç vaxt məmnun edici olmaz. Saç mezoterapiyası saçlı dərinin orta təbəqəsinə yəni tükün köklərinin olduğu təbəqəyə saç köklərinin üzərinə bilavasitə təsirli olan təsiredici dərmanların minerallar, vitaminlər və qan dövranını artırıcı dərmanlarla birlikdə iynə ilə yeridilməsidir. Başın saçlı hissəsinə vurulan bu dərmanların saç tökülməsinin qarşısını aldığı, zəif saç köklərini güçləndirdiyi qəbul edilir. Əməliyyat əsnasında istifadə edilən dərman məhlulları və protokollar müxtəlif klinikalarda müxtəlif olur. Ancaq vitaminli məhlulların bu məqsədlə istifadə edilməsi halında istənilən nəticənin əldə edilməsi mümkün deyil. İstifadə edilən preparatlarda mütləq kifayət qədər saça təsiri elmi olaraq isbatlanan aktif maddələr olmalıdır. Saç mezoterapiyası ümumiyyətlə həftəlik seanslar halında və mümkünsə 10 seans şəklində tövsiyə edilir, lakin müxtəlif yerlərdə müxtəlif preparatlarla və fərqli əməliyyatlarla həyata keçirilir. Saç mezoterapiyası kimlərə tövsiyə edilir? Saç tökülməsi ya da saçlarında zəiflik olan qadın və kişi, hər kəsə saç mezoterapiyası tətbiq edilə bilər. Bundan başqa daha əvvəllər saç əkdirən kimsələrdə saç əkiləndən sonra dəstəkləmə məqsədilə eyni əməliyyat tətbiq edilə bilər. Saç mezoterapiyasının harda həyata keçirilməsi məsələsi də əhəmiyyət kəsb edir. Belə əməliyyatların Plastik cərrahiyyə sahəsindəki mütəxəssis ya da dermatoloq tərəfindən idarə edilən klinikalarda və onların nəzarəti altında həyata keçirilir.


PASİYENTLƏRİMİZİN REYLƏRİ

SAÇ ƏKİLMƏSİ HAQQINDA


http://istanbulns.az/wp-content/uploads/2016/04/BGFJGH.jpg

Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!


EMIL, 35 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/GHJK.jpg

Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.


ELMAR, 36 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/SGDRHGHJ.jpg

Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.


ANDREY, 32 yaş



7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016