Zəhmət olmasa gözləyin...



ESTETİK ƏMƏLİYYƏT

LİPOSAKSİYA

http://istanbulns.az/wp-content/uploads/2016/04/01-5.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/02-5.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/03-4.jpg

LIPOSUCTION (Vakkumla piyin alınması) METODU İLƏ BƏDƏNƏ QURLUŞ VERMƏ Liposuction metodu ilə piyin alınması və bədənə forma verilməsi ən çox keçirilən əməliyyatlardan biridir.Kökəlmə, doğuşdan sonra, ya da quruluşdan qaynaqlanan səbəblərlə bədənin bəzi hissələrində normadan daha çox piy yığılması və şişlər ortaya çıxır. Bəzən insanın normadan daha az arıq olmasına baxmayaraq bədəninin bəzi nahiyələrindəki çıxıntı və şişlər müşahidə edilir və estetik baxımından narahat edici bir hal kimi qarşımıza çıxır. Liposuction ya da vakkumla piylərin alınması metodu çox qədimdən bəri bilinməsinə baxmayaraq xüsusilə 1960-cı illərdən sonra daha da papulyarlaşmışdır.Bu metodun tətbiq edilməsi üçün ən müvafiq hallar insanın normal çəkidə olmasına baxmayaraq bədənin müəyyən nahiyələrində piy çoxluğu iləəlaqədar olaraq bədən formasının pozulması kimi hallardır.Bəzən ağır çəkili şəxslərdə bu əməliyyat aparıla bilər və hətta həmin insanı arıqlatmaq məqsədilə də bu metoddan istifadə edən estetik cərrahlar olmuşdur. Bizə görə bu metodun tətbiq edilməsi üçün ən müvafiq xəstələrsə gənc və orta yaşlı dərisindəki gərginlik itməyən və ümumiyyətlə bədənin müəyyən hissələrində piy yığıntıları olan qadın vəkişi pasientlərdir. Liposuction metoduyla bədənin demək olar ki hər nahiyəsindən piyin alınması və onun formalaşdırılması mümkündür.Üz, boyun, sinə, döş, qarın, arxa, budun yuxarı nahiyələri, bud, ayaq və qol nahiyələri tez-tez liposuction əməliyyatı edilən nahiyələrdir.

Liposuction metodu ilə bədənə forma ferilməsi həm qadınlarda həm də kişilərdə tətbiq edilməsinə baxmayaraq, belə hadisələrin 90%- i qadınlarda və daha çox gənc və orta yaşlı dərisi hələ də öz elastikliyini itirməyən qadınlarda müşahidə edilir.Qadınlarda piyin yayılma xüsusiyyəti, fərqli forma və hormonlara sahib olma və doğuşdan sonra kifayət qədər arıqlamamaq kimi səbəblər onların kişilərdən daha çox liposuctiona möhtaç olmalarına gətirib çıxarır.

Kişilərdə xüsusilə bir az, ya da daha çox çəkisi olan, ya da uzun müddət spirtli içkilərdən istifadə edən kişilərdə həm qarın nahiyyəsində həm də sinənin üstü və döş nahiyyəsində normadan artıq piy yığılması və jinekomasti ortaya çıxa bilər. Bu halların müalicəsində də liposuction olduqca faydalı və təsiredici bir metoddur.

Liposuction ilə piylərin alınması əməliyyatının keçiriləcəyi nahiyyənin böyüklüyünə və xəstənin istəyinə görə lokal narkoz,spinal və ya epidural narkoz və ya tamamilə uyuşdurularaq ümumi narkozla həyata keçirilə bilər.

Liposuction əməliyyatı edilərkən ancaq bir neçə millimetrlik dəliklər açılır, və ümumiyyətlə görsənməyən yerlərə düşdüyü üçün demək olar ki, iz qalmaz.Əməliyyatdan sonra bir müddət korsedən istifadə etməsi faydalı olar. Ümumiyyətləəməliyyatdan sonra xəstəxanada yatmaq vacib deyil, ya da ən çox 1 gecə yatılar.

Liposuction əməliyyatının mahiyyəti əməliyyatın sahəsinə, narkozun növünə, cərraha vəəməliyyatın həyata keçirildiyi şəraitə görə fərqli ola bilər.

Nəticə: Liposuction ilə bədən formalaşdırma və piylərin alınması bu gün ən təsiredici vəən yaxşı nəticə göstərən metoddur. Heç bir medotla eyni müvəffəqiyyətə nail olmaq mümkün deyil. Dəri elastikliyi, pəhriz ya da idman kimi fəaliyyətlərlə aradan qaldırılmasının mümkün olmadığı, bədənin bəzi nahiyyələrində piy yığılması kimi pataloji hallarda ən təsirli müalicə növü olub, bəzən ümumi olaraq bədən çəkisinin azaldılması və formalaşdırılması məqsədilə istifadə edilir.Həqiqətən bu metod problemi olan xəstələrdə bizim çox rahat bir şəkildə təklif etdiyimiz bir metoddur.Əməliyyatdan əvvəl xəstə və plastik cərrah açıq bir şəkildə görüşməli və tərəflərdən hər ikisi də ortaq bir qərara gəlməlidirlər. Xəstənin gözlədiyinəticə reallığa uyğun olmalı, əməliyyatı həyata keçirən plastik cərrah isə xəstəsinə güvən verməlidir.


PASİYENTLƏRİMİZİN REYLƏRİ

http://istanbulns.az/wp-content/uploads/2016/04/nice_girl-990631.jpg

Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!


EMILİYA, 30 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/zoella-zoe-sugg-girl-online-xlarge.jpg

Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.


ZEMA, 36 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/rtyrtyrt.png

Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.


İRİNA, 29 yaş



7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016