Qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmə eşitmə itkisinə səbəb olur!

#Qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmə eşitmə itkisinə səbəb olur.
Texnologiyanın inkişafıyla həyatımıza girən mp3 çalan mobil telefonları və walkmanlar, bir çox sağlamlıq problemini də özü ilə gətirdi. Qulağın içinə taxılan qulaqlıqla uzun müddət və yüksək səslə musiqi dinləmək, eşitmə itkisinə səbəb olur.
Mobil telefonu və walkman kimi vasitələrin səsini sonuna qədər açdığınızda, yüksək səsi qulaq kanalından içəri vermiş olarsınız. Bu vəziyyət iç qulağa ziyan verir. Səs-küyə bağlı eşitmə itkinlərinə ‘akustik zədə’ deyilir. Bu vərdişin qulaq zingildəməsi, yuxu pozuqluqları, narahatlıq və yüksək təzyiq kimi narahatlıqları da özü ilə gətirir.
Qulaqların, səs-küydən qorunması lazımdır. Səsi çölə verən və qulağın içinə girməyən qulaqlıqlardan istifadə edilməlidir. Eşidə biləcəyinizindən artıq yüksək səslə musiqi dinləmənin qulağa zərər verdiyini unutmayın. Qəflətən səs-küylə qarşılaşdınızsa, qulaqlarınızı əllərinizlə qorumağa çalışın. Uzun müddət mobil telefonu və qulaqlıq istifadə etməkdən qaçının.
Dr.Jalə Eyvazova- Otorinolarinqoloq

________
______________
 012-465-85-00, 📱 077-605-85-00
📍 Ünvan: Atatürk pr.140


7 Aprel 2010 cu ildə Bakı şəhəri – Azərbaycanda “İSTANBUL” klinikası fəaliyyətə başlamışdır. Məqsədimiz “İSTANBUL NS” klinika olaraq Dövlət və dövlətlərarası fəaliyyət göstərən, dövlətlərarası kriterilərə cavab verən və ölkəmizi layiqincə təmsil edən bir quruluş olmaqdır.

Istanbul NS Klinikası - Bakı ş., Azərbaycan - Istanbul NS (c) 2016