Zəhmət olmasa gözləyin...



ESTETİK ƏMƏLİYYƏT

GÖZ QAPAĞININ ESTETİKASI

http://istanbulns.az/wp-content/uploads/2016/04/03-2.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/02-3.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/01-3.jpg

GÖZ QAPAĞININ ESTETİKASI (Blefaroplasti) Əlbəttə gözlərimizin ən əhəmiyyətli funksiyası görməkdir, amma günlük həyatımızda onun üzümüzə qatdığı məna, ifadə, orijinallıq və estetik görünüşü də çox əhəmiyyətlidir.Gözlərimizin həm funksiya mənasında həm də estetik mənada ən tamamlayıcı predmetlərindən biri göz qapaqlarımızdır.Eynilə bir yorğan ya da bir maşın siləcəyi kimi daim işləyərək əsl görmə funksiyalarımızı təmin edən hissələrin qorunmasını və vəzifəsini ən kamil şəkildə yerinə yetirməsini təmin edir. Göz qapaqları da bir müddətdən sonra, yəni yaş artdıqca bəzi genetik faktlardan asılı olaraq, irqi səbəblər və müxtəlif mühit faktorlarının təsirilə dəyişikliyə məruz qalır.Bu hal qadınlarda və kişilərdə bərabər nisbətdə meydana gəlir.Qadınlar ümumiyyətlə görünüşlərinə kişilərdən daha çox diqqət yetirdikləri üçün bu hal onlara daha çox təsir edər.Ortaya çıxan bu dəyişikliklər insanlarda fərqli görünüş və baxışlara səbəb olur.Əvvəllər canlı, dinamik və çəkici olan gözlər xüsusilə göz qapaqlarındakı qırışma, sallanma, hərəkətlərindəki yavaşlama və rəng dəyişikliklərinin təsirilə insanların daha yorğun, cansız, mənasız və olduğundan daha yaşlı görünmələrinə səbəb olur.Hətta bəzən bu əlamətlər o qədər qabarıq olur ki, xüsusilə üst qapaqlardakı sallanmalar insanın normal görməsinə mane olacaq qədər irəli səviyyədə olur.Məlum olduğu kimi, hər iki gözümüzdə ikisi altda və ikisi üstdə olmaqla cəmi dörd qapaq vardır. Bəzən ancaq alt qapaqlarda ya da ancaq üst qapaqlarda dəyişikliklər nəzəri cəlb edir.Bu dəyişikliklərin təsirilə insanlar özlərini daha yaşlı, yorğun və tükənmiş hiss edərlər.Özlərinə inamları azalır. İş və ailə mühitindəki iş fəaliyyətlərində azalma müşahidə edilir. Bu ifadələr şişirdilmiş olaraq qəbul edilməsin, çünki, bizə göz qapaqlarındakı dəyişikliklərləəlaqədar müalicə məqsədilə müraciət edənlərin keçirdikləri hisslərini ifadə edərkən istifadə etdikləri bəzi terminlər çox dramatik və vurğuludur.

Göz qapaqlarında meydana gələn bu dəyişikliklər estetik cərrahiyədə tez-tez həyata keçirilən üz gəncləşdirməəməliyyatlarının ən əhəmiyyətli tamamlayıcı predmetlərindən biri olmasına baxmayaraq, sadəcə göz qapağı estetikası ilə nəticələr insan üçün çox müsbət olur. Estetik cərrahiyə xaricində bəzi kremlərlə və s. ancaq qismən düzəlməəldə edilir və bunlar cərrahiyənin alternativi deyildir. Bəzən göz qapağının estetik əməliyyatı insan üzərində başqa müsbət təsirlərləyanaşı 5-10 yaş daha gənc görünməsinə səbəb olur.Göz qapağı estetikası estetik cərrahiyədəən çox edilən əməliyyatlardan biri olub bu əməliyyat mütləq bir Estetik Plastik və Rekonstruktif Cərrah tərəfindən həyata keçirilməlidir.Ümumiyyətləəməliyyat lokal keyitmə, yəni məhdud keyitmə altında həyata keçirilir.Əməliyyat nahiyyəsinin sinirləri keçici olaraq keyitildiyi üçün insan narahat olmaz və rahat bir şəkildə dözə bilir.Əməliyyat edilən şəxsin xəstəxanada yatmasına gərək yoxdur və o, əməliyyatdan sonra qısa müddətli istirahət edib evinə gedə bilər. Bəzi hallarda göz qapağı estetikası əməliyyatın bir xəstəxana şəraitində olması və xəstənin bir gecə xəstəxana şəraitində qalması lazım gələ bilər.Buna əməliyyat edəcək Plastik cərrah xəstəni hər cəhətdən müayinə etdikdən və araşdırmalarını dəyərləndirdikdən sonra qərar verəcəkdir.Göz qapağı estetikası əməliyyatı mütəxəssis tərəfindən müvafiq şərtlərdə həyata keçirildiyi təqdirdə riskli bir əməliyyat deyil.

Əməlliyyatdan sonra 3 gün istirahətdən sonra insan normal həyata geri qayıda bilər.Ümumiyyətlə tikişlər 3 gün içində sökülür və insanın göz qapağında onu narahat edəcək bir əməliyyat izi qalmaz.Əlbəttə ki, şişlərin, göyərmələrin keçib ketməsi üçün 1-2 həftə müddət keçməlidir.Göz qapağının estetik əməliyyat edilməsini istəyən hər kəs Plastik cərrahla mövzu iləəlaqədar hər tərəfli olaraq görüşməli, beynindəki sualları açıq bir şəkildə soruşmalı və cavab almalıdır.Əlbəttə ki, şəxsin umduğu şeylər rellığa uyğun olmalıdır.Göz qapağının estetik əməliyyatından sonra üzünün tamamilə dəyişəcəyini, 10-20 yaş gənc görünəcəyini düşünən kimsələrlə qarşılaşa bilirik.Belə bir ümid reallığa uyğun deyildir.Belə bir ümidə ümumi olaraq üzün gəncləşdirilməsi əməliyyatı cavab verə bilər.Amma unutulmamalıdır ki, uyğun endikasiyası olan bir şəxsdə həyata keçirilən estetik göz qapağı əməliyyatı kişinin üzünü və baxışlarını çox müsbət yöndə dəyişdirər, onun özünə inamını artırır və özünü daha gözəl və xoşbəxt hiss etməsinə səbəb olar.


PASİYENTLƏRİMİZİN REYLƏRİ

http://istanbulns.az/wp-content/uploads/2016/04/nice_girl-990631.jpg

Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!


EMILİYA, 30 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/zoella-zoe-sugg-girl-online-xlarge.jpg

Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.


ZEMA, 36 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/rtyrtyrt.png

Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.


İRİNA, 29 yaş



7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016