Zəhmət olmasa gözləyin...



ESTETİK ƏMƏLİYYƏT

ÇƏNƏ ESTETİKASI

http://istanbulns.az/wp-content/uploads/2016/04/01.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/02.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/03.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/04.jpg

http://istanbulns.az/wp-content/uploads/2016/04/05.jpg

Çənə Estetikası Çənə üzdə olan mühüm anatomik orqan olub alt və üst çənə olmaq üzrə 2 komponenti var. Üst çənəni təşkil edən əsas hissə maksilla deyilən sümük skelet olub bunun xaricində mukoza, dəri, əzələ, yağ və bağ toxumaları skleti əhatə edən yumuşaq toxumadan ibarətdir. Alt çənəni təşkil edən əsas hissə isə mandibula adı verilən möhkəm sümükdür və 2 ədəd bağ ilə kəllə sümüyünə birləşmişdir.Yenə bunun da ətrafını yuxarıda olduğu kimi yumuşaq toxumalar örtür. Alt və üst çənəni təşkil edən toxumaların inkişaf mərhələsində meydana gələn patologiya səbəbilə çənələrdə şəkil qüsurları meydana gəlir. Çənənin əsas funksiyası çeynəmə və bəslənmə funksiyası olmasına baxmayaraq estetik cəhətdən də son dərəcə əhəmiyyətlidir.Alt və üst çənə əhatə etdiyi dişlər və bunların bir- birləri ilə olan əlaqəsi baxımından da əhəmiyyətlidir.

Çənənin quruluşunda meydana gələn qüsurlar üzərindəki diş cərgəsinə də mənfi təsir göstərərək dişlərin görünüşünün pozulmasına səbəb olur. Çənə sümüklərinin anormal inkişafından əmələ gələn problemlər otoqnatik cərrahiyyə və ya çənə cərrahiyyəsi yaxud maksillofasiyal cərrahiyyə olaraq adlandırılan və plastik cərrahiyyənin də əsas problemlərindən biridir. Belə vəziyyətlərdə plastik cərrahın rəhbəriyi altında diş həkimi və ortodontinin birgə işi ilə lazımi hazırlıqlar və müdaxilələr edilir. Çox fərqli əməliyyat metodları ilə daha əvvəlcədən ortodont mütəxəssisləri tərəfindən araşdırmaları və hesablamalrı aparılan çənə problemlərində düzəlişlər yaradılır.Həm funksional olaraq həm də estetik cəhətdən mütanasib üz yaranır. Bəzən də alt və üst çənədə çox önəmli qüsur olmamasına rağmən sadəcə alt çənənin kiçik olması səbəbilə estetik problemlər meydana gələ bilər. Bu vəziyyətdə sadəcə alt çənədə aparılacaq cərrahi müdaxilələrlə diş cərgəsini də dəyişdirmədən alt üz bölgəsinin görünüşündə çox mühüm düzəlişlər aparılır. Alt çənədə aparılan kiçik cərrahi müdaxilələrlə əldə edilən nəticə ümumi üz görnüşünü düzəltməklə yanaşı eyni zamanda boyun, üz əlaqəsini də düzəldir.

Boyun, çənə bucağını dərinləşdirir və ya ehtiyaca görə daraldır. Çənənin kiçildilməsi yalnızca alt çənə sümüyünə edilən cərrahi müdaxilələrlə mümkündür.Cərrahi əməliyyatlar ümumi anesteziya altında və ya sedasiya altında lokal anesteziya ilə həyata keçirilə bilər.Makrogeni olaraq da adlandırılan çənənin böyük olduğu vəziyyətlərdə müalicə yalnız cərrahi metodlarla mümkündür.Çərrahi əməliyyatlar təcrübəli plastik cərrahi mütəxəssislər tərəfindən apaıldığı zaman nəticə çox müsbət olur. Çənə kiçikliyi və ya Mikrogeni düzəltmədə isə sümükdə hər hansı bir əməliyyat aparılmadan üzərinə qoyulan çənə protezləri ilə həyata keçirilə bilər və ya müxtəlif doldurulma materiallarından istifadə olunaraq yumşaq toxumanın böyüdülməsi ilə əldə oluna bilər. Çənə üzərində aparılan bu əməliyyatlarla estetik görünüş düzəldilir və üz nahiyəsində olan mövcud anatomik quruluşların bir-birləri ilə əlaqəsi daha münasib hala gəlir.


PASİYENTLƏRİMİZİN REYLƏRİ

http://istanbulns.az/wp-content/uploads/2016/04/BGFJGH.jpg

Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!


EMIL, 35 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/GHJK.jpg

Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.


ELMAR, 36 yaş


http://istanbulns.az/wp-content/uploads/2016/04/SGDRHGHJ.jpg

Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.


ANDREY, 32 yaş



7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

YENİ XƏBƏRLƏR

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016