Zəhmət olmasa gözləyin...



ESTETİK ƏMƏLİYYƏT

QARIN PLASTİKASI

http://istanbulns.az/wp-content/uploads/2016/04/03-5.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/01-6.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/02-6.jpg

Qarın Estetikası (abdominoplasti) Qarın bölgəsinin funksiyaları nədir? Qarın nahiyəsi əhatə etdiyi əzələ və digər dəstək toxumaları vasitəsilə ayaqda dik durmağımızı, düzgün yeriməmizi,cisimləri rahat qaldırmağımıza imkan verən, anatomik görünüşlə də gözəl bir bədən imicinin tamamlayıcı bir hissəsidir. Qarın estetikası nədir? Estetik bir əməliyyatla qarın nahiyəsinin düzgün, dartılmış və gözəl görnüşünü yenidən əldə etmək məqsədilə edilən bir əməliyyatdır. Qarın formasında qüsuryaradan səbəblər nələrdir? Gövdəmizin ön-alt hissəsini təşkil edən qarın nahiyəsi doğuşlar, kökəlmə-arıqlamalar, yaşlanma və s. səbəblərlə forma qüsuruna məruz qala bilərlər. Genetik quruluş müxtəlifliyinə görə meydana gələn forma qüsurları hərkəsdə fərqli ola bilər. Hər nə səbəblə olursa olsun qarın nahiyəsində olan sallanmalar, çatlama və digər qüsurlar xüsusilə qadınlarda, ancaq daha az kişilərdə estetik problemlərə yol açır. Şəxs artıq aynada özünü görməkdən qaçmağa başlayır. Estetik qarın əməliyyatını kimlər icra edə bilər və harada olunur? Bu əməliyyatın Plastik Cərrah tərəfindən aparılması lazımdır.Başqa ixtisaslardan olan mütəxəssis yoldaşlarımızın bu əməliyyatı etməsi həm tibbən həm də etik deyildir.Əməliyyatın xəstəxana şəraitində aparılması vacibdir. Əməliyyatın müddəti nədir və xəstəxanada qalmalıdırmı? Əməliyyat təqribən 2-4 saata qədər davam edər vəən az 1 gün xəstəxanada qalınır. Hansı növ anasteziya tətbiq olunur? Əməliyyat ümumi anesteziya altında və ya spinoepidural anasteziya altında aparılır.

Spinoepidural anasteziya altında xəstə oyaq olub ağrı hiss etməz. Anasteziyanın seçilməsində də cərrahın və xəstənin istəkləri diqqətə alınır. Estetik qarın əməliyyat aparılarkən qarında və ya göbəkdə yırtıq problemi var isə eyni anda düzəldilə bilərmi? Bəli.Qarın estetik cərrahıyyəsi zamanı əvvəlki doğuşlara bağlı qarın nahiyəsindəki yırtıqlar düzəldilə bilər. Yaş həddi var? Əməliyyatına əngəl bir problemi olmayan qadın və kişidəəgər qarın dartılması və ya estetikasına müvafiq bir probem varsa bu əməliyyat aparılır. Əməliyyatdan əvvəlki hazırlıqlar nədir? Əməliyyatdan əvvəl analizlər verilir.Xəstəəməliyyata ac olaraq gəlir.Ən az 10 saat əvvəlcədən qidalanma kəsilir. Siqaret tərk edilir.Aspirin növündən dərmanlar qəbul olunursa həkim məsləhəti ilə bunlar müvəqqəti saxlanilir. Əməliyyatdan sonra normal həyata nə zaman başlanır? Əməliyyatdan sonra 2-3 həftə içində normal həyata qayıdılır. 2 ay içərisində idmanla məşğul ola bilər. Estetik qarın əməliyyatı risklidir?

Təcrübəli əllərdə risk olduqca azdır. Ancaq bu bir əməliyyatdır vəəməliyyat zamanı bütün növ infeksiya, qanama və yara izində problem nadirən də olsa yarana bilər. Əməliyyatın maliyyəti nə qədərdir? Əməliyyatın qiyməti ,əməliyyatı edən cərraha, anasteziya növünə vəəməliyyatın edildiyi xəstəxanaya görə dəyişə bilər. Hər nə səbəblə olursa olsun qarın nahiyəsindəolan sallanma və çatlar xüsusilə qadınlarda əhəmiyyətli qüsur olaraq meydana gəlir. Bədən imici pozulur və qadının özünə olan etimadı azalır. Qadın istədyi paltarı geyinə bilmir və yoldaşının yanında özünü rahat hiss edə bilmir. Qarın gərməəməliyyatı həqiqətən ciddi estetik əməliyyatlardan olub ehtiyacı olan hər bir fərd bu əməliyyatı etdirə bilər.Ən xırda təfərrüata qədər həkimlə bu mövzuları məsləhətləşib əməliyyata girməyinzi təklif edirik.


PASİYENTLƏRİMİZİN REYLƏRİ

http://istanbulns.az/wp-content/uploads/2016/04/nice_girl-990631.jpg

Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!


EMILİYA, 30 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/zoella-zoe-sugg-girl-online-xlarge.jpg

Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.


ZEMA, 36 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/rtyrtyrt.png

Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.


İRİNA, 29 yaş



7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016