Zəhmət olmasa gözləyin...
Bunlardan bəzilərinə qısaca bir neçə nümunə vermək istəyirəm. Məsələn bud və ayaq nahiyyəsində limfa damarlarının kifayət qədər inkişaf edə bilməməsi ya da funksiyalarının sonradan pozulması səbəbilə limfodem deyilən budlarda şiddətli şişlər və dərinin qalınlaşması, çatlaması və s. kimi hallar ortaya çıxar. Bu hal həm budların sağlam bir şəkildə istifadə edilməsinə mane olar, həm də görünüş etibarilə də yəni, estetik olaraq da narahat edici bir hal təşkil edər. Bud və ayaq damarlarındakı pozulmalar səbəbilə hər kəsin çox yaxşı bildiyi və qadınlarda daha çox müşahidə edilməklə cəmiyyətdə daha çox rastlanılan damar genişlənməsi problemləri yenə funksional, həm də estetika baxımından sıxıntılar təşkil edir. Böyük damarların genişlənməsindən qaynaqlanan problemlərin həlli üçün müraciət ediləcək bölüm Kardiovaskülər Cərrahiyə bölümüdür. Yalniz çox kiçik xüsusiyyətlə mavi, qırmızı səthi genişləmələrin müalicəsi lazerlərlə edilə bilər və bu məqsədlə müraciət edilə bilinəcək yerlərsə vasküler lazerlərin olduğu Plastik Cərrahiyə və Dermatologiya klinikalarıdır. Sümükdə meydana gələn inkişaf ya da sonradan ortaya çıxan forma etibarilə pozulmalar da budların görünüşünə və funksiyalarına mənfi təsir edə bilər. Hətta bəzən bu vəziyyət funksiya cəhətindən sıxıntı təşkil etməsə belə estetik baxımdan bir sıxıntı təşkil edə bilər.
Xüsusilə sümükdən qaynaqlanan problemlərin və forma etibarilə pozulmaların təşhis və müalicəsi Ortapediya sahəsi ilə əlaqədardır. Bud nahiyyəsi damarların quruluşundan qaynaqlanan vaskülər anomalilər, yəni, pozulmaları ancaq bu nahiyyə ilə məhdudlaşmış ola bildikləri kimi, bəzən də bədənin bir çox yerinə təsir edən bir xəstəliyin və sindromun hissəsi ola bilirlər. Belə halların müalicəsi bəzən ancaq Plastik cərrahiyənin maraq dairəsinə girə bildiyi kimi, bəzən də Giriş mahiyyətli Radiologiya, Ortopedia, Dermatologiya başda olmaqla digər sahələrlə birlikdə olan bir müdaxilə və yardımlaşmanı vacib qıla bilər. Bud nahiyyəsinin dərisindən qaynaqlanan bəzi problemlər də bir çox kimsə üçün estetik narahatçılığa yol aça bilər və əlbəttə ki, bu halların müalicəsi əslində dermatologiya sahəsinə aiddir. Bud nahiyəsinin estetikası, yəni Thighplasty deyiləndə daha çox ağla gələn isə həddsiz və ölçüsüz kökəlmə, qısa müddətdə arıqlama ya da yaşadolma və cazibə təsirinə bağlı olaraq budlarda meydana gələn dəyişikliklər və bunların müalicəsi ağla gəlir.
Dr Sussie helped me with my measles, and I was fine within weeks. She’s really great and she’s my favourite doctor!
Donec sed justo in lorem cursus auctor quis eget nisl. Sed rutrum leo non ante ullamcorper, nec tincidunt ligula lacinia.
Donec venenatis metus id iaculis mattis. Praesent auctor ut eros eget cursus. Nullam non augue ut augue posuere tristique.