Zəhmət olmasa gözləyin...



LABORATORİYA

HEMATOLOJİ ANALİZLƏR

http://istanbulns.az/wp-content/uploads/2016/04/01-26.jpg

Hematoloji tədqiqatlar -bir sıra müxtəlif xəstəliklərin diaqnostikası məqsədilə qanın nümunələrinin öyrənilməsidir. Xəstənin qanının vəziyyəti barədə informasiyanın əldə edilməsi qan sistemi xəstəliyinin diaqnozunun qoyulmasına imkan yaradır. Lakin xəstədə hematoloji problemlərin aşkar olunması ilə yanaşı, qanın analizi orqanizmin digər orqanları sisteminin vəziyyəti barədə fikir söyləməyə imkan verir. Məlumdur ki, istənilən orqan sistemində və orqanizmin hüceyrələrində patoloji dəyişikliklərin olması, hər halda qanın vəziyyətində əks olunur. Diaqnostik nöqteyi-nəzərindən, bu aşağıdakıları bildirir: hematoloji müayinələrin aparılması təkcə orqanizmin qanyaradıcı sisteminin vəziyyəti haqqında fikir söyləməyə deyil, həm də bütün qalan orqan sistemlərinin fəaliyyətinin effektivliyini qiymətləndirməyə imkan verir. Qanın kliniki analizi. Qanın kliniki analizi (qanın ətraflı analizi) qırmızı qan sistemində hemoqlobinin, eritrositlərin miqdarını, rəng göstəricisini, leykositlərin, trombositlərin sayını qiymətləndirməyə imkan verən tibbi təhlildir. Qanın kliniki analizi leykositar formulu və eritrositlərin çökmə sürətini (EÇŞ) təhlil etməyə imkan verir. Bu analizin köməyi ilə anemiyaları (hemoqolobinin azalmasını – leykositar formul), iltihabi prosesləri (leykositlər, leykositar formul) və s. aşkar etmək olur. İmmunhematoloji müayinələr. İmmunhematologiya – qan hüceyrələrinin antigenləri və onların anticisimləri haqqında elmdir. Hər hansı hemokomponentli terapiyanın təyin edilməsi həm donorların qanının, həm də resipiyentlərin hemokomponentlərinin müvafiq immunhematoloji müayinələri ilə müşayiət olunmalıdır. Bu müayinələr nəticəsində həmin anticisimlər aşkarlanır və onlara müvafiq antigenin köçürülməsinə yol verilmir.


7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

YENİ XƏBƏRLƏR

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016